Məhkəmə qərarları › İş №2(067)-1653/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1653/2025

07.07.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1653/2025 07.07.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh və X6 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı istifadə olunmamış məzuniyyət haqqının və verilməmiş əmək haqqı tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun işdən çıxarılma əmrinin ləğv edilməsi, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixə kimi istifadə edilməmiş məzuniyyət haqqı (345+345+345+(345xl/3)+(400xl/12)=1200 manat, xx.xx.2025-cİ il tarixindən xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş 400 manat əmək haqqı, xx.xx.2025-ci il tarixindən bu günə kimi məcburi iş buraxmaya görə 800(400+400) manat əmək haqqının, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul və ödədiyi 60 manat dövlət rüsumunun (mediasiya xərcinin) cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixində onunla fərdi sahibkar X11 ilə bağladığı əmək müqaviləsi əsasında, Sabran şəhəri Z.Əliyeva küçəsi ünvanında yeriəşən "Euromarket" mağazasında satıcı işləməyə başlamışdır. Bağladığı əmək müqaviləsində onunla əmək müqaviləsinin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi 3 il 3 ay 30 gün müddətinə bağlanılması qeyd olunmuşdur. Əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqının ayda bir dəfə hər ayın 30-u ona verilməsi əmək müqaviləsində qeyd edilmişdir. Bağlanmış əmək müqaviləsinin 4.26-4.30cu bəndlərində onun əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olmasını və məzuniyyətə çıxarkən sosial-məişət müavinətinin verilməsi qeyd edilmişdir. xx.xx.2025-ci il tarixində o işəgötürən Cavabdeh ilə yeni əmək müqaviləsi bağlayaraq, əmək haqqı 400 manat müəyyən edərək, iş fəaliyyətini davam etdirmişdir. Bağlanmış əmək müqaviləsinin nüsxəsi ona verilməmişdir. xx.xx.2025-ci il tarixində işəgötürənin səlahiyyətli nümayəndəsi Elçin adında şəxs (regional rəhbər) ona sabahdan işə gəlməməsini və işə çıxmağı haqqında ona məlumat veriləcəyini bildirmiş, lakin işdən çıxarılmağını bildirməmişdir. Esosial.gov.az saytından o fevral ayında bilmişdir ki, xx.xx.2025-ci il tarixində onun xx.xx.2026-cı il tarixə kimi bağladığı əmək müqaviləsinə, ona heç bir xəbərdarlıq etmədən tərəflərin birinin təşəbbüsü ilə xitam verilmişdir. Əmək Məcəlləsinin 83.1-ci maddəsinin (Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.) və həmin maddənin 3-cü bəndinin (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir) tələblərini rəhbər tutaraq işdən çıxarılma əmrimi və əmək kitabçasını istədikdə işəgötürən ona izah etmədən, ona veriləsi sənədləri ona təqdim etməmişdir. İşlədiy müddət ərzində məzuniyyətə çıxmadığına və buna görə kompensaşiya almadığına, işlədiyi son ay üçün əmək haqqı almadığına görə, işəgötürənə müraciət etmiş və hər hansı cavab almadığına görə işəgötürənin qanunsuz işdən çıxarılma, istifadə olunmamış məzuniyyət haqqının və verilməmiş əmək haqqının tələbləri ilə Quba 1 saylı mediasiya təşkilatına müraciət etmişdir. Mediasiya təşkilatına 60 manat rüsum ödəmişdir. Yuxarıda göstərilənlərə əsasən, hesab edir ki işdən çıxarılma əmri ləğv edilməlidir, xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixə kimi istifadə edilməmiş məzuniyyət haqqı /345+345+345+(345xl/3)+(400xl/12)=1200 manat, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş 400 manat əmək haqqı, xx.xx.2025-ci il tarixindən bu günə kimi məcburi iş buraxmaya görə 800(400+400) manat əmək haqqını, ümumilikdə 2400 (iki min dörd yüz) manat pul cavabdehdən alınaraq ona verilməlidir. Məhkəmə iclasında iddiaçı dəqiqləşdirilmiş iddia tələbini müdafiə etməklə iddia əriəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, vergilər çıxılandan sonra aylıq 315 manat əmək haqqı almışdır. Bir aylıq ödənilməmiş əmək haqqı və məzuniyyət puluna uyğun olaraq 389 manat pul Cavabdeh tərəfindən kart hesabına köçürülmüşdür. Cavabdeh ona aid hissədə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh ona aid hissədə icraata xitam edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında cavabdeh X11 iddianı qəbul edərək göstərmişdir ki, o hazırda rəhbər kimi fəaliyyət göstərmir. Əmək məzuniyyəti haqqının ödənilməsi onun işi deyil, “EURO MARKET”in səlahiyyətindədir. Hazırda onun fəaliyyət dövrü başa çatmışdır, rəhbər deyildir. Lakin 838,17 manat məzuniyyət haqqı məbləğinin ödənilməsi barədə iddia ərizəsi ilə razı olduğunu, iddianı qəbul etdiyini bildirir və bu barədə ərizəsini məhkəməyə təqdim edir. Məhkəmə iclasının vaxtı və yeri barəsində üçüncü şəxs qismində cəlb edilmiş ƏƏSMN X10 Xidmətinin X5 lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə üçüncü şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, hazırda “Trendyol”da işləyir, əvvəlki iş yerinə qayıtmaq istəmir. Habil müəllimin işdən çıxması barədə məlumatı olmayıb. İşlədiyi dövr ərzində heç vaxt əmək məzuniyyətindən istifadə etməmişdir. Əmək haqqı “KapitalBank” bank kartı vasitəsilə ödənilmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçını işdən çıxarmamış, başqa işçi ilə aralarında anlaşılmazlıq olduğundan iddiaçı özü çıxıb getmişdir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında üçüncü şəxs ƏƏSMN X10 Xidmətinin X1 nümayəndəsi X12 bildirmişdir ki, 2024-cü ilin avqust ayından qanunvericilikdə dəyişiklik edilmişdir, əmək müqavilələri elektron qaydada bağlanılır. Elektron qeydiyyat aparıldığı üçün əmək müqaviləsinin surətini, işə daxil olma, işdən çıxma əmrlərinin elektron sistemdən əldə edə bilər. İddiaçı ilə X11 arasında əvvəlki əmək müqaviləsi 2021-ci ilin sentyabr ayının 2-də bağlanılmış, həmin müqaviləyə Əmək Məcəlləsinin 68.2-ci maddəsinə, yəni işçinin ərizəsinə əsasən 02 yanvar 2025-ci il tarixdə xitam verilmişdir. Hazırda iddiaçı işə bərpa olunmaq istəmir. Əgər işin araşdırılması zamanı əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsi müəyyən olunduğu zaman məhkəmənin işçinin yenidən işə bərpa etmək səlahiyyəti vardır. İddiaçı 07 yanvar 2025-ci ildə yenidən əmək müqaviləsi bağlamış və həmin müqaviləyə xx.xx.2025-ci il tarixdə xitam verilmiş, iddiaçı 1 ay müddət işləmişdir. İşlədiyi müddət üçün də əmək məzuniyyəti günləri də hesablanmalıdır. İddiaçı iş yerini dəyişməmiş, lakin sahibkar dəyişmişdir. Hazırda sahibkar Cavabdehdur, o, sonuncu bağlanmış əmək müqaviləsi dövrü üzrə iddiaçının 1 aya yaxın işlədiyi müddət üçün əmək haqqının və məzuniyyət günlərinə görə ödəniləcək ödənişə görə cavabdehlik daşıyır. İddiaçı işə bərpa olunmaq istəmir, bu zaman məcburi iş buraxma müddəti üçün əmək haqqı tələb edə bilməz. İşçi məhkəmənin qərarı ilə işə bərpa olunduqdan sonra məhkəmə qərarı ilə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilə bilər. İddiaçının bank kartına olunan ödənişlər barədə Bankdan çıxarış əldə olunmalıdır ki, son haqq-hesabda ödənilən məbləğ, əvvəlki dövrlərdə əmək məzuniyyəti üçün vəsaitin ödənilib-ödənilməməsi müəyyən olunsun. Əgər məzuniyyət haqqının ödənilməsi barədə əmr verilibsə və vəsait ödənilibsə cavabdeh tərəfdən mühasibatlıq sənədləri təqdim olunmalıdır. Hər bir işçinin bir iş ili üçün əmək məzuniyyəti hüququ vardır. İddiaçının illik məzuniyyət müddəti 21 təqvim günüdür. İşçi işə daxil olduğu gündən, işdən çıxan günədək olan dövrdə əmək məzuniyyətindən istifadə etməyibsə həmin müddət üçün əmək məzuniyyəti hesablanaraq işçiyə ödənilməlidir. Bu ilin yanvar ayından əmək haqqında artım olduğu üçün əmək məzuniyyəti hazırki əmək haqqı məbləği ilə hesablanacaq. Çünki əmək məzuiyyətləri Əmək Məcəlləsinə əsasən kütləvi artım zamanı əmsallaşdırılaraq ödənildiyi üçün köhnə əmək haqqı yeni əmək haqqına çatdırılması əmsalı hesablanmalıdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı bildirmişdir ki, bu gün mühasib ona 364 manat əmək haqqını və bir il üçün hesablanmış məzuniyyət haqqını göndərmişdir. Lakin məzuniyyət haqqı 1 il üçün 25 manatdan hesablanmışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçıya ödənilməmiş 1 aylıq əmək haqqını ödəməyə razıdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh X11 bildirmişdir ki, iddiaçı o rəhbər olduğu müddətdə mağazada işləyib. Marketin rəsmi sahibkarı kimi onun adı qeyd olunub, lakin hazırda o rəsmi sahibkar deyil. İddiaçı haqlıdır, o, işlədiyi müddət ərzində əmək məzuniyyəti haqqından istifadə etməmişdir. İddianın məzuniyyətə aid hissəsini qəbul edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -əmək müqaviləsindən görünür ki, xx.xx.2021-ci il tarixində iddiaçı fərdi sahibkar X11 ilə bağladığı əmək müqaviləsi əsasında, Sabran şəhəri Z.Əliyeva küçəsi ünvanında yeriəşən "Euromarket" mağazasında satıcı işləmişdir. Bağladığı əmək müqaviləsində onunla əmək müqaviləsinin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi 3 il 3 ay 30 gün müddətinə bağlanılması qeyd olunmuşdur. Əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqının ayda bir dəfə hər ayın 30-u ona verilməsi əmək müqaviləsində qeyd edilmişdir. Bağlanmış əmək müqaviləsinin 4.26-4.30-cu bəndlərində onun əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olmasını və məzuniyyətə çıxarkən sosial-məişət müavinətinin verilməsi qeyd edilmişdir. -xx.xx.2025-ci il tarixli mediasiya arayışından müəyyən olunur ki, tərəflər (İddiaçı və Cavabdeh) X2 iştirak etmişlər. -Ödəniş qəbzindən müəyyən olunur ki, mediasiya prosesində iştirakı ilə əlaqədar iddiaçı tərəfindən 60 manat köçürülmüşdür. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bilidirişindən görünür ki, X11 ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişindən görünür ki, X11 ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 68.2.a maddəsinə əsasən xx.xx.2025-ci il tarixdən xitam verilmişdir. -İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ərizəsindən görünür ki, işə bərpa tələbindən imtina edir. Pul tələbinin – məzuniyyət haqlarının ödənilməsi barədə iddianın təmin edilməsini, X8 iddia üzrə əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. -İddiaçı ərizəsindən görünür ki, Cavabdeh tərəfindən ona 389 manat məbləğində pul hesabına köçürülmüşdür. Cavabdeh qarşı tələbi yoxdur və həmin hissədə iddia tələbinə xitam verilnəsini xahiş etmişdir. X11 tərəfindən 838.17 manat məzuniyyət pulunun ödənilməsinə razıdır. -cavabdeh X6 ərizəsindən görünür ki, İddiaçı ona qarşı 838.17 manat məzuniyyət pulunun ödənilməsi barədə iddiasını qəbul edir, təmin olunmasına etrazı yoxdur. Məhkəmə iclasında zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində iddiaçı fərdi sahibkar X11 ilə bağladığı əmək müqaviləsi əsasında, Sabran şəhəri Z.Əliyeva küçəsi ünvanında yerləşən "Euromarket" mağazasında satıcı işləmişdir. Bağladığı əmək müqaviləsində onunla əmək müqaviləsinin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi 3 il 3 ay 30 gün müddətinə bağlanılması qeyd olunmuşdur. Əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqının ayda bir dəfə hər ayın 30-u iddiaçıya verilməsi əmək müqaviləsində qeyd edilmişdir. Bağlanmış əmək müqaviləsinin 4.26-4.30cu bəndlərində onun əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olmasını və məzuniyyətə çıxarkən sosial-məişət müavinətinin verilməsi qeyd edilmişdir. İddiaçı işlədiyi dövr ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədədək olan iş illəri üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsini xahiş etmişdir. Cavabdeh iddianı qəbul edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 45-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 68-ci maddəsinin: 1-ci bəndində əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 83-cü maddəsinin 4-cü maddəsinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. 143-cü maddəsinin: 1-ci bəndinə əsasən müvafiq iş ilinin (illərinin) məzuniyyətindən istifadə etməmiş işçi ilə, bu Məcəllənin 70-ci maddəsinin «a» və «ç» bəndlərində nəzərdə tutulmuş əsaslarla işdən çıxarılma halları istisna olmaqla qalan hallarda əmək müqaviləsinə xitam verilərkən işçinin arzusu ilə həmin iş ili (illəri) üçün ona məzuniyyət verilir və işdənçıxma tarixi məzuniyyətin son günü hesab edilir. 2-ci bəndinə əsasən işçi bu maddədə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətdən istifadə etmək istəmədikdə ona bu Məcəllənin 144-cü maddəsi ilə müəyyən edilmiş qaydada və şərtlərlə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilir. 144-cü maddəsinin 2-ci bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq işçiyə işdən çıxan günədək hər hansı şərt və ya məhdudiyyət qoyulmadan istifadə etmədiyi bütün iş illərinin əsas məzuniyyətlərinə görə pul əvəzi ödənilməlidir Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2021-ci il tarixində iddiaçı fərdi sahibkar X11 ilə bağladığı əmək müqaviləsi əsasında, Sabran şəhəri Z.Əliyeva küçəsi ünvanında yerləşən "Euromarket" mağazasında satıcı işləmişdir. Bağladığı əmək müqaviləsində onunla əmək müqaviləsinin xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixə kimi 3 il 3 ay 30 gün müddətinə bağlanılması qeyd olunmuşdur. Əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir. Əmək haqqının ayda bir dəfə hər ayın 30-u iddiaçıya verilməsi əmək müqaviləsində qeyd edilmişdir. Bağlanmış əmək müqaviləsinin 4.26-4.30cu bəndlərində onun əmək məzuniyyətinin müddətinin 21 təqvim günü olmasını və məzuniyyətə çıxarkən sosial-məişət müavinətinin verilməsi qeyd edilmişdir. İddiaçı işlədiyi dövr ərzində əmək məzuniyyətindən istifadə etməmişdir. İddiaçı sonuncu əmək müqaviləsi üzrə (xx.xx.2025-xx.xx.2025) əmək haqqı və istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənildiyindən cavabdeh X3 qarşı iddiasından imtina etmiş və Xaçmaz rayon məhkməsinin xx.xx.2025-ci il tarixli 2(067)-1653/2025 saylı qərardadı ilə mülki işin icraatına Cavabdeh aid hissədə xitam verilmişdir. Hazırda iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2024-cü il tarixədək olan iş illəri üçün istifadə edilməmiş məzuniyyətə görə pul əvəzinin ödənilməsini xahiş etmişdir. Digər cavabdeh X11 iddiaçının məzuniyyət hüququndan istifadə etmədiyini etiraf etməklə, iddianı qəbul etmiş, iddiaçıya qeyd olunan tarixlər üzrə istifadə edilməmiş məzuniyyətə görə ümumilikdə 838.17 məbləğdə pulun ödənilməsinə etiraz etməmişdir. Belə olan halda məhkmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işlədiyi müddətdə istifadə edilməmiş məzuniyyətə görə hesablanmış 838.17 manat məbləğdə pul cavabdeh X4 alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işlədiyi müddətdə istifadə edilməmiş məzuniyyətə görə hesablanmış 838.17 manat məbləğdə pul cavabdeh X4 alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar