Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1798/2021 20.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, iddiaçı ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə oğlunun iştirakı ilə, ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ”Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək 2020-ci il tarixli 06/00189 nömrəli operativ lizinq müqaviləsinə əsasən 2.250 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun- cəmi 2.270 manat məbləğin Cavabdeh tutularaq ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə əmr çıxarılmasını xahiş etmişdir. Xaçmaz rayon məhkəməsinin 09 iyun 2021-ci il tarixli 2(067)-1798/2021 saylı məhkəmə əmri ilə Cavabdeh 2.250 manat məbləğində ödənilməmiş borcun və 20 manat dövlət rüsumunun-2.270 manat məbləğin Cavabdeh tutularaq ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə keçirilməsi əmr olunmuşdur. Cavabdeh oğlunun əmrə qarşı etirazına əsasən Xaçmaz rayon məhkəməsinin 14 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmənin 09 iyun 2021-ci il tarixli 2(067)-1798/2021 saylı əmri ləğv edilərək materiallar iddia icraatına keçirilmişdir. İddiaçı ”Aqroservis” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, ”Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh Yusupoviç arasında bağlanmış 2 07 may 2020-ci il tarixli 06/00189 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılğığan kombaynı 2020-ci il tarixli biçini mövcümü ərzində istifadəyə verilmişdir. ”Aqroservis” ASC ilə borclu arasında bağlanmış 06/00189 nömrəli müqaviləyə əsasən 4.500 manat öhdəlikdən 2.250 manat ödənilmiş, 2.250 manat borcu qalmışdır. Borclunun cəmiyyətə hal-hazırda 2.250 manat borcu var. Lakin borclu vaxtında kreditora olan borcunu qaytarmadığından kreditor dəfələrlə ondan yaranmış borcun ödənilməsini tələb etsə də borclu bu günə kimi müxtəlif bəhanələrlə kreditora olan borcunu ödəməkdən yayınmışdır. Buna görə də kreditor məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, həqiqətən qeyd olunan kombaynı İddiaçı ASC-dən müqavilə əsasında aylıq 2250 manat ödəmək şərti ilə iki ay müddətinə icarəyə götürmüş, lakin xəstəliyi ilə əlaqədar olaraq, kombaynı bir ay vaxtından əvvəl geri qaytarmışdır. Bu səbəbdən də, həmin aya görə 2250 manat pul ödəməyini inkar edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ”Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh Yusupoviç arasında bağlanmış 05.07.2013-cü il tarixli 618 İsKX saylı kredit müqaviləsindən görünür ki, ”Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə borclu Cavabdeh Yusupoviç arasında bağlanmış 07 may 2020-ci il tarixli 06/00189 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd SR-2045 markalı taxılğığan kombaynı 2020-ci il tarixli biçini mövcümü ərzində cavabdehin istifadəsinə verilmişdir. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Lizinq alan (istifadəçi) texnikanın müqavilə müddəti bitməmişdən əvvəl təhvil verilməsindən, texnikanın istismarı zamanı baş vermiş nasazlıq səbəbi ilə boş dayanmalardan və texnikanın saz vəziyyətə gətirilməsinə çəkilən xərcdən asılı olmayaraq, bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutulmuş məbləği lizinq verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.4-cü bəndinə görə müvəqqəti istifadəyə götürülmüş texnikaların ödəniş öhdəliyi 100% olaraq ödənilməlidir. İş materiallarına əlavə edilmiş pretenziyadan görünür ki, cavabdehə müraciət olunmasına baxmayaraq o borcun ödənilməsi üçün tədbir görməmişdir, icarə müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişdir. İş materiallarında olan 07.04.2021-ci il tarixli mədaxil qəbzindən müəyyən olunur ki, ”Aqroservis” ASC məhkəmədə ərizəyə baxılması üçün 20.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdehdən 2.250 manat məbləğində borc pul tutularaq ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2.250 manat məbləğində ödənilməmiş borc və 20 manat dövlət rüsumu cəmi-2.270 manat məbləğində pul tutularaq ”Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1798/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1798/2021
20.08.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver