Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1820/2021 23.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh Müzafəddin oğluna qarşı əsassız alınmış 0.41 ha torpaq sahəsinin geri qaytarılması tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Orta-oba kəndində yerləşən 0.41 ha həyətyanı torpaq sahəsinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, X4 ilə 19.10.2007-ci il tarixdə nikaha daxil olaraq ailə qurmuşdur. İki ildən sonra 19 avqust 2009-cu ildə əri Nəriman Qədirov vəfat etmişdir. Ərinin adına Xaçmaz rayonu Orta-oba kəndi ərazisində 0.41 ha fərdi yaşayış evi tikmək məqsədilə 26 dekabr 1998-ci ildə Torpağın Mülkiyyətə verilməsinə dair JN-084A kod 30225038 saylı şəhadətnamə verilmişdir. Cavabdeh Şeydabəkov X3 rayon məhkəməsinə ərizə ilə müraciət edib və ərizəsində qeyd edib ki, güya onun əri sağlığında fərdi yaşayış evi tikmək məqsədilə 0.41 ha torpaq sahəsini satmaq qərarına gəlib və cavabdehdən öncədən 500 ABŞ dolları alıv və sonradan danışıqlarında olan qalığ puluda almışdır, lakin cavabdehin adına 0.41 ha torpaq sahəsini sənədləşdirməmişdir. Ərinin sağlığında adı çəkilən torpağın satılmasından evində qətiyyən danışıq olmamışdır. Əri ölümündən əvvəl 0.41 ha torpaq sahəsini satdırdısa niyə torpağa aid şəhadətnaməni cavabdehə verməmişdir. Həmin torpağın şəhadətnaməsi ondadır. Buna görə də, məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Habelə İddiaçı ərin ölümündən sonra vərəsəlik şəhadətnaməsinin almadığı bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində digər cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatnı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan JN-084A, kod 30225038 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən 26 dekabr 1998-ci il tarxli 14 saylı qərarı ilə X1 Xaçmaz rayonu Orta-oba kəndindən 0.41 ha torpaq sahəsi verimişdir. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə İddiaçı 19.10.2007-ci il tarixdə ailə qurmuşlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 aprel 2009-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. İş materiallarından məlum olduğu kimi, mübahisəli torpaq sahəsi X1 1998-ci ildə verilmiş və bu daşınmaz əmlak İddiaçı ilə birgə nikah dövründə əldə olunmadığından, ümumi birgə əmlak sayılmır. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəli daşınmaz əmlakına dair subyektiv hüququ olmadığından iddia ərizəsi rədd edilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Qeyd olunanlarla əlaqədar hazırki mübahisə üzrə torpağa mülkiyyət hüququna dair mülkiyyətində olan torpaq sahəsinin hər hansı bir hissəsindən cavabdehin qanunsuz və əsassız olaraq istifadə etməsini sübutetmə yükü iddiaçının üzərinə, bunun əksinə sübutetmə yükü isə cavabdehin üzərinə düşür.. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, İddiaçı Cavabdeh Müzafəddin oğluna qarşı əsassız alınmış 0.41 ha torpaq sahəsinin geri qaytarılması tələbinə dair iddiası təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi rədd edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1820/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1820/2021
23.07.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver