Məhkəmə qərarları › İş №2(067)-1680/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1680/2021

10.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1680/2021 10.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, Ərizəçi 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X1 ilə qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin alınmasına dair ərizəyə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M : Ərizəçi 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X1 ilə qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin alınmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni araşdıraraq müəyyən etdim ki, ərizəçi mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına dair müvafiq qaydaya riayət etməmiş, doğum haqqında şəhadətnamənin alınması üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etməmişdir. Ərizəyə əlavə edilmiş sənəddə ərizəçinin adından başqa şəxs doğum haqqında şəhadətnamənin alınması üçün müraciət etmişdir, lakin həmin şəxsin ərizəçini təmsil etmək səlahiyyətinin olub-olmadığı ərizəyə əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla yanaşı ərizəçi tərəfindən dövlət rüsumu ödənilməmiş və dövlət rüsumunun ödənilməsindən azad olunmasını təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 108.3.-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsi ilə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 152.1.5.-ci maddəsinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hesab edirəm ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdən sonra ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M : Ərizəçi 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X1 ilə qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin alınmasına dair ərizəsi geri qaytarılsın. Ərizəçiyə mübahisənin məhkəməyəqədər pretenziya qaydasında nizama salınması üçün Xaçmaz rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdən sonra ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : İlkin Xəlilov. İş № 2(067)-1680/2021 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkətlər barədə protokol 10 iyun 2021-ci il Xaçmaz şəhəri Mən Xaçmaz Rayon məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlu, Tərəflərin iştirakı olmadan İƏrizəçi 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X1 ilə qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin alınmasına dair iş üzrə məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət 10:18-də başladı. Məhkəmə Ərizəçi 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş X1 ilə qohumluq münasibətlərinin, yəni sonuncunun onun doğma anası olması hüquqi faktının müəyyən edilməsi və adına doğum haqqında şəhadətnamənin alınmasına dair ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etdi. Prosessual hərəkət 10:20-də qurtardı. Hakim: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar