Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1744/2020 01.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində xx xxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ona məxsus ünvan 1 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanındakı 1 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 33,5 kv.metr olan, 771.0 kv.metr torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin ev vərəsəlik üzrə xx.xx.2004-cü il tarixdə Xaçmaz rayon notariat kontorunun şəhadətnaməsi ilə onun mülkiyyətidir və qeydiyyat vəsiqəsi və texniki pasportla rəsmiləşdirilmişdir. Cavabdehlər ona məxsus evdə yaşamasalar da bu günə kimi onların pasport qeydiyyatı onun evinədir. Cavabdehlərin özlərinə məxsus evləri var və öz evlərində yaşayırlar. Bu hal evin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Cavabdehlərin qeydiyyatı evinə oldluğu üçün onlara görə kommunal xərcləri ödəyir. Mülkiyyətçi kimi evinə sərəncam vermək hüququnu pozur. Dəfələrlə cavabdehlərə müraciət edərək könüllü olaraq evindən pasport qeydiyyatından çıxmasını xahiş etmiş, lakin onlar bundan imtina etmişlər. Belə ki, cavabdehlər göstərilən ünvanda yaşamasalar da formal olaraq orada qeydiyyatda qalmışdır. Məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddianın Cavabdeh4 aid hissəsini müdafiə etmir, digər cavabdehlərə qarşı iddianı isə müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehlərin gəlməməsinin səbəbini üzürsüz hesab edərək Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Əvvəlki məhkəmə iclasında Cavabdeh1 bildirmişdir ki, mübahisəli evə gəlin köçmüş, 10 il həmin evdə yaşamışdır. Sonradan ev tikib çıxmışdır. O və subay qızı qeydiyyatdan çıxmayacaqlar, ailə quran qızı isə qeydiyyatdan çıxacaqdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan 5469 reyestr nömrəli, 3694 inventar nömrəli xx.xx.2004-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, ünvan 2 №-də yerləşən yaşayış evi Xaçmaz rayon 1 saylı Dövlət notariat kontorunun xx.xx.2004-cü il tarixli 2V/1-88 nömrəli şəhadətnamə əsasında İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan 2004-cü il tarixli, inventar nömrəsi 3694, qeyd nömrəsi 5469 olan texniki pasportun surətindən müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına bütövlükdə texniki pasport işlənmişdir. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarında olan sənədlərdən görünür ki, cavabdehlərdən Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh2 hazırda ünvan 4, Cavabdeh3 isə ünvan 3 ünvanında pasport qeydiyyatındadırlar. Göründüyü kimi, cavabdehlər hal-hazrıda ünvan 1 ünvanında yaşamırlar və onların həmin evə qeydiyyatları formal xarakter daşıyır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 35, 53, 54, 60 və 123-cü maddələrinə əsasən hesab edir ki, cavabdehin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanında yerləşən yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh1, Cavabdeh5, Cavabdeh2 və Cavabdeh3 ünvan 4 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1744/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1744/2020
01.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver