Məhkəmə qərarları › İş №2(067)-169/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-169/2023

17.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-169/2023 17.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayonu Yergüc kəndində mülkiyyətində olan 0.167 ha torpaq sahəsinin Cavabdeh torpaq sahəsi ilə arasında hasar çəkməsinə cavabdeh tərəfindən törədilən maneələrin aradan qaldırılması və mülkiyyətinə qəsd edən hərəkətlərinə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında DƏDR-dən xx.xx.2019-cu il traixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Xaçmaz rayonu Yergüc kəndində xüsusi mülkiyyətində 0.167 ha torpaq sahəsi və fərdi yaşayış evi vardır. Cavabdehin torpaq sahəsi onunla qonşuluqda yerləşir. Cavabdeh özbaşına olaraq torpaq sahəsində cizgidə göstərilən qırıq-qırıq xətlə işarələnmiş hissədə qapı yeri qoymuş və həmin hissədə torpaq sahəsini hasara almasına imkan vermir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7.-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə hazırlıq icraatina xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Məhkəmə hesab edir ki, Cavabdeh vəfat etdiyindən mülki iş üzrə icraata xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170, 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarı mülkiyyətə qəsd edən hərəkətlərə son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar