Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1781/2020 23.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən çıxarma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh Xaçmaz rayonu Maqsud kəndində olan 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə xasiyyətləri uyğun gəlmədiyindən ayrılmışlar. Xaçmaz rayon məhkəməsinin qətnaməsi ilə Xaçmaz rayonu, Maqsudkənd kəndində onun mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsində onun Cavabdeh ilə birgə nikah dövründə tikdikləri birmərtəbəli yaşayış sahəsindən darvaza olan və evin girişi istiqamətindən dəhliz, mətbəxt və həmin istiqamətdəki iki otaq və otağa giriş üçün eyvanın giriş hissəsi ayrılmaqla azyaşlı uşaqlarla birlikdə İddiaçı istifadəsinə, balkonun digər hissəsi və həmin istiqamətdəki otaq isə Cavabdeh istifadəsinə verilməsi qət edilmişdir. Cavabdeh 1.28 ha fındıq bağını satmaq qərarına gəldikdə ona bildirmişdir ki, onun razılığı olmadan bağı sata bilmir. Məhkəmədə ona ayrılmış hissəni notariat kontorunda imtina edərək ona verir. O cavabdehlə razılaşaraq fındıq bağının satılmasına etirazını bildirməmiş, cavabdeh ona bildirmişdir ki, bağı satan kimi evdən çıxacaq. Lakin cavabdeh evdən çıxmamış hazırda da həmin evdə yaşayır. Məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, notariat kontorunda ünvan 1 kəndində yerləşən evdən istifadə hüququndan imtina etməsinə dair ərizə verərkən ona 15000 manat pul verilmişdir. Həmin pulu alıb evdən istifadə hüququndan imtina etmişdir. Hazırda başqa yaşayış yeri olmadığı üçün həmin evdən çıxmaq istəmir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, nikahın pozulması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, tərəflər arasında nikah ləğv edilmişdir. Nikahın ləğv edilməsi xx.xx.2019-cu ildə qeyd edilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 2(067)-3009/2018 nömrəli qətnaməsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu, Maqsudkənd kəndində İddiaçı mülkiyyətində olan 0,12 ha həyətyanı torpaq sahəsində onun Cavabdeh ilə birgə nikah dövründə tikdikləri birmərtəbəli yaşayış sahəsindən darvaza olan və evin girişi istiqamətindən dəhliz, mətbəxt və həmin istiqamətdəki iki otaq və otağa giriş üçün eyvanın giriş hissəsi ayrılmaqla azyaşlı uşaqlarla birlikdə İddiaçı istifadəsinə, balkonun digər hissəsi və həmin istiqamətdəki otaq isə Cavabdeh istifadəsinə verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz rayon notariat kontorunda təsdiq edilmiş Cavabdeh ərizəsindən görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən ünvan 1 kəndi ünvanında yerləşən evin balkonunun bir hissəsi və həmin istiqamətdəki otağa olan istifadə hüququndan imtina etmişdir. Azərbaycan Respublikası MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmim Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından və tərəflərin izahatlarından bir daha müəyyən olunmuşdur ki, cavabdeh Xaçmaz rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinə əsasən istifadəsinə verilmiş ünvan 1 kəndi ünvanında yerləşən evin balkonunun bir hissəsi və həmin istiqamətdəki otağa olan istifadə hüququndan imtina etmiş, əvəzində isə iddiaçıdan 15000 manat pul almışdır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh ünvan 1 kəndi ünvanında yerləşən (İddiaçı məxsus) 0,12 ha torpaq sahəsi üzərində inşa edilmiş bir mərtəbəli evdən məcburi qaydada çıxarılsın. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1781/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1781/2020
23.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver