Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-17/2020 05.03.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı bağlanmış yolun bərpa edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, habelə maddi və mənəvi zərərin əvəzi kimi 32.000 (otuz iki min) manat pulun ödənilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlara dəymiş maddi və mənəvi, yəni 3500 manatın ödənilməsi və Cavabdeh istifadəsində olan onlara məxsus zəbt torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, İN-0010 saylı, 30210068 kodlu torpağa mülkiyət hüququna dair Dövlət aktına əsasən mülkiyyətlərinə 2.98 ha torpaq sahəsi verilmişdir. Lakin buna baxmayaraq, 2002-ci il tarixdən yuxarıda göstərilən həmin pay torpağının 0.22 ha hissəsini həmkəndlisi Cavabdeh qanunsuz zəbt edərək halhazıradək istifadə edir. Bu neçə illər ərzində onlara külli miqdarda ziyan vurub. Onun təxmini hesablamasına görə cavabdeh onlara 3500 manatadək ziyan vurmuşdur. O, hesab edir ki, cavabdehin onlara vurduğu maddi və mənəvi 3500 manat pul və olara məxsus Cavabdeh istifadəsində olan zəbt torpağı onların özlərinə qaytarılmalıdır.Ona görə də məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən bağlanmış yolun bərpa edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, habelə maddi və mənəvi zərərin əvəzi kimi 32.000 (otuz iki min) manat pulun ödənilməsi İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 1993-cü ildə Xaçmaz rayonunun İlxıçı-Məmmədxanlı kəndində qanuni əsaslarla torpaq sahəsi alaraq bir mərtəbəli yaşayış evi tikmiş və orada yaşamağa başlamışdır. Torpaq sahəsinin yanındakı boş sahəni zibillikdən və kol-kosdan təmizləmişdir. Sonradan cavabdeh də yaxınlıqda torpaq sahəsi alaraq 1 mərtəbəli ev tikmiş, eynilə o da ərazidəki boş torpaq sahəsini zəbt etmişdir. Torpaq islahatı aparılan zaman Xaçmaz rayon AİK-nın 19 sentyabr 2001-ci il tarixli, 04 saylı qərarı ilə onun və ailə üzvlərinin adına 0.22 ha ha həyətyanı torpaq sahəsinə şəhadətnamə işlənmişdir. Qalan ərazidən də istifafə etməkdə davam etmişdir. Qarşı tərəfin şikayət və müraciətləri sayəsində istifadəsində olan torpaq sahəsinin cavabdeh tərəfə pay torpaq sahəsi kimi ölçüb vermişlər. Ölçmə zamanı evinə gediş-gəliş yolunu çıxmaqlaqalan torpaq sahəsi qarşı tərəfə verilsə də, sonradan yol da daxil olmaqla bütün ərazi zəbt edilmiş və yol bağlanmışdır. Nəticədə evə gediş-gəliş mümkün olmadığından müvəqqəti olaraq evi tərk etmişlər. Ev baxımsızlıq üzündən dağılıb tökülmüş, nəticədə ona külli miqdarda ziyan dəymişdir. Özünə məxsus JN-019 A saylı 30210005 kodlu şəhadətnamədə göstərilən torpaq sahəsindən istifafdə edə və gəlir götürə bilmir. Cavabdehin yolu bağlaması nəticəsində torpaq sahəsindən istifadə edə bilmir.Cavabdeh həyat yoldaşının xalası qızı olduğu üçün bu vaxta qədər dözmüşlər. Artıq onların iddia qaldırmasından sonra haqqını tələb edir. 10 il ərzində həyətyanı torpaq sahəsindən hər il orta hesabla 2000 (iki min) manat gəlir götürə bilərdi. 10 ildə bu məbləğ 20 min manat təşkil edir. Evinə dəymiş zərər isə 7000 (yeddi min) manatdan çox olar. Nəzərə alınmalıdır ki, evin içində olan avadanlığı məhv edilib. Cavabdehin istifadəsində xeyli artıq torpaq sahəsi var, cavabdehin məqsədi onun əmlakını ələ keçirtmək, məhv etdirməkdir. 10 il ərzində evinə gedib-gələ bilməmiş, uzaqdan baxmaqla ciddi mənəvi sarsıntılar keçirmişdir. Mənəvi zərəri 5000 manat məbləğində dəyərləndirir.Göstərilənlərə əsasən ilk iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabvdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, İN-0010 saylı, 30210068 kodlu Torpağa mülkiyət hüququna dair Dövlət aktına əsasən İddiaçı və onun ailə üzvlərinin mülkiyyətlərinə 2.98 ha torpaq sahəsi verilmişdir. Həmin torpağın mülkiyyətçisi Ağayev Seyidbala Ələddin oğludur. İş materiallarında olan JN-019A saylı, 30210005 kodlu Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən müəyyən olunur ki, Xaçmaz rayonunun İlxıçı- Məmmədxanlı kəndində 0.22 ha torpaq sahəsi Cavabdeh mülkiyyətindədir və ailə tərkibində Orucəliyeva Nardəstə Nuru qızı, X2, X3 vardır. İş materiallarında olan Xaçmaz rayonunun Qalağan İƏD nümayəndəliyinin 16 iyul 2014-cü il tarixli, 143 saylı arayışından müəyyən olunur ki, Cavabdeh İlxıçı- Məmmədxanlı kəndində yaşayır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 19 aprel 2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayon İlxıçı- Məmmədxanlı kəndində İddiaçı ilə ailə üzvülərinin faktiki istifadə etdikləri torpaq sahəsi ilə vahid elektron baza məlumatlarında olan xəritə materialları arasında kəskin fərq olduğundan işin araşdırılması mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tarixli, 2(067)-78/2020 saylı, 1108 saylı ekspert rəyindən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerqurluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz LTİ-nin mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayon İlxıçı-Məmmədxanlı kəndində İddiaçı ilə ailə üzvülərinin faktiki istifadə etdikləri torpaq sahəsi ilə vahid elektron baza məlumatlarında olan xəritə materialları arasında kəskin fərq olduğundan işin araşdırılması mümkün olmamışdır. Ekspertiza xərclərinə dair bildirişdən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X4 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İddiaçı onlara dəymiş maddi və mənəvi yəni 3500 manatın və Cavabdeh istifadəsində olan onlara məxsus zəbt torpağının geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2-ci maddəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydata daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşları mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torppaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən həyata keçirilir. «Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. İşlər məhkəmə baxışına hazırlandıqda torpaq sahəsinin hüquqi statusunu müəyyən edən sənəd, ilk növbədə həmin sənədin əsli tələb edilməlidir. Həmin Qərarın 6-cı bəndinə əsasən torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadtnamə) rəsmiləşdirilir.Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. Məhkəmə ilk və qarşılıqlı iddianın dəlillərini araşdıraraq belə nəticəyə gəlir ki, tərəflər öz iddialarının əsası kimi istinad etdikləri halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etmədiklərindən həm ilk iddia, həm də qarşılıqlı iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə qeyd edilənlərə əsasən İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri tələbinə dair ilk iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı bağlanmış yolun bərpa edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, habelə maddi və mənəvi zərərin əvəzi kimi 32.000 (otuz iki min) manat pulun ödənilməsinə dair qarşılıqlı iddia tələblərinin təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişinə əsasən keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun yarısı - 50 manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan hissəsi isə (50 manat) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı torpağın qanunsuz sahiblikdən geri tələb edilməsi, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair ilk iddası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı bağlanmış yolun bərpa edilməsi, mülkiyyətdən istifadəyə maneələrin aradan qaldırılması, habelə maddi və mənəvi zərərin əvəzi kimi 32.000 (otuz iki min) manat pulun ödənilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 manat məbləğində pulun yarısı - 50 manat məbləğində pul ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, qalan hissəsi isə (50 manat) ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab Az.41 NABZ******************** SWİFT BİK JTREAZ.22 hesabına köçürülsün. İddia ərizələri verilərkən ödənilmiş dövlət rüsumu tərəflərin özlərinə aid edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-17/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-17/2020
05.03.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver