Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1809/2022 06.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakı ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qohumluq və sənədin şəxsə məxsus olması hüquqi faktlarının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü ildə vəfat etmiş X2 ilə qohumluq münasibətlərinin müəyyən edilməsi yəni o, Ərizəçi2 doğma anası olması, eləcədə JN031A və JN 031B saylı, 30220048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrin digər hüquq sahibləri ilə yanaşı Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Ərizəçi2 xx.xx.1972-ci ildə anadan olmuşdur. X1, anası isə X4r. Valideynlərinin hər ikisi vəfat etmişdir Aqrar İslahat zamanı yaşadıqları Xaçmaz rayonu, Yeni-Sudur kəndi ərazisində ona və digər Ərizəçi1 ilə yanaşı digər ailə üzvlərinin adına həyətyanı torpaq sahələri və pay torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 031A və JN 031B saylı, 30220048 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamlər işlənilmişdir. Eyni zamanda Aqrar İslahat zamanı yaşadıqları Xaçmaz rayonu, Yeni-Sudur kəndi ərazisində onlara və digər ailə üzvlərinə pay torpaq sahəsi də verilmişdir. Həmin pay torpaq sahəsinə JN 25-1 saylı, 30220048 kodlu torpağa mülkiyyət hüququna dair dövlət aktı işlənmişdir. X2 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. Yaxın vaxtlarda anasından miras qalmış torpaq sahəsini adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin onun doğum haqqında şəhadətnaməsi ilə mərhum anası Gülsümün ölüm haqqında şəhadətnaməsində atasının adı fərqli yazıldığından anası ilə onun qohumluq dərəcələrinin yəni mərhum X2 onun doğma anası olmağının müəyyən edilməsi mümkün olmadı. Belə ki, onun mərhum anasının ata adı “Məhəş” olduğu halda anasının ölüm şəhadətnaməsində ata adı “Məhət” kimi yazılmışdır. Bu hal qohumluq dərəcələrinin müəyyən edilməməsinə səbəb olmuşdur. Bundan savayı Ərizəçi1 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrə dair yeni mülkiyyət sənədi almaq qərarına gəlmişdir. Bu məqsədlə sənədləri DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə təqdim etmişdir. Lakin sənədlərə baxılarkən müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələrdə Ərizəçi1 adı “Emran” olduğu halda səhvən “Əmrah” kimi göstərilməsi halı sənədlərdə uyğunsuzluğa səbəb olmuşdur. Reyestri xidməti və Notariat ofisi tərəfindən ona tövsiyyə edildi ki, sənədin şəxsə məxsus olmasının və qohumluq münasibətlərinin müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməlidir. Bu faktlar təsdiq olunduqdan sonra mərhum anasından miras qalmış əmlakı rəsmiləşdirilməsi mümkündür. Ona görə də ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi2 ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 məhkəməyə ərizə təqdim edərək, ərizəsinin geri qaytarılmasını və ərizəsinin ona aid hissədə baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı tərəf Xaçmaz rayon 1 saylı Notariar Ofisi və Xaçmaz rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndələrin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərmişdir ki, Ərizəçi2 əridir. Onlar 28 ildir ailə qurmuşlar və bir evdə yaşayırlar. X7 xx.xx.2003-cü ildə vəfat edib. Ondan miras qalan torpaq sahələrini əri öz adına rəsmiləşdirmək üçün Xaçmaz rayon Notariat Ofisinə müraciət edəndə məlum olub ki, qaynanası ölüm haqqında şəhadətnaməsində ata adı Məhət kimi, ərinin doğum haqqında şəhadətnaməsində isə Mahaş kimi yazılıb. Ona görə əri mirası öz adına keçirə bilməyib. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan torpağa mülkiyyət hüququna dair JN 25-1 saylı, 30220048 kodlu dövlət aktının surətindən müəyyən olunur ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.2001-ci il tarixli 108 saylı qərarına əsasən Ərizəçi2 və ailə üzvlərinin mülkiyyətlərinə Xaçmaz rayonu Yeni Sudur kəndi ərazisindən 1.68 ha pay torpaq sahəsi verilmişdir. İş materiallarında olan DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, DT və XK tərəfindən verilmiş JN 25-1 saylı, 30220048 kodlu Torpağın mülkiyyət hüququna dair Dövlət aktında qeyd olunmuş hüquq sahiblərin ad və soyadlarında yaranmış uyğunsuzluqları aradan qaldırmaq və düzəlişlərin həyata keçirilməsi 5 saylı Xaçmaz ərazi idarəsinin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2003-cü ildə ölmüşdür. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ərizə tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5.-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi2 19 oktyabr 2003cü il tarixdə vəfat etmiş X6 ilə qohumluq münasibətləri, yəni sonuncunun onun doğma anası olması faktı müəyyən edilməlidir. Bu isə Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən həmin hüquqi əhəmiyyəti olan faktın məhkəmə tərəfindən müəyyən olunması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi2 19 oktyabr 2003-cü il tarixdə vəfat etmiş X6 ilə qohumluq münasibətləri, yəni sonuncunun onun doğma anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1809/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1809/2022
06.09.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver