Məhkəmə qərarları › İş №2(067)-1865/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1865/2022

13.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1865/2022 13.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X12, Ərizəçi, ərizəçinin nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi doğum aktının bərpası tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, onun, ata qrafasında X13 və ana qrafasında X6 yazılmaqla, onun xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikası, Masallı rayonunun Qızılağac kəndində anadan olmasına dair doğum aktının bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Paşayeva (qız soyadı Həsənova) Ruhəngiz Əliağa qızı xx.xx.1947-ci ildə Azərbaycan Respublikası, Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. Valideyinləri 1925-ci ildə Masallı rayonunun Qızılağac kəndində anadan olan atası X13, anası 1924-cü ildə Xaçmaz rayonunun, Maqsudkənd kəndində anadan olan anası X6 ilə rəsmi nikah qeyd etdirmədən ailə qurmuşlar. Lakin nikahlarını 1952-ci ildə Xaçmaz rayonunun, Ləcət kənd sovetliyində qeyd etdirmişlər. X24 xx.xx.2014-cü ildə, anası Dəstə Həsənova isə 1987-ci ildə vəfat etmişlər. 1962-ci ildən mərhum anası ilə birlikdə Xaçmaz rayonunun Maqsudkənd kəndinə köçmüşdür, 1970-ci ildən hazırki vaxta kimi Xaçmaz rayonunun Tağaroba kəndində yaşayır. xx.xx.1947-ci ildə anadan olması barədə şəxsiyyət vəsiqəsində və başqa sənədlərdə qeyd edilmişdir. Həmin tarixdə anadan olması barədə hamı, yəni onu tanıyan qohumları və qonşuları da bilirlər. Xaçmaz rayonunun kənd sovetliyində xx.xx.1980-ci ildə rəsmi nikah qeyd etdirməklə X9 ilə ailə qurmuşdur. Xaçmaz RPŞ-si tərəfindən ona, xx.xx.2003-cü il tarixində AZE 0******* saylı şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda anası Dəstə Həsənovanın vəfatından sonra mirasın qəbul edilməsi ilə əlaqədar doğum haqqında şəhadətnamə in təqdim edilməsi zərurəti yaranmışdır. Ona görə də doğum haqqında şəhadətnamənin bərpası üçün Maraqlı şəxsnə və Ədliyyə Nazirliyinin Vətəndaşlıq X11 Xidmətinə müraciət etmişdir, müraciətlərinə cavab olaraq doğum faktının bərpa edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Hazırda 74-yaşı var, təqaüdçüdür, doğum faktının müəyyən olunmaması və doğum haqqında şəhadətnamənin olmaması hüquqlarının həyata keçirilməsinə maneəçilik yaradır. Ona görə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəsində yazılanları müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili X8 ərizəyə uyğun izahat verərək, ərizəni müdafiə etmiş və ərizənin təmin olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 bildirmişdir ki, Ərizəçi onun qardaşı Əliağa Həsənovun qızıdır. Ərizəçinin anası X3r. O, Masallı rayonunun, Qızılağac kəndinə 1944-cü ildə gəlin köçüb. Qardaşı ilə onun əvvəlcə rəsmi nikahları olmayıb, lakin sonradan xx.xx.1952-ci ildə onlar rəsmi nikah qeyd etdiriblər. xx.xx.1947-ci ildə onların qızları, yəni Ərizəçi anadan olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 bildirmişdir ki, Ərizəçi onun qonşusudur. O, 1962-ci ildə anası X6 ilə birlikdə Xaçmaz rayonunun, Maqsudkənd kəndində yaşamağa gəliblər, 1970-ci ilədək həmin kənddə yaşayıblar, daha sonra Tağaroba kəndinə köçüblər. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZE serialı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1947-ci ildə Azərbaycan Respublikası, Masallı rayonunun Qızılağac kəndində anadan olmuşdur. İş materiallarında olan Masallı Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli 670 saylı arayışından müəyyən olunur ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş Ərizəçi doğum haqqında məlumatın müəyyən edilməsi məqsədilə Masallı rayon Qeydiyyat şöbəsinin arxivində saxlanılan ilki doğum bərpa və “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq aktları üzrə yoxlama aparılmış və X4 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan AZ-İ seriyalı 710179 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X13 xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan, İİİ-ЖГ seriyalı 390395 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X7 xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, NE 134052 seriyalı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X15 ilə X7 xx.xx.1952-ci ildə rəsmi nikah bağışlamırlar. Nikahdan sonra X7 “ Həsənova” soyadını qəbul etmişdir. İş materiallarında olan İİ-ЖГ seriyalı 326108 saylı nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 ilə X10 xx.xx.1980-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşdur. Nikahdan sonra X10 “Paşayeva” soyadını qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 2.5-ci maddəsinə görə doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nigah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ölü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; 2.5.7. valideynlərindən biri, yaxud hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onların Azərbaycan Respublikasında yaşayış yeri üzrə qeydiyyatda olması barədə sənəd. Həmin Qaydanın 2.6-cı bəndində isə təsbit edilmişdir ki, bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ona nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Məhkəmə tərəfindən ərizəçinin izahatı və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikasının Masallı rayonunun, Qızılağac kəndində anadan olması müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikasının Masallı rayonunun, Qızılağac kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikasının Masallı rayonunun, Qızılağac kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Bu qətnamə doğum haqqında qeyd kitabında Ərizəçi xx.xx.1947-ci il tarixdə Azərbaycan Respublikasının Masallı rayonunun, Qızılağac kəndində doğulmasının qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar