Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-186/2023 18.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Ərizəçi iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə 18 yanvar 2023-cü ildə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək onun - Ərizəçi 15 may 1957-ci il tarixdə Ermənistan SSRİ-nin Stepanovan şəhərində doğulması faktının müəyyən edilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, 28 may 1976-cı il tarixli, H3 № ******* nömrəli hərbi biletin surətinə əsasən o, 15 may 1957-ci il tarixdə Ermənistan SSRİ-nin Stepanovan şəhərində doğulmuşdur. Həmin hərbi bilet surətindən göründüyü kimi biletdə onun fotoşəkli yoxdur. 1988-ci il tarixdə ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri əşyaların zədələnməsinə də səbəb olub. Həmin hərbi biletdə fotoşəkli olmadığından notariat kontoru onun surətini təsdiq etməkdən imtina etmişdir. Valideynləri ilə birlikdə Ermənistan SSR-nin Stepanovan şəhərində yaşamış və orada orta məktəbi bitirmişdir. 28 may 1975-ci ildə keçmiş SSRİ-nin ordu sıralarına hərbi xidmətə çağırılmış, 13 iyun 1977-ci ilin iyun ayında həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, yenidən Stepanovan şəhərinə qayıtmışdır. Orada 1977-ci ildə X2 ilə ailə həyatı qurmuş, nikahlarını isə 26 may 1978-ci il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından 5 övladı doğulmuşdur. 1988-ci ildə Ermənistanda azərbaycanlılara qarşı kütləvi şəkildə törədilmiş zorakılıqlar səbəbindən həmin ilin noyabr ayında ailəliklə oradan Azərbaycan Respublikasına köçərək Abşeron rayonunun Çeyranbatan qəsəbəsində məskunlaşmışlar. Azərbaycan Respublikasına gəldikləri zaman Abşeron rayon Ceyranbatan sovetliyi tərəfindən qeydiyyata götürülmüşlər. Həmin vaxtı keçmiş SSRİ-nin müttəfiq respublikalarında yaşayan vətəndaşlara verilən qırmızı rəngli pasportdan istifadə etmişlər. Həmin pasportun yarı hissəsi ermənilər tərəfindən cırılaraq məhv edilmişdir. Həmin pasportun onda qalan hissəsində göstərilən qeydlər əsasında qeydiyyata götürülərək 07 sentyabr 1989-cu ildən 30 iyun 1993-cü ilədək Abşeron rayon qaz istismar idarəsində baş çilingər vəzifəsində, 11 yanvar 1994-cü ildən 01 mart 1995-ci ilədək isə Azərbaycan Respublikasının “Meliorasiya və Su Təsərrüfatı” Nazirliyinin müvafiq qrumunda növbətçi çilingər vəzifəsində işləmişdir. Ailəliklə birlikdə Abşeron rayon Ceyranbatan qəsəbəsinə gələrək qəsəbənin Gündüz Abdullayev küçəsi (keçmiş “İnşaatçılar” küçəsi) ev 7, mənzil 23 ünvanında qeydiyyata alınaraq həmin ünvanda yaşamışlar. 12 fevral 1992-ci il tarixdə həmin ünvan qeydiyyatından çıxaraq həmin qəsəbədə aldığı evə köçmüşlər. Mart 1995-ci il tarixdə Abşeron rayonunun Ceyranbatan qəsəbəsində şəxsi vəsaiti hesabına aldığı evi sataraq Xaçmaz rayonu Əzizli kəndinə köçmüşlər. Abşeron rayonun Ceyranbatan qəsəbəsində daimi qeydiyyatdan 06 fevral 1997-ci il tarixdə çıxmış, Xaçmaz rayonunun Əzizli kəndinə köçərək orada ev alaraq həmin vaxtdan bu günə qədər ailəliklə Xaçmaz rayonun Əzizli kəndində yaşayır. Azərbaycan Respublikasında yaşadığı dövrdə seçici qismində seçkilərdə iştirak etmiş, həyat yoldaşı və övladları hər biri Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almışdır. Lakin onun doğum haqqında şəhadətnaməsi 1989-ci ildə ermənilər tərəfindən əlindən alınaraq məhv edilmişdir. Qeyd etdiyi kimi o, 1989-ci ildə ermənilər tərəfindən yarı hissəsi cırılaraq məhv edilmiş pasportunun onda qalan hissəsi ilə Ermənistandan Azərbaycan Respublikasına gəlmişdir. Lakin daimi qeydiyyat və yaşayış yeri üzrə Xaçmaz rayonunda özünə şəxsiyyət vəsiqəsi almaq istədikdə adına doğum haqqında şəhadətnamənin olmadığından və adına olan SSRİ-nin qırmızı rəngli pasportunun yalnız yarı hissəsi olduğundan adına şəxsiyyət vəsiqəsinin verilməsindən imtina edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. İş üzrə Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından müəyyən olunur ki, Ərizəçi doğumunun bərpası ərizə verənin yaşadığı qeydiyyat şöbəsi tərəfindən icra edilir və təqdim olumuş sənədlərdə onun doğumunun bərpası ilə əlaqədar sənədlərin tam olmaması səbəbindən doğumun bərpası mümkün deyildir. İş materiallarında olan Abşeron rayon Ceyranbatan qəsəbəsi İnzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 50 nömrəli qeydiyyatdan çıxması barədə arayışından görünür ki, Ərizəçi 1988-ci il tərtibli Forma A tipli “Kart qeydiyatı” sənədində (sözü gedən sənəddə rus dilində X3 qeyd olunmuşdur. 06 may 1957-ci ildə Ermənistan SSR-nin Stepanovan şəhərində anadan olduğu, 22 avqust 1989-cu il tarixdə Ceyranbatan qəsəbəsi Gündüz Abdullayev küçəsi (keçmiş “İnşaatçılar” küçəsi) ev 7, mənzil 23 ünvanında qeydiyyata düşmüşdür. Eyni sənəddə Xırdalan şəhərində Qaz Xidmət sahəsində işlədiyi qeyd olunmuşdur. İş materiallarında olan müvəqqəti şəxsiyyət vəqiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci ildə doğulması qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri subutları araşdırmalı və istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. İş materiallarından görünür ki, ərizəçi məhz 15 may 1957-ci il tarixdə Ermənistan SSRİ-nin Stepanovan şəhərində doğulması faktını təsdiq edəcək heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, doğum faktının müəyyən edilməsi üçün nəzərdə tutulmuş sübutlar məhkəməyə təqdim edilmədiyindən ərizə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizəçi doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki İşlər üzrə Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov.
Məhkəmə qərarları › İş №2(067)-186/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-186/2023
18.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver