Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1806/2022 16.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə 16 sentyabr 2022-ci ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1953-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş və xx.xx.2016-cı ildə Xaçmaz rayonunun Agyazıbuduq kəndində vəfat etmiş X2 onun mərhum nənəsi X10 bacısı X13 qızı olması, yəni onunla qohum olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, atası, xx.xx.1950-ci ildə doğulmuş və xx.xx.2016cı il tarixdə vəfal etmiş X14 doğum haqqında şəhadətnaməsindən görünür ki, anası, onun X3dır. X3 xx.xx.1976-cı ildə vəlat etmişdir. Onun bacısı X23 isə xx.xx.1993-cü ildə vəfat etmişdir. X13 yeganə övladı Nəzakət Hüseynova xx.xx.1953-cü ildə Xaçmaz rayonu Yergüc kəndində doğulmuş, xx.xx.2016-cı ildə Agyazıbuduq kəndində vəfat etmişdir. X1 başqa vərəsəsi yoxdur. X7 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. X23 bir neçə il mərhum X34 oglu ilə ailəli olmuş, həmin nikahdan X16 doğulmuş, X34 oglu xx.xx.1955-ci ildə vəfat etmişdir. xx.xx.2016-cı il tarixdə Xaçmaz rayonun Agyazıbuduq kəndində vəfat etmiş X7 adına Xaçmaz rayonunun Agyazıbuduq kəndində qeydiyyat vəsiqəsi əsasında fərdi yaşayış evi, həmin kənddə ‘‘torpagın mülkiyyətə verilməsinə dair” JN 0062 saylı şəhadətnamə əsasında 0,31 ha həyətyanı torpaq sahəsi, “Torpağa mülkiyyət hüququna dair” JN 0062 saylı dövlət aktı əsasında 0,29 ha torpaq sahəsinə dair sənədlər aşkar edilmişdir. Qeyd olunan əmlakları X1 vəfatından sonra o idarə edir. Belə ki, ondan başqa əvvəlki növbəli vərəsələri və ümumiyyətlə digər vərəsələri yoxdur. xx.xx.2016-cı ilədək rayonun Agyazıbuduq kəndində yaşamış və orada xx.xx.2016-cı il tarixdə vəfat elmiş X7 vəfatından sonra ondan miras qalmış daşınmaz əmlakları o idarə edir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X25 göstərmişdir ki, Turalın nənəsi Züleyxa ilə Mədinə doğma bacıdırlar. Mədinə onunla qonşudur. Züleyxa Mədinəgilə gəlib getmiş, bacı olduqlarını eşitmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X40 göstərmişdir ki, Mədinə xalanı uşaq olanda, yəni 8 yaşında görmüşdür. Qonşu olmuşlar. X44 evinə gəlib gedib. Züleyxanı isə görməyib. Məhkəmə iclasında şahid qismində ifadə verən X31 ifadəsində göstərmişdir ki, Mədinə ilə qonşu olmuşdur. Mədinə Züleyxanın bacısı idi. Məhkəmə iclasında şahid qismində ifadə verən X41 göstərmişdir ki, Mədinə qonşusu olub, Züleyxa Turalın nənəsi olub. Mədinənin ərinin adı Hacıağa idi. Züleyxa Mədinəgilə gəlib getmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1982-ci ildə anadan olmudur. X9, anası X27 qeyd olunmuşdur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 1950-ci ildə anadan olmuşdur. X5 qeyd olunmuşdur. İş materiallarında olan qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X21 23 iyun 1976-cı ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 xx.xx.2016-cı ildə ölmüşdür. İş materiallarında olan qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, X4 ailə vəziyyətinin müəyyən edilməsi 07 fevral 2016-cı ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X4 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan qeydiyyat şöbəsinin arayışından müəyyən olunur ki, Hüseyinova Nəzakət 14 fevral 1953-cü ildə anadan olmuşdur. X6 qeyd olunmuşdur. İş materiallarından müəyyən olunur ki, X17 xx.xx.1955-ci ildə, X23 xx.xx.1993-cü ildə, X11 xx.xx.2016-cı ildə ölmüşlər. İş materiallarında olan ünvan 1 ünvanladığı xx.xx.2022-ci il tarixli 98 nömrəli məktubundan müəyyən olunur ki, qohumluq faktı müəyyən olunmadığına görə vərəsəlik işinin aparılması mümkün olmamışdır. İş materiallarında olan Xaçmaz rayon Hacıəlibəy İƏD üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixli 176 nömrəli arayışından müəyyən olunur ki, X11 xx.xx.1953-cü il tarixdən xx.xx.2016-cı ilədək Xaçmaz rayonunun Ağyazı-buduq kəndində yaşamış və orada da xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Vəfatından sonra aşağıdakı vərəsələri qalmışdır. xx.xx.2016-cı il tarixindən mərhum X8 məxsus Xaçmaz rayonunun Ağyazıbuduq kəndində yerləşən 0,31 ha həyətyanı torpaq sahəsini və 0,29 ha pay torpaq sahəsini uzaq qohumu Ərizəçi idarə edir. İş materiallarında olan Xaçmaz rayon Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X23 barəsində Xaçmaz rayon Qeydiyyat şöbəsində doğumun qeydə alınıb-alınmaması yoxlanılmışdır. X23 barəsində Azərbaycan Respublikası ümumrespublika elektron məlumatınan yoxlama aparılmışdır, ölüm akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə Məhəmməd Məmmədovun, Vaqif Kərəmovun, Xanlar Mədətovun, Malik Əliyevin, Mahmud İsakovun, Rasim Kərimovun, Abbas Kərimovun iştirakı ilə tərtib edilmiş aktdan müəyyən olunur ki, xx.xx.1953-cü ildə anadan olmuş X11 xx.xx.2016-cı il tarixdə Ağyazı-buduq kənd qəbristanlığında dəfn olunmuşdur. xx.xx.2016-cı il tarixdən mərhum X8 məxsus Ağyazı-buduq kəndində yerləşən 0,33 ha həyətyanı torpaq sahəsini və 0,29 ha pay torpaq sahəsini xalası nəvəsi Ərizəçi idarə edir və mövsümi təsərrüfat işləri ilə məşğul olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, xx.xx.2016-cı ildə Xaçmaz rayonunun Agyazıbuduq kəndində vəfat etmiş X18 ilə ərizəçinin qohum olması fakti sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizə təmin edilsin. xx.xx.1953-cü ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş və xx.xx.2016-cı ildə Xaçmaz rayonunun Agyazıbuduq kəndində vəfat etmiş X4 X10 bacısı və X12 qızı olması, yəni Ərizəçi qohumu olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-1806/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1806/2022
16.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver