Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-184/2023 06.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakı ilə, Ərizəçi qohumluq münasibətləri faktına dair ərizəsi üzrə mülki işə 06 yanvar 2023-cü xalası ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək X4, X5 arasında qohumluq münasibətlərini, yəni X1 X2 anası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, qohumu olan X2 vəsiyyətnamə əsasında yeganə varisi odur. Xalası qızı xx.xx.2022-ci il tarixində vəfat etmişdir. və rəsmi qaydada ölüm şəhadətnaməsini almışdır. X8 xx.xx.2008-ci ildə vəfat etmişdir. Xalasının ölüm şəhadətnaməsini də Xaçmaz rayon Qeydiyyat Şöbəsindən almışdır. O, yeganə varis olduğuna görə mirası rəsmiləşdirərkən 1 saylı Notarial Kontoranın işçiləri xalası qızı Bayramova Ədiylənin soyadında yanlışlığa yol verilmişdir. X1 X2 anası olması hüquqi faktını müəyyən edilməsini xahiş edir. Məhkəmə iclasında ərizəçi tərəf ərizəni müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs və Xaçmaz rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X6 göstərmişdir ki, o, həmin məhəllədə böyümüşdür. Anasını da, atasını da tanıyır. O, ona Ədilə bacı demişdir. Anasına da Cəmilə nənə demişdir. Onlarla mehriban münasibətləri var idi. Ədilə bacının yas mərasimində də iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X7 göstərmişdir ki, onlarla qonşu olmuşlar. Ədilə rəhmətə gedib. Anası ilə birgə yaşayırdı. Anasına nənə deyiri, bütün məhəllənin nənəsi idi. Ədilənin yasında da iştirak etmişdir. Səhv etmirsə, 2008-ci ildə dünyasını dəyişib. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi qohumu Xaçmaz rayon Mürşüdoba kəndində yaşayan X5 2008-ci il tarixdə vəfat etmişdir. Mərhumənin dəfni ilə əlaqədar xərcləri mərhumənin qohumu Ərizəçi çəkmişdir. İş materiallarında olan arayışdan görünür ki, Ərizəçi qohumu X4 xx.xx.2022-ci il tarixində Quba rayonunda vəfat etmişdir. Mərhumənin bütn dəfn xərclərini qohumu Ərizəçi özü çəkmişdir. İş materiallarında olan arayışdan görünür ki, X4 xx.xx.2022-ci il tarixində vəfat etmişdir. Vəfatından sonra ailə tərkibində qohumu Ərizəçi qalmışdır. İş materiallarında olan arayışdan müəyyən olunur ki, 1911-ci il tarixdə Quba rayon Künət kəndində anadan olmuş X1 ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.1990-cı ildən xx.xx.2008-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X5 xx.xx.2008ci ildə ölmüşdür. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2022ci ildə ölmüşdür. İş materiallarında olan 24.11.22-ci il tarixli Xaçmaz rayon Qeydiyyat şöbəsinin məktubundan görünür ki, X5 xx.xx.2008-ci ildə Xaçmaz rayon Mürşüdoba kəndində vəfat etmişdir. Ölüm akt qeydində qeyd edilmiş məlumatlara əsasən Cəmilə xx.xx.1911-ci il tarixdə Quba rayon Küsnət kəndində doğulmuşdur. Valideynləri haqqında heç bir məlumat daxil olmamışdır. X4 xx.xx.2022-ci ildə Quba rayonunda vəfat etmişdir. Ölüm akt qeydində qeyd edilmiş məlumatlara əsasən Ədiylə xx.xx.1949-cu ildə Xaçmaz rayon Mürşüdoba kəndində doğulmuşdur. Valideynləri barədə heç bir məlumat daxil olmamışdır. İş materiallarında olan arayışdan görünür ki, X5 xx.xx.2008-ci ilədək Xaçmaz rayonu Mürşüdoba kəndində yaşamış və orada xx.xx.2008-ci il tarixində vəfat etmişdir. Vəfatından sonra ailə tərkibində qızı X4 qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məcəllənin 309-cu maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi Ərizəçinın X1 X2 anası olması faktının müəyyən edilməsii tələbinə dair ərizəsi təmin edilsin. X4, X5 arasında qohumluq münasibətlərini, yəni X1 X2 anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-184/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-184/2023
06.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver