Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1682/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı "xxxx"ASC-nin nümayəndəsi X2 iştirakı ilə, "xxxx"ASC-nin Cavabdeh2 və qeyrilərinə qarşı evdən çıxarılma və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində 26 iyul 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 Fəxrəddin oğlu və Cavabdeh1 Xaçmaz şəhərində yerləşən 0.08.ha torpaq sahəsindən əşyaları ilə birlikdə çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 Fəxrəddin oğlu və Cavabdeh1 Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018ci il tarixli 2(105)-921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus Xaçmaz şəhərində yerləşən 0,08 ha torpaq sahəsi «X1» MMC-nin hərracın yekunları barədə 28.01.2019-cu il tarixli 13 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli 2(105)- 921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evi «X1» MMC-nin hərracın yekunları barədə 28.01.2019-cu il tarixli 12 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin 04.05.2018-ci il tarixli 2(105)- 921/2018 saylı icra vərəqəsinə uyğun olaraq Cavabdeh2 məxsus ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evi «X1» MMC-nin hərracın yekunları barədə 28.01.2019cu il tarixli 12 saylı protokolu və eyni tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı ASC-yə satılmışdır. Alqı-satqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq 13.04.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Lakin cavabdehlər əmlakları 1 ay ərzində boşaltmalı olduqları halda bu günə kimi vəzifələrini icra etməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsinin izahatını dənləyib, məhkəməyə təqdim edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********60 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhərində yerləşən 0,08 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********78 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan 04.03.2021-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin mülkiyyətindədir. İş materiallarında olan hərracın yekunları barədə protokollardan müəyyən olunur ki, Xaçmaz şəhərində yerləşən 0,08 ha torpaq sahəsinin, Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evinin və ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evinin yeni mülkiyytçisi, hərracın qalibi İddiaçı ASC olmuşdur. İş materiallarına əlavə edilmiş ərizədə Cavabdeh1 əri Cavabdeh2 məxsus Xaçmaz şəhəri ünvanındakı 0.08 ha torpaq sahəsinin İddiaçı ASC-dən götürülən kreditin təminatı kimi həmin banka girov qoyulmasına etiraz etməmişdir. İş materiallarında olan ərizələrdən müəyyən olunur ki, Cavabdeh1 ərizələrində göstərmişdir ki, əri Cavabdeh2 məxsus Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evini və ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evini ipotekaya qoyulmasına etiraz etmir. Banka olan əsas, faiz və digər borclar ödənilmədiyi təqdirdə tutmanın həmin əmlaklara yönəldilməsinə (məhkəmədən kənar qaydada və ya məhkəmə yolu ilə) razıdır və bu halda Banrkın tələbinə əsasən əmlakları könüllü boşaltmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının İpoteka haqqında qanunun 59-cu maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4.-cü maddəsinə əsasən yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilşməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasəen daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 Fəxrəddin oğlu və Cavabdeh1 Xaçmaz şəhərində yerləşən 0.08.ha torpaq sahəsindən (RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********60 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılsınlar və torpaq sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdehlər Cavabdeh2 Fəxrəddin oğlu və Cavabdeh1 Xaçmaz rayonu Qobuqıraq kəndində yerləşən 0.0343 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 64 km.metr olan fərdi yaşayış evindən (RX seriyalı ******* nömrəli, 13.04.2019-cu il tarixli, reyestr nömrəsi **********78-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. Cavabdehlər Cavabdeh2 Fəxrəddin oğlu və Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi və üzərində yerləşən 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 156.3 kv.metr olan fərdi yaşayış evindən (04.03.2021-ci il tarixli, reyestr nömrəsi **********24-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) əşyaları ilə birlikdə çıxarılsınlar və yaşayış sahəsi boşaldılaraq iddiaçıya təhvil verilsin. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1682/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1682/2021
26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver