Məhkəmə qərarları › İş №2(067)-1800/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1800/2024

13.08.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1800/2024 13.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi, iddiaçı X9 və onun vəkili Vəkil və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı X4 Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi üzə mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X9 Cavabdeh direktor səlahiyyətlərini icra edən İ. İbrahimovun onun işdən azad edilməyi barədə 06 mart 2024-xü il tarixli, 78 & 1 saylı əmrinin ləğv edilməsi və onun Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi vəzifəsinə işə bərpa olunmağı barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X9 iddia tələbini onunla əsaslandırmışdır ki, o, Xaçmaz rayon Təhsil Şöbəsinin əmri ilə Qusarçay kənd orta məktəbinə fiziki tərbiyə müəllimi təyin olunmuş və Qusarçay kənd tam orta məktəbinin direktor səlahiyyətlərini icra edən İ.İbrahimovun xx.xx.2024-cü il tarixli, 78 & 1 saylı əmri ilə işdən azad edilmişdir. Həmin əmrdə yazılır: “Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi İddiaçı səhhəti ilə əlaqədar verdiyi xx.xx.2024 il tarixli şəxsi ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdən işdən azad edilsin”. Hesab edir ki, işdən azad olunmağı barədə əmr qanunsuz və əsassızdır, aşağıda göstərilən səbəblərə görə ləğv edilməlidir. Belə ki, 2023-cü ilin dekabr ayının axırlarında onunla məktəbdə direktorun təşkilatçı müavini X6 arasında məktəbin idman zalına yuxarı sinif şagirdlərinin dərs olmayan vaxtı girərək oradakı avadanlığı sındırmasına görə mübahisəsi olmuşdur. O da direktor müavini işləyən Mahir müəllimdən uşaqlara nəzarət etməsini və idman zalında dərs olmadığı vaxt uşaqların ora girməsinə icazə verməməsini xahiş etmişdir. Mahir müəllim bu sözə görə ondan inciyərək onun hazırda direktor səlahiyyətlərini icra edən şəxs olduğunu və o məsələlərə baxmadığını bildirmişdir. O, Mahir müəllimə onun da müəllim oluğunu və ümumilikdə məktəbdə nizam-intizamı qorumalı olduqlarını bildirmiş, Mahir müəllim də qarşılığında ona “sənə müəllim necə olduğunu göstərərəm” sözlərini demişdir. Bu söhbətdən sonra aralarında soyuqluq yaranmışdır. O, səhhəti ilə bağlı evdə müalicə aldığına görə 04 yanvar 2024-cü il tarixdən 20 yanvar 2024-cü il tarixədək işdə olmamış, məktəb direktoru ona işə çıxmamağa icazə vermişdir. 06 mart 2024-cü il tarixdə onun məktəbdə dərsi günortadan sonra olduğuna görə işə getmək üçün evdən yola çıxmış və məktəbin direktoru İbrahim müəllim ona zəng vuraraq harda olduğunu soruşan zaman məktəbə çatdığını bildirmişdir. Məktəbə daxil olaraq dərsin keçirildiyi meydançaya keçmiş, yenidən direktor İbrahim müəllim onu telefonla öz iş otağına çağıraraq onun barəsində olan 8-ci sinif şagirdləri Aysu Kərimovanın və Gülcamal Ağadadaşovanın adlarından yazılmış izahatları təqdim etmişdir. Aysu Kərimova izahatında guya onun 06 yanvar 2024-cü il tarixdə idman zalının paltar dəyişmə otağında onu öpdüyünü yazmışdır. O, Aysu Kərimovanın izahatında yazılanların şər və böhtan olduğunu və heç vaxt izahatda yazılan hərəkətləri etmədiyini direktora bildirmişdir. Bundan sonra direktor məktəbin müəllimləri Qızbəs Hüseynovanı və Rəfiqə Hacıəliyevanı iş otağına dəvət edərək, onlara şagirdlərin adından yazılmış izahatlara aydınlıq gətirmələrini təklif etmiş, lakin həmin müəllimələr heç bir izah verməyərək, qısa olaraq nə varsa izahatda yazıldığını bildirmişlər. Bundan sonra məktəbin direktoru İbrahim müəllim ona izahatlarla birlikdə Xaçmaz Təhsil sektoruna getməli olduqlarını bildirmiş və o da buna etiraz etməyərək, birliktə Təhsil sektoruna getmişlər və orada Təhsil sektorunun müdiri Fikrət müəllimin qəbulunda olmuşlar. Həmin vaxt məktəbin direktor müavini Mahir müəllim də orada olmuşdur. Fikrət müəllim ondan izahatlarda yazılanlarla bağlı sorğu-sual etmiş, o da heç vaxt şağird Aysuya qarşı onun əxlaqsız hərəkətlərinin olmamasını bildirmiş və əksinə bütün şagirdlərə bir doğma balası, nəvəsi kimi münasibət bəslədiyini qeyd etmişdir. Aysunun nə üçün onu şərlədiyini başa düşə bilməmişdir. Fikrət müəllim onu dinlədikdən sonra Qusarçay orta məktəbində artıq bu söhbətin yayılmasını bildirərək, ondan ərizəni yazıb işdən çıxmasını tələb etmiş, əks halda şagirdlərin izahatlarını polisə göndərəcəyini və onu həbs edəcəklərini bildirmişdir. O, Fikrət müəllimdən Aysu Kərimova ilə onu üzləşdirməsini xahiş etmiş, lakin o, daha da qəzəblənərək təkidlə işdən çıxmağı barədə ərizəni yazmağımı tələb etmişdir. O, işdən çıxmaq barədə ərizəni yazmaq istəməsə də, təxminən 2 saata yaxın direktor müavini Mahir müəllim ilə birlikdə ona təzyiq edərək, işdən çıxmağı barədə ərizəni yazmamı tələb etmişlər. O da şok vəziyyətində olaraq onların təkidi ilə işdən çıxmağı barədə ərizəni yazmışdır. Mahir müəllim onu təhsil sektorunda metodist Mövlan müəllimin iş otağına apararaq orada yenidən işdən çıxmağı barədə ərizəni yazdırmış və onun təkidi ilə ərizədə 06 mart 2024-cü il tarixdə işdən azad olunmağını qeyd aparmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə məktəbin direktoru İ.İbrahimov onun işdən azad olunmağı barədə əmr vermişdir. 11 mart 2024-cü il tarixdə onu Xaçmaz rayon X14 bölməsinin müstəntiqi X16 rayon Polis Şöbəsinə dəvət etmiş və Aysu Kərimovanın anası X7 Kərimovam 06 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Qusarçay kənd tam orta məktəbində fiziki tərbiyyə dərsində olan zaman dərsin sonunda onun öpdüyü barədə ərizə ilə Xaçmaz RPŞ-nə müraciət etdiyini bildirmişdir. Müstəntiq ondan izahat almışdır. O, izahatında Nərgiz Zülfüqarovanın ərizəsində göstərilənlərin hamısının şər və böhtan olduğunu, onun heç vaxt Aysu Kərimovaya qarşı hər hansı əxlaqsız hərəkət etmədiyini, onun nə üçün onu şərlədiyini bilmədiyini qeyd etmişdir. 03 aprel 2024-cü il tarixdə müstəntiq Mətləb İsmayılov ona özünün 01 aprel 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarın surətini təqdim etmişdir. Qərarla tanış olarkən məlum olmuşdur ki, Aysu Kərimova 14 may 2024-cü il tarixdə müstəntiqə verdiyi izahatında 2024-cü ilin yanvar ayının ortalarında məktəbin direktor müavini Mahir müəllim onu məktəbin dəhlizində saxlayaraq onun digər siniflərdən pul oğurlaması barədə məlumatlı olduğunu, əgər onun dediklərini etməsə onda onu polisə verəcəyini və tutulacağı barədə bildirdiyini qeyd etmişdir. Həmin an onu ağlamaq tutmuş və demişdir ki, nə desə edəcəkdir. Bu zaman Mahir müəllim ona məktəbdə sinifyoldaşlarının arasında məktəbin fiziki tərbiyə müəllimi Təbriz müəllimin 06 yanvar 2024-cü il idman zalının paltar dəyişmə otağında öpməsi barədə danışsın və bu barədə gedib anasına desin, Mahir müəllim dediyi vaxt da gəlib bu barədə izahat yazar. Mahir müəllimin onun barəsində polisə şikayət edəcəyindən qorxduğu üçün o, həmin gündən başlayaraq sinif yoldaşlarının yanında Təbriz müəllimin onu öpməsi barədə söz-söhbət yaymağa başlamış, həmçinin həmin gün gedib bu barədə anasına demişdir. Anası da ona demişdir ki, gedib məktəbin direktoruna bu barədə deyəcəkdir. O, 2024-cü ilin yanvar ayının əvvəllərindən başlayaraq bu barədə sinif yoldaşlarına demiş, daha sonra həmin söz-söhbət məktəbin digər şagirdləri arasında yayılmağa başlamışdır. 06 mart 2024-cü il tarixdə məktəbdə işləyən Rəfiqə müəllimə onu dərsdən icazə alıb öz iş otağına dəvət etmiş və orada Qızbəs müəllimə ilə ona məktəbdə yaxşı söz-söhbətin danışılmadığını deyib ondan nə baş verdiyini soruşmuşlar. Həmin vaxt Mahir müəllimin onu polisə şikayət edəcəyi ağlına gəldiyindən qorxusundan onu ağlamaq tutmuş, lakin tutulmaqdan qorxmuşdur deyə Mahir müəllimin dediyi yalanları deməyə məcbur olmuş lakin Rəfiqə müəlliməyə demişdir ki, sinif yoldaşı Gülcamalı da onun yanına dəvət etsinlər. Rəfiqə müəllimə Gülcamalı da onun yanma dəvət etmiş və onlar Rəfiqə müəllimənin iş otağında Rəfiqə və Qızbəs müəlliməyə demişlər ki, onlar onları yazmaq istəyirlər, çünki danışmağa utanırlar. Bu zaman Rəfiqə müəllimə onların hərəsinə bir ədəd vərəq verib onları yazmalarını demişdir. Gülcamal ilə o, həmin vərəqə yazmışlar ki, guya ki, 06 yanvar 2024-cü il tarixdə Təbriz müəllim idman zalının paltar dəyişmə otağında onu öpmüşdür. Gülcamal ilə o, Rəfiqə müəllimənin iş otağında yazan zaman Mahir müəllim otağa daxil olmuş, sonra Rəfiqə müəllimə və Qızbəs müəllimə otaqdan çıxmışlar, Mahir müəllim onlara yaxınlaşıb yazdıqlarına baxmış, daha sonra otaqdan çıxıb getmişdir. Bir neçə dəqiqə sonra Mahir müəllim yenidən onların yanına gedərək yazdıqları vərəqləri götürmüş, daha sonra Gülcamala sinifə getməsini, ona isə arxası ilə gəlməsini demişdir. O, otaqdan çıxıb Mahir müəllimin ardınca sonuncunun iş otağına getmişdir. Mahir müəllimin iş otağında Mahir müəllimlə ondan başqa heç kim olmamışdır. Otaqda Mahir müəllim ona əlavə bir vərəqdə də izahat yazdırmış, həmin izahatı Mahir müəllim ona demiş, o da öz adından Mahir müəllimin dediklərini yazmıdşır. Orada da izahatda Mahir müəllim ona yazdırmışdır ki, guya Təbriz müəllim 06 yanvar 2024- cü il tarixdə idman zalının paltar dəyişmə otağında onu öpmüşdür. Göründüyü kimi məsələ Xaçmaz rayon X14 bölməsində araşdırılarkən müəyyən edilmişdir ki, şagird Aysu Kərimova məktəb direktorunun müavini Mahir müəllimin təkidi ilə onu şərləmişdir. 03 aprel 2024- cü il tarixdə o, işdən azad olunmağı barədə əmrin ləğv edilib, işə bərpa olunmağı barədə mediasiya təklifi ilə Qusarçay kənd tam orta məktəbinin direktoruna müraciət etmişdir. xx.xx.2024- cü il tarixdə Qusar 1 saylı Mediasiya Təşkilatının mediatoru X17 tərəfindən mediasiya sessiyası təyin edilmiş, mediasiya prosesində məktəbin direktoru X10 iştirak etmiş, aralarında hər hansı barışı sazişi olmadığı üçün mediator tərəfindən xx.xx.2024-cü il tarixli, MŞQ/MT-027-2024/00602 saylı ilkin mediasiya sessiyasından sonra prosesin davam etdiriə bilməməsi barədə arayış tərtib etmişdir. İş üzrə Cavabdeh direktoru məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçı X9 iddia tələbini müdafiə edərək, iş üzrə izahatnda göstərmişdir ki, məktəbin direktor müavini Mahir müəllim uşağı qorxudaraq məcburi şəkildə izahat yazdırmışdır. Təhsli İdarəsində ona 2-3 dəfə işdən çıxmaq üçün ərizə yazdırmışlar. Əgər həqiqət üzə çıxsa onu işə qaytaracaqları barədə bildirmişdilər. Məsələ şirirdilmişdir. Uşağın alnından bir nəvəsi kimi öpmüşdür. Əgər Xaçmaz rayonu Qusarçay kənd tam orta məktəbinə işə bərpa olunmağı mümükün olmasa digər məktəbdə də işləmək istəyər. Məhkəmə iclasında iddiaçı X4 vəkili Vəkil iddia tələbinin işə bərpa olunma hissəsini müdafiə edərək, izahatında göstərmişdir ki, iddiaçı Qusarçay kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi işləmişdir. İddiaçıya təkid və təsirlər nəticəsində işdən azad olnması barədə ərizə yazdırılmış və məktəbin direktoru səlahiyyətlərini icra edən İ.ibrahimovun əmri ilə işdən azad edilmişdir. 06 mart 2024-cü ildə məktəb direktoru iddiaçını otağına dəvət edərək barəsində izahatların olduğunu bildirmiş və həmin izahatları ona təqdim etmişdir. İddiaçı direktoru izahatda yazılanların şər-böhtan olduğunu, yazılanların həqiqəti əks etdirmədiyini bildirmişdir. Bundan sonra iddiaçı və məktəb direktoru Xaçmaz rayon Təhsil sektorunda Fikrət müəllimin qəbuluna getmişlər. Həmin vaxt Fikrət müəllim ona ərizəsini yazıb işdən çıxmağını, əks halda izahatları polisə göndərəcəyini və iddiaçını həbs edəcəklərini demişdir. Lakin iddiaçı işdən çıxmaq üçün ərizə yazmaq istəmədikdə bu zaman onlar iddiaçıya təkid və təzyiqlər göstərərək ərizə yazdırmışlar. Həmin gün məktəbin direktoru iddiaçının işdən azad olunması barədə əmr vermişdir. Aparılan araşdırmalar nəticəsində həmin izahatların şər-böhtan olduğu, direktor müavini Mahir İskəndərovun təkidi ilə iddiaçının üzərinə şər atıldığı məlum olmuşdur. Bu səbəbdən də iddiaçının işdən azad edilməsi barədə əmrin ləğv edilməsini xahiş edir.Keçən məhkəmə iclasında cavabdeh tərəf məcburi işburaxma üçün müraciət etməyin müddəti ötdüyünü bildirmiş, lakin iddiaçı iddia ərizəsinndə işə bərpa olunması ilə bağlı xahiş etmişdir. Ona görə də iddia ərizəsinin işə bərpa hissədə təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Quba-Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iş üzrə izahatında göstərmişdir ki, iddiaçı xəstəliyi ilə əlaqədar ərizə verərək öz təşəbbüsü ilə işdən azad edilmişdir. İddiaçının ərizə verdiyi gündən ərizəsində tarix qeyd olunduğu üçün təkrar ərizə vermək hüququnu itirmişdir. Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndində qeyd olunur ki, İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı da ərizəsində göstərildiyi gündən işdən azad edilməsini istəmişdir. İddiaçı müəllimlərin işə qəbulu ilə əlaqədar DİM imtahan verməlidir. Məhkəmə 04 iyul 2024-cü il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı Xaçmaz rayonTəhsil Sektorunun müdiri X11 iş üzrə izahatında göstərmişdir ki, o, hadisə baş verən tarixdə Xaçmaz rayon Təhsil Sektorunun müdir səlahiyyətlərini müvəqqəti icra edirmiş. Qusarçay kənd məktəbinin direktoru ona telefonla zəng vurararaq məktəbdə xoşagəlməz hal yaşandığını bildirmişdir. O, illərdir ki, həmin müəllimi tanıyır. Hadisə ilə bağlı Polis tərəfindən araşdırma aparılmış və iddiaçı bəraət qazanmışdır. Müəllim özü də etiraf etmişdir ki, şagirdi yanağından öpüb. Məhkəmə 04 iyul 2024-cü il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı Quba- Xaçmaz Regional Təhsil İdarəsinin nümayəndəsi X12 iş üzrə izahatında göstərmişdir ki, iddiaçı ərizəsində tarix göstərərək öz ərizəsi ilə işdən çıxmışdır. 39 il iş təcrübəsi olan bir müəllimi kimsə şər-böhtan ataraq işdən azad etməz. İddiaçı iddia edir ki, o, təzyiqlərə məruz qalaraq ərizə yazmışdır. Ona hər hansı bir təzyiqin göstərilməsi əsassızdır. Kifayət qədər yetişkin insandır. Rayon Təhsil Sektorunun əməkdaşları da iddiaçıya hər hansı bir təzyiq göstərilmədiyini izah edə bilərlər. Məhkəmə 20 iyun 2024-cü il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı mütəqil tələb irəli sürməyən üçüncü şəxs İbrahim İbrahimov iş üzrə izahatında göstərmişdir ki, hadisə baş verən zaman sözügedən məktəbdə direktor vəzifəsində işləmiş, lakin hadisədən sonra direktor vəzifəsindən müəllimlik vəzifəsinə keçmişdir. Hazırda həmin məktəbdə müəllim işləyir. İddiaçının bu məsələdə heç bir təqsiri yoxdur. Sosial şəbəkələrin ucbatından məsələ böyüdülmüşdür. Məhkəmə 20 iyun 2024-cü il tarixli hazırlıq iclasında ilkin dinləmələr zamanı mütəqil tələb irəli sürməyən üçüncü şəxs X6 iş üzrə izahatında göstərmişdir ki, 2023-cü ilin dekbar ayının 1-dən Cavabdehndə işə başlamışdır və bu hadisədən 3 ay əvvəl işə gəlmişdir. İddiaçı ilə heç bir şəxsi ədavəti olmamışdır. İş vaxtı ola bilər ki, aralarında nə isə anlaşılmazlıq olsun, amma heç bir düşmənçilyi olmamışdır. O, uşaqları heç vaxt belə bir iş üçün istifadə etməz. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, iş matriallarında olan X4 Cavabdeh direktor səlahiyyətlərini icra edən İbrahim İbrahimova ünvanladığı 06 mart 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, X2 ilə əlaqədar işdən azad olunmağını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Quba- Xaçmaz Regional Təhsil İdarəsinin Xaçmaz rayonu üzrə Təhsil sektorunun Qusarçay kənd tam orta məktəbi üzrə 06 mart 2024-xü il tarixli, 78 & 1 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, Cavabdeh fiziki tərbiyə müəllimi X2 ilə əlaqədar verdiyi 06 mart 2024-cü il tarixli şəzsi ərizəsinə əsasən 06 mart 2024-cü il tarixdlə işdən azad edilmişdir. İş materiallarında olan “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Xaçmaz rayon X14 Bölməsinin müstəntiqi, polis baş leytenantı X5 01 aprel 2024-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, X1 şikayət ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin və İddiaçı barəsində Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 69-cu maddəsinə əsasən Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası aşağıdakılardır:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.

3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək münasibətlərinə daxil olması ilə bağlı yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) razılığı olduqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.

4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.

6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.

7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə onu nəzərə alır ki, iddiaçı X9 Cavabdehndə işlədiyi fiziki tərbiyə müəllimliyi vəzifəsindən 06 mart 2024-cü il tarixdə səhhəti ilə əlaqədar işdən azad olunmağı barədə yazdığı şəxsi ərizəsi əsasında işdən azad edilmişdir. İddiaçı X9 məhkəmə iclasında və iddia ərizəsində işdən azad olunmağı barədə yazdığı 06 mart 2024-cü il tarixli ərizəsini təzyiq altında məcburi şəkildə yazdığını iddia etsə də, bunun sübut edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə biməmişdir. Məhkəmə onu nəzərə alır ki, iddiaçı X9 məhkəmə iclasında Aysu Kərimovanın alnından öpdüyünü etiraf etmişdir. Məhkəmə işin hallarını araşdırarkən müəyyən olunmuşdur ki, iddiaçı X9 06 mart 2024-cü il tarixdə Cavabdehndə işlədiyi fiziki tərbiyə müəllimliyi vəzifəsindən azad olunmağı barədə ərizə yazdıqdan sonra 03 aprel 2024-cü il tarixdə o, işdən azad olunmağı barədə əmrin ləğv edilib, işə bərpa olunmağı barədə mediasiya təklifi ilə Qusarçay kənd tam orta məktəbinin direktoruna müraciət etmişdir. Lakin 06 mart 2024-cü il tarixli işdən azad olunması barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü, yəni 06 mart 2024-cü il tarixini göstərmişdir. Belə olan halda iddiaçı X9 03 aprel 2024-cü il tarixdə işdən azad olunmağı barədə əmrin ləğv edilib, işə bərpa olunmağı barədə mediasiya təklifi ilə Qusarçay kənd tam orta məktəbinin direktoruna müraciət etsə də, yəni iradə ifadəsini işəgötürənə bildirsə də işdən azad olma barədə ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərdiyinə görə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; “Dövlət rüsumu haqqında” Azəbayacn Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə yuxarıda göstərilən işin hallarını nəzərə alaraq belə hesab edir ki, iddiaçı X4 Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi rədd edilsin. İddiaçı X4 Cavabdehnə qarşı işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqı tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar