Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1650/2020 09.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh Xaçmaz şəhər X8 Mərkəzinin nümayəndəsi X4 iştirakı ilə İddiaçı Xaçmaz şəhər Əlillərin X5rşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxxxx 2020-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmrini ləğv edib onun Xaçmaz şəhər Əlillərin X1xana maşinisti vəzifəsinə bərpa olunması, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2009-cu il tarixdən Xaçmaz şəhər X2xana maşinisti vəzifəsinə qəbul olunmuşdur. Mərkəzin xx.xx.2020-ci il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Hesab edir ki, həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda onun 65 yaşının tamam olmasına bir neçə ay qalb və karantin dövrü isə onun Bakı şəhərinə getməsi mümkün deyildi. Bundan əlavə, ona rəhbərliyin qeyd olunan məruzəsi təqdim olunmayıb. Hesab edir ki, təqaüd yaşının tamam olmasına bir neçə ay qalmış onun işdən çıxarılması qanunsuz və əsassızdır. Əslində isə uzun müddətdir ki, idarələri təmirlə əlaqədar olaraq işləmir və iş fəaliyyətlərinin dayandırıldığı bir dövrdə onun Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən çıxarılması tam qanunsuz və əsassızdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz şəhəri X9 Həmkarlar Təşkilatının xx xxxx 2020-ci il tarixli 01 saylı protokolundan və qərardan müəyyən olunur ki, Xaçmaz rayon Əlillərin X1xana maşinisti vəzifəsində işləyən 2-ci qrup əlil İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o heç bir səbəb göstərmədən getməkdən imtina etdiyinə görə, Mərkəzin nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə işdən azad edilməlidir. İş materiallarında olan Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmrdən çıxarışdan görünür ki, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə Xaçmaz şəhər Əlillərin X1xana maşinisti vəzifəsində çalışan İddiaçı xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Xaçmaz şəhər X8 Mərkəzinin 19, 20, 21, xx xxx 2020-ci il tarixli aktlardan müəyyən olunur ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətlərinə məhəl qoymayaraq əyani müayinəyə çağırılsa da, getməkdən imtina etmişdir. İş materiallarında olan yazılı məruzədən görünür ki, İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o, heç bir izahat vermədən getməkdən imtina etmişdir. İş materiallarında olan əmək müqaviləsinin surətindən və digər sənədlərdən görünür ki, İddiaçı xx xxxxxx 2009-cu il tarixdə Xaçmaz şəhər Əlillərin X3xana maşinisti vəzifəsinə işə qəbul olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmrinə əsasən Xaçmaz şəhər Əlillərin X1xana maşinisti vəzifəsində çalışan İddiaçı ilə xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin a - bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinə aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndinə əsasən xitam verilməsi əsassız hesab edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz şəhəri X9 Həmkarlar Təşkilatının xx xxxx 2020-ci il tarixli 01 saylı protokolundan və qərardan müəyyən olunur ki, Xaçmaz rayon Əlillərin X1xana maşinisti vəzifəsində işləyən 2-ci qrup əlil İddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o heç bir səbəb göstərmədən getməkdən imtina etdiyinə görə, Mərkəzin nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə işdən azad edilməsi qeyd olunmuşdur. Bundan əlavə iş materiallarında olan Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmrdən çıxarışdan görünür ki, öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə Xaçmaz şəhər Əlillərin X1xana maşinisti vəzifəsində çalışan İddiaçı xx xxxx 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilmiş və onunla xx xxxxxx 2009-cu il tarixdə bağlanmış əmək müqaviləsinə xitam verildiyi qeyd olunmuşdur. Yuxarıda sadalanan sənədlərdən də göründüyü kimi, iddiaçı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəhbərliyinin müraciətinə məhəl qoymayaraq dəfələrlə əyani müayinəyə çağırılsa da, o heç bir səbəb göstərmədən getməkdən imtina etdiyinə görə, Mərkəzin nizam-intizam qaydalarını pozduğuna görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən öhdəsinə düşən vəzifələri yerinə yetirmədiyinə görə işdən azad edilmişdir. Məhkəmə ilk olaraq qeyd edir ki, iddiaçının əyani müayinəyə heç bir səbəb göstərmədən getməkdən imtina etməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndində qeyd olunan hallara aid deyildir. Bununla yanaşı iddiaçı məhkəmə iclasında bildirmişdir ki, hazırda onun 65 yaşının tamam olmasına bir neçə ay qalıb və karantin dövrü onun Bakı şəhərinə getməsi mümkün deyildi. Bundan əlavə, ona rəhbərliyin qeyd olunan məruzəsi də təqdim olunmayıb. Bundan başqa, qeyd olunan sənədlərdə cavabdeh tərəf iddiaçının Mərkəzin nizamintizam qaydalarını pozduğunu qeyd etsə də, bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasında iddiaçı tərəfindən məhz Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyi qeyd olunsa da, bu pozuntunun məhz nədən ibarət olmasını məhkəmə iclasında əsaslandıra bilməmişdir. İşin yuxarıda sadalanan faktiki hallarından da göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç - bəndində nəzərdə tutulan hər hansı bir hüquq pozuntusuna yol verildiyi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə hesab edir ki, Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmri ləğv edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddia tələbinin məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır Həmin Məcəllənin 288-ci maddəsinin «a» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli bu Məcəllə ilə nizama salınır. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-ci hissəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Məcəllənin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitutsiyasının 36-cı maddəsinin 3-ci hissəsinə əsasən fərdi və kollektiv əmək mübahisələri qanunla müəyyənləşdirilmiş qaydada həll edilir Azərbaycan Respublikası Konstitutsiyasının 125-ci maddəsinin 7-ci hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəmə vasitəsi ilə, işinin ədalətli, araşdırılması hüququna malikdir. İqtisadi, sosial və mədəni hüquqlar haqqında beynəlxalq Paktın 6-cı maddəsinin 1ci bəndinə əsasən bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin azad seçdiyi və ya könüllü razılaşdığı işlə həyatını təmin etmək hüququnu əhatə edən əmək hüququnu tanıyırlar və bu hüququn təmin olunması üçün müvafiq addımla atacaqlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.3-cü maddəsinə əsasən işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin olunsun. Xaçmaz şəhər X8 Mərkəzinin xx xxxx 2020-ci il tarixli 07 saylı əmri ləğv edilsin və İddiaçı Xaçmaz şəhər X8 Mərkəzinə “qazanxana maşinisti” vəzifəsinə bərpa olunsun. Məcburiiş buraxma müddəti üçün "xx xxxx 2020-ci il” tarixdən hesablanmaqla İddiaçı Xaçmaz şəhər X8 Mərkəzi tərəfindən işə bərpa olunan günə qədər hər ay üçün əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.
Məhkəmə qərarları › İş №2(067)-1650/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1650/2020
09.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver