Məhkəmə qərarları › İş №2(067)-1737/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1737/2022

16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1737/2022 16.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 16 sentyabr 2022-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası DİN-nin X3 Mühafizəsi üzrə polis alayının əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə 30 iyun 1992-ci il tarixli 52 saylı əmrin ona- Ərizəçi da məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, 1991-20089-c illərdə Azərbaycan Respublikası DİN-nin X3 Mühafizəsi üzrə polis alayında polis baş serjantı kimi xidmətdə olmuşdur. Hazırda təqaüdçüdür. DİN-nin müvafiq əmrləri ilə 1992-1994-cü illərdə Azərbaycan Respublikasının süverənliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. Ancaq “Müharibə veteranı” adı və vəsiqəsi ona verilməyib. Onunla birlikdə döyüş əməliyyatlarında iştirak etmiş iş yoldaşlarının çoxu müharibə veteranı adı alıblar və müəyyən imtiyazlardan istifadə edirlər. O, sonuncu dəfə Ağdam rayonuna iş yoldaşları ilə birlikdə 30 iyun 1992-ci il tarixdə X3 Mühafizəsi üzrə polis alayı komandirinin 52 saylı əmri ilə Ağdam rayonunun müdafiəsi uğrunda erməni hərbi birləşmələrinə qarçı gedən döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur. Ona məxsus əmək kitabçasındakı iş stajı hesablanarkən Qarabağ müharibəsində iştirakı nəzərə alınaraq imtiyazlı hesablama aparılmışdır. Bu barədə DİNnin X5 İdarəsinə müraciət etmiş, Ağdam rayonuna ezam olunması barədə 30 iyun 1992-ci il tarixli 52 saylı əmrdə soyadı və ata adı səhv yazıldığı üçün hüquqlarını həyata keçirə bilmir. Məhkəmə iclasında ərizəçi ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı tərəf Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X5 İdarəsi məhkəməyə məktub göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X5 İdarəsinin ərizəçiyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubundan müəyyən olunur ki, X3 Mühafizəsi üzrə alayın əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə 30 iyun 1992-ci il tarixli 52 saylı əmrdə soyadının və ata adının X1 fərqli qeyd olunması hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında təsdiqlənməsini zəruri etmişdir. Ona görə də məsələnin həlli mümkün olmamışdır. İş materiallarında olan X3 Mühafizə edən polis alayının arayışından müəyyən olunur ki, Alıkişiyev Şirinbala Bazarəddin oğlu həqiqətən DİN-nin X3 Mühafizəsi üzrə polis alayında polis baş serjantı kimi xidmətdə olmuş, 30 iyun 1992-ci il tarixdə X3 Mühafizəsi üzrə polis alayı komandirinin 52 saylı əmri ilə Ağdam rayonunun müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmək üçün ezam olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi X5 İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, DİN-nin Baş Mühafizə İdarəsindən təqdim olunmuş xx.xx.1992-ci il tarixli 52 saylı əmrdə Ərizəçi adı və soyadı “Аликишиев Ширинбала Базараддин оглы” kimi yazılmışdır. İş materiallarında olan əmək kitabçasının surətindəm görünür ki, Ərizəçi 1987-ci ildən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində xidmət etmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İş materiallarında olan xx.xx.1967-ci ildə anadan olmuşdur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçi qeyd olunan hüquqmüəyyənedici sənədin ona məxsus olmasını təsdiq edən sənədi başqa qaydada əldə edə bilməmişdir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası DİN-nin X3 Mühafizəsi üzrə (polis) alayın əməkdaşlarının Ağdam rayonuna ezam olunmaları barədə 30 iyun 1992-ci il tarixli 52 saylı əmrin Ərizəçi da məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar