Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1763/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh MMC-nin baş direktoru R.Q.Rüstəmovun xx.xx.2015-ci il tarixli 21 k nömrəli əmrinin qanunsuz hesab edilərək onun əvvəllər işlədiyi Cavabdeh MMC-nin istehsalat şöbəsinin meyvə-tərəviz sexinə operator vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. İş üzrə cavabdeh məhkəmənin ünvanına ərizə göndərərək göstərmişdir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə 2015-ci ildə Səbail rayon məhkəməsinə müraciət etmiş, Səbail rayon məhkəməsinin 2(009)-2996/2015 saylı xx xxxxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmamışdır. İddiaçı tərəfindən qətnamədən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Səbail rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə minmişdir. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğu halda iddiaçı tərəfindən yenidən eyni əsasla eyni tərəfə qarşı iddia ərizəsi ilə müraciət etmişdir. Ona görə də İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa tələbinə dair iddia ərizəsi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə hazırlıq icraatına xitam verilməlidir. Belə ki, iş materiallarında olan Səbail rayon məhakəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(009)-2996/2015 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa olunma və məcburi iş buraxma müddəti dövrü üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)-7537/2015 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Səbail rayon məhakəməsinin xx xxxxxxxx 2015-ci il tarixli 2(009)-2996/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxx 2016-cı il tarixli 2(102)-1994/16 nömrəli qərarından müəyyən olunur ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2015-ci il tarixli 2(103)- 7537/2015 nömrəli qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarından müəyyən olunur ki, hazırki iddia ilə əvvəlki iddianın əsasları, predmeti və tərəfləri eyni olmuşdur. Göründüyü kimi hazırki iddia üzrə eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsinin hazırlıq icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə müvafiq olaraq, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsi üzrə mülki işin hazırlıq icraatına Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət veriləbilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1763/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1763/2020
27.08.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver