Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1737/2025 15.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «əmlakların evdən çıxarılması» tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavandeh Cavabdeh məxsus 1 ədəd divar mebelinin, 2 ədəd döşəyin, 2 ədəd böyük nalçanın, 2 ədəd balaca nalçanın, 2 ədəd taxt yastığının, 1 ədəd taxi pakrıvalının, 1 ədəd qapı pərdəsinin, 1 ədəd çılçırağın, 1 ədəd sandığın, 2 ədəd şirli vedrənin, 1 ədəd emalli təknənin, 1 ədəd tiyanın 26 oktyabr 2024-cü il tarixli, ********* reystr nömrəli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov sovxozu, 6-cı şöbədə 0,10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 49,40 kv.metr olan yaşayış evindən çıxarılması barəda qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, oğlu X2 ilə Cavabdeh Əskərqulıı qızı xx.xx.2004-cü ildə rəsmi nikah bağlayaraq evlənmişlər, xasiyyətləri uyğun gəlməyərək, ailə münasibətləri tamamilə pozulmuş, xx.xx.2021-ci ildə Xaçmaz rayon məhkəməsi tərəfindən nikahları pozulmuşdur. Birgə nikahdan xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü,X4 anadan olmuşdur. Uşaqlar hazırda cavabdehin yanındadır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 26 oktyabr 2024-cü il tarixli, ********* reystr nömrəli çıxarışına əsasən Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov savxozu,6-cı şöbədə 0.10 ha torpaq sahəsində yerləşən, 49.40 kv.metr ümumi sahəsi olan ev onun mülkiyyətindədir. Cavabdeh Xaçmaz rayonunun Xudat 6-cı Şöbə kəndində ona məxsus evdə 4 ildir ki, öz əmlaklarını saxlayır. Dəfələrlə cavabdehə əmlaklarını könüllü olaraq aparmasını təklif etsə də, o, bunu etməmişdir. Görünür ki, onun məqsədi onları incitmək, əmlakını evindən çıxarmamaqdır. Evinin ümumi sahəsi 49.40 kvadrat metrdir, çox balacadır və sıxdır, nəmişlikdən evin döşəməsi demək olar ki, çürümüşdür və dağılmışdır. Cavabdehin əmlakının qalması səbəbindən evini təmir etdirə bilmir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh əmlaklarının müəyyən hissəsini aparmışdır. Evində faktiki olaraq 1 ədəd divar mebeli, 2 ədəd döşək, 2 ədəd böyük nalça, 2 ədəd balaca nalça, 2 ədəd taxt yastığı, 1 ədəd taxi pakrıvalı, 1 ədəd qapı pərdəsi, 1 ədəd çılçıraq, 1 ədəd sandıq, 2 ədəd şirli vedrə, 1 ədəd emalli təknə və 1 ədəd tiyan qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli, ********* reystr nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov savxozu, 6-cı şöbədə yerləşən 49.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi tam, evin yerləşdiyi 0.10 ha torpaq sahəsi isə 2/5 hissədə İddiaçı mülkiyyətindədir. 27 may 2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmənin gəldiyi nəticə: Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X1 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar Mülki Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, İddiaçı oğlu X2 ilə Cavabdeh Əskərqulıı qızı 01 noyabr 2004-cü ildə rəsmi nikah bağlayaraq evlənmişlər və birgə nikahdan 04 may 2005-ci il təvəllüdlü X3 və 01 aprel 2007-ci il təvəllüdlü X4 anadan olmuşlar. Xaçmaz rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qətnaməsi ilə X2 ilə Cavabdeh arasındakı nikah qeydi pozulmuşdur və cavabdeh uşaqları ilə birlikdə iddiaçının oğlundan ayrı yaşayır. Həmçinin müəyyən olunmuşdur ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş 26 oktyabr 2024-cü il tarixli, ********* reyestr nömrəli Çıxarışa əsasən Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov savxozu, 6-cı şöbədə yerləşən 49.40 kv.metr ümumi sahəsi olan fərdi yaşayış evi tam, evin yerləşdiyi 0.10 ha torpaq sahəsi isə 2/5 hissədə İddiaçı mülkiyyətindədir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, oğlu Mahir Orucəliyevlə Cavabdeh 2021-ci ildə boşanandan sonra faktiki olaraq ayrı yaşamağa başlamışlar, lakin, cavabdeh özünə məxsus bir sıra əmlakları onun evindən çıxarsa da, hazırda cavabdehə məxsus 1 ədəd divar mebeli, 2 ədəd döşək, 2 ədəd böyük nalça, 2 ədəd balaca nalça, 2 ədəd taxt yastığı, 1 ədəd taxt pakrıvalı, 1 ədəd qapı pərdəsi, 1 ədəd çılçıraq, 1 ədəd sandıq, 2 ədəd şirli vedrə, 1 ədəd emalli təknə və 1 ədəd tiyan onun evindədir və cavabdehə dəfələrlə əmlaklarını evindən çıxarmasını təklif etsə, də, o, qərəzli olaraq əmlaklarını onun evindən çıxarmır. Evinin ümumi sahəsi 49.40 kvadrat metrdir, çox balacadır və sıxdır, nəmişlikdən evin döşəməsi çürümüş və dağılmışdır. Cavabdehin əmlakının evində qalması səbəbindən evini təmir etdirə bilmir. Belə olan halda, iddiaçı hüquqlarının pozulduğunu əsas gətirməklə, hazırkı tələblə cavabdehin yaşayış yeri üzrə məhkəməyə müraciət etmişdir. Məhkəmə onu nəzərə alır ki, cavabdeh dəfələrlə məhkəmə iclaslarına dəvət edilsə də, heç bir üzrlü səbəb olmadan məhkəməyə gəlməmiş və iddiaya qarşı etirazının dəlillərini, o cümlədən iddiaçıya məxsus evdə istifadə hüququnun müəyyən ounması barədə heç bir sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi işin faktiki hallarına uyğundur və cavabdehə məxsus əmlakların heç bir qanuni əsas olmadan iddiaçının evində qalması onun mülkiyyətçi kimi hüquqlarını pozur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27 iyul 2001-ci il tarixli Plenum Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, notariat qaydada istifadə hüququna dair razılaşma olmadığından iddia təmin edilməli və Cavabdeh məxsus 1 ədəd divar mebeli, 2 ədəd döşək, 2 ədəd böyük nalça, 2 ədəd balaca nalça, 2 ədəd taxt yastığı, 1 ədəd taxt pakrıvalı, 1 ədəd qapı pərdəsi, 1 ədəd çılçıraq, 1 ədəd sandıq, 2 ədəd şirli vedrə, 1 ədəd emalli təknə və 1 ədəd tiyan 26 oktyabr 2024-cü il tarixli, ********* reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov sovxozu, 6-cı şöbədə 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 49.40 kv.metr olan yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. İddia tələbindən göründüyü kimi, iddiaçı ödənilmiş dövlət rüsumunu cavabdehdən tələb etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh məxsus 1 ədəd divar mebeli, 2 ədəd döşək, 2 ədəd böyük nalça, 2 ədəd balaca nalça, 2 ədəd taxt yastığı, 1 ədəd taxt pakrıvalı, 1 ədəd qapı pərdəsi, 1 ədəd çılçıraq, 1 ədəd sandıq, 2 ədəd şirli vedrə, 1 ədəd emalli təknə və 1 ədəd tiyan 26 oktyabr 2024-cü il tarixli, ********* reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus Xaçmaz rayonunun Xudat şəhəri, Çkalov sovxozu, 6-cı şöbədə 0.10 ha həyətyanı torpaq sahəsində yerləşən ümumi sahəsi 49.40 kv.metr olan yaşayış evindən çıxarılsın. Dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-1737/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1737/2025
15.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver