Məhkəmə qərarları › İş №2(067)-1866/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1866/2022

22.07.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1866/2022 22.07.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2017-ci ildə doğulmuş, doğma övladı X5 onun himayəsində olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(067)-2947\2018 saylı qətnaməsinə əsasən 2016-cı ildən faktiki nikah münasibətlərində olduğu Xudat şəhəri, 28 May küçəsi, 32 saylı ünvanda yaşamış X6 xx.xx.2017-ci ildə doğulmuş Yusifin atası olması faktı müəyyən edilmiş və uşağın saxlanılması üçün xx.xx.2018-ci ildən başlayaraq X3 hər ay 130 manat məbləğində pulun alınaraq ona verilməsi qət edilmişdir. Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(067)-2947\2018 saylı qətnaməsində Yusifin onun himayəsində olması göstərilməmişdir, bu da hazırda müəyyən çətinliklər yaradır. Hazırda xx.xx.2017-ci il təvəllüdlü oğlu X8 ilə birlikdə Türkiyə Cumhuriyyəti, Gültəpə məhəlləsi, Özükavak qəsəbəsi, Dar küçə adlanan 7\5 ünvanında yaşayır. Həmin qətnamədə uşağın onun himayəsində olması göstərilmədiyinə görə uşaq üçün “oturum izni” ala bilmir. Ona izah olunmuşdur ki, uşağın onunla yanında yaşaması və uşağın təhsil problemləri həll olması üçün məhkəmə qətnaməsi olmalıdır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X7 ərizəni müdafiə edərək, ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)-2947/2018 saylı qətnaməsinə əsasən qızı Ərizəçi faktiki ər-arvad münasibətlərində yaşadığı X6 xx.xx.2017-ci ildə doğulmuş Yusifin atası olması faktı müəyyən edilib və uşağın saxlanılması üçün xx.xx.2018-ci ildən başlayaraq Sadiq Rzaquliyevdən hər ay 130 manat məbləğində pulun alnaraq qızıma verilməsi qət edilib. Lakin qətnamədə uşağın qızı Ərizəçi himayəsində olması gödtərilməyib. xx.xx.2017-ci ildən qızı oğlu ilə birlikdə Türkiyədə yaşayır. Hazırda o, qətnamədə uşağın onun himayəsində olması göstərilmədiyindən, uşağı üçün oturum ala bilmir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizənin təmin edilməsini xahiş edir. İş üzrə maraqlı şəxs Xaçmaz Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli 2(067)-2947\2018 saylı qətnaməsindən müəyyən olunur ki, X6 xx.xx.2017-ci ildə doğulmuş Yusifin atası olması faktı müəyyən edilərək, uşağın saxlanılması üçün xx.xx.2018-ci ildən başlayaraq Sadiq Rzaquliyevdən hər ay 130 manat məbləğində aliment alınaraq Ərizəçi verilməsi qət edilmişdir. İş materiallarında olan X2 Bakanlığı Göç idarəsi Genel müdürlüyü tərəfindəın verilmiş, YAB 198775 saylı, xx.xx.2021-ci il tarixli yaşamaq üçün icazə vərəqəsindəın müəyyən olunur ki, xx.xx.1995-ci təvəllüdlü Ərizəçi Türkiyə Cumhuriyyəti Yozgat bölgəsində yaşayır. İş materillarında olan, Çorum 3 saylı notariat kontoru tərəfindən xx.xx.2021-ci il tarixdə, 8317 nömrə ilə təsdiq edilmiş etibarnamənin tərcümə edilmiş surətindən müəyyən olunur ki, X4 etibarnamə üzrə nümayəndəsi Mətləb Şıxzadayevdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8.-ci maddəsinə uyğun olaraq ağıl zəifliyi və ruhi xəstəlik nəticəsində öz hərəkətinin mənasına başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikasının MPM-nin 317.2.-ci maddəsinə əsasən məhkəmədə psixi qüsuruna görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasındaa asılı olmayaraq, yaxın qohumların, müvafiq icra hakimiyyəti orqanının, psixiatriya müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikasının MPM-nin 321.2.-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2017-ci ildə doğulmuş, X8 anası Ərizəçi himayəsində olması faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2017-ci ildə doğulmuş, X8 anası Ərizəçi himayəsində olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar