Məhkəmə qərarları › İş №2(067)-1879/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1879/2021

23.06.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1879/2021 23.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Mən, Xaçmaz Rayon Məhkəməsinin hakimi Quliyev Xıdır İnqilab oğlu, İddiaçı Cavabdeh qarşı «Əmlakın qanunsuz sahiblikdən azad edilməsi, tikililərin və qurğuların sökülərək torpaq sahəsinin boşaldılması tələbi»nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xaçmaz rayonunun Armudpadar kəndi ərazisində yerləşən 0,2628 ha torpaq sahəsinin 1650 kv.m hissəsinin cavabdehin qanunsuz sahibliyindən azad edilərək ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı iddia ərizəsinə öz tələbini əsaslandırdığı hallara dair sənədləri əlavə etməmiş, eləcə də iddia ərizəsində tikililərin və qurğuların sökülərək torpaq sahəsinin boşaldılmasını göstərsə də iddiasının xahiş etdi hissəsində tikililərin və qurğuların sökülərək torpaq sahəsinin boşaldılması hissəsini qeyd etməmiş, ərazidə tikililərin və qurğuların mövcudluğuna dair sənədləri iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Belə olan halda hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən azad edilməsi, tikililərin və qurğuların sökülərək torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi iddiaçının özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: İddiaçı Cavabdeh qarşı «Əmlakın qanunsuz sahiblikdən azad edilməsi, tikililərin və qurğuların sökülərək torpaq sahəsinin boşaldılması tələbi»nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar