Məhkəmə qərarları › İş №2(067)-18/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-18/2023

16.06.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-18/2023 16.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun üzərində yerləşən qeyri-yaşayış binasının sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddiası və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun üzərində yerləşən qeyri-yaşayış binasının sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə görə işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi və qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPMnin 259, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun üzərində yerləşən qeyri-yaşayış binasının sökülməsi və torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılsın. Tərəflərə izah edilsin ki, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məlumat verməmələrinin üzürlü səbəbdən baş verməsi haqqında sübutlar təqdim edərlərsə, bu Məcəllənin 259.0.6-cı maddəsində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanılması barədə qərardad ləğv oluna bilər. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar