Məhkəmə qərarları › İş №2(067)-1716/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1716/2020

08.09.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1716/2020 08.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X3, ərizəçi X1 iştirakları ilə, ərizəçi X1 doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X1 doğum faktının müəyyən edilməsi tələbinə İddiaçı Lədair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1947-ci il tarixdə Qusar rayonu, Bədirqala kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X2 ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1947-ci ildə Qusar rayonunun Bədirqala kəndində anadan olmuşam. Valideynlərinin səhlənkarlığından və müharibə dövrü olduğundan, valideynləri onun üçün doğum haqqında şəhadətnamə almayıblar. xx xxxxxxx 1981-ci il tarixdə Qusar rayonu, Balaqusar kənd sovetliyindən şəxsiyyət vəsiqəsini təsdiq edən sənəd də almışdır. 1967-ci ildə X5 nikaha daxil olmuş və onunla birgə nikahdan 6 uşaqları anadan olmuşdur. Evləndikdən sonra həyat yoldaşı ilə birlikdə Xaçmaz rayonunun Alekseyevka kəndinə köçmüşdür. Hazırda yaşa görə pensiya almaq istəyirəm, lakin şəxsiyyət vəsiqəm olmadığına görə bunu edə bilmir. Bununla əlaqədar hazırkı ərizə ilə məhkəməyə müraciətetmişdir. Məhkəmə iclasında ərizəçi X2 ərizədə göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, şəxsiyyət vəsiqəsi olmadığından Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq üçün oğlu müraciət etmiş, dövlət rüsumunu da onun əvəzindən oğlu ödəmişdir. Göstərilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsi heç bir üzürlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, ərizəçinin dəlillərini dinləyib hesab edir ki,ərizə baxılmamış saxlanmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, ərizəçinin əvəzindən oğluƏliyev Cəlali Camaloviç Maraqlı şəxsnə doğum haqqında şəhadətnamə almaq üçün müraciət etmiş və dövlət rüsumunu ödəmişdir.Ərizəçi tərəfindən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd və dövlət rüsumunun ərizəçinin özü tərəfindən ödənilməsini təsdiq edən sənəd işə mahiyyəti üzrə baxılıq yekun məhkəmə qətnaməsi çıxarılana qədər məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə əsasən iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.1. ərizənin verildiyi məhkəmənin adı; 149.2.2. işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; 149.2.3. iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4. müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.5. ərizəyə əlavə edilən sənədlərin siyahısı. Həmin Məcəllənin 150-ci maddəsinə əsasən iddia ərizəsinə aşağıdakı sənədlər əlavə edilir: cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri; dövlət rüsumunun ödənilməsi haqqında sənəd; iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd; kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd; iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri; onun barəsində mübahisə edildiyi halda, normativ aktın mətni; müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd. Həmin Məcəllənin 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1— 150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi X1 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar