Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1894/2023 27.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə1 və Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zaminliyə görə ödənilmiş pul məbləğinin geri qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 373 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumu pulun, cəmi 473 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı Nümayəndə1 keçmiş həyat yoldaşıdır. Onlar 2008-ci ildə rəsmi nikah bağlamaqla evlənmiş və nikahları məhkəmə qaydasında 2018-ci ildə pozulmuşdur. 2015-ci ildə cavabdeh ona müraciət etdi ki, bankdan kredit almaq istəyir, bunun üçün bankda ona zamin duran şəxs lazımdır və ondan xahiş etdi ki, banka gedib, ona zamin dursun. Cavabdeh kürəkəni olduğu üçün ona yox deyə bilməmişdir və razılaşmıdır. xx.xx.2015-ci il tarixdə o, cavabdehlə birlikdə Xaçmaz şəhərində yerləşən FİNCA Azərbaycan X2-Bank Kredit Təşkilatına getmişdir. Cavabdeh həmin təşkilatdan 1331, 38 manat məbləğində pul vəsaitini illik 18 faiz, dərəcəsi ilə kredit almışdır. Bundan sonra onunla FİNCA Azərbaycan X2-Bank Kredit Təşkilatı arasında xx.xx.2015-ci il tarixli, **********3930-513575 nömrəli zaminlik müqaviləsi bağlandı. Cavabdeh kredit aldığı məbləğini müəyyən müddət cədvəl üzrə özü ödəmiş, 2022-ci il may ayında kredit təşkilatından onun mobil telefon nömrəsinə zəng edərək dedilər ki, əsas krediti alan Cavabdeh krediti ödəmir, telefon zənglərinə cavab vermir, ona görə də ödənilməmiş qalan kredit məbləğini o, ödəməlidir. Əks təqdirdə onu məhkəməyə veriləcəyi barədə xəbərdarlıq etdilər. O da məhkəməyə düşməmək üçün cavabdehin aldığı kreditdən qalıq pulları kredit təşkilatına ödəməvə başlamışdır. 2022-ci ilin may ayından 2023-cü ilin may ayına kimi o, cavabdehin zamini olaraq FİNCA Azərbaycan X2-Bank Kredit Təşkilatına ümumilikdə 373 manat pulu ödəmişdir. Qanuna görə cavabdeh odan tutulmuş pul vəsaitlərini ona qaytarmalıdır. Dəfələrlə cavabdehə müraciət edərək onu yerinə kredit təşkilatına ödədiyi 373 manat məbləğində pulun geri qaytarılmasını tələb etsə də, o, bundan imtina edir. Ona görə də o hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia ərizəsinin “xahiş edirəm” hissəsində səhvə yol verdiyini, əslində tələb etdiyi iddia məbləğinin 473 manat deyil, 403 manat olduğunu bildirmiş və iddiada tələb edilən məbləğin 403 manata dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iş üzrə İddiaçı nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edərək izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh onun əri olub. Onlar birgə nikahda olan dövrdə cavabdeh kredit almışdır, anası da zamin dayanmışdır. Cavabdeh bir müddət krediti ödəsə də, sonradan ödəməmişdir. 2022-ci ilin may ayından krediti anası ödəmiş, hər ay 33 manat kredit köçürmüşdür. Anası 373 manat krediti cavabdehin əvəzinə ödəmişdir. Ona görə həmin pulu geri tələb edir. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə baxış iclasında Cavabdeh nümayəndəsi Nümayəndə2 iddia tələbini etiraf edərək izahatında bildirmişdir ki, qardaşı İdris hazırda heç yerdə işləmir. İki bank borcu olub, Expressbanka olan borcunu qardaşının əvəzinə o bağlamışdır. İddiaçının zamin olduğu Finca banka olan borcunu isə ödəyə bilməmişlər. Qardaşı aliment də verir, ona görə bank borclarını tam icra edə bilməmişdir. Qardaşı 2015-ci ildə Finca bankdan 1331 manat kredit almışdır. 373 manat pulu qardaşının əvəzinə iddiaçı ödəmişdir. İddiaçıya 373 manat pulu indi də ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli №**********3930-513575 saylı Zaminlik müqaviləsindən müəyyən olunur ki, “Kredit verən” adlandırılacaq “FİNCA AZƏRBAYCAN” X2-Bank Kredit Təşkilatı və “Zamin” adlandırılacaq İddiaçı arasında Zaminlik müqaviləsi bağlanmışdır. Zamin xx.xx.2015-ci il tarixli, **********930 saylı kredit müqaviləsinə əsasən, həmin müqavilə üzrə Kredit alan Cavabdeh tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan, “FİNCA AZƏRBAYCAN” MMQBKT-nin arayışından müəyyən olunur ki, Cavabdeh və zamini İddiaçı “FİNCA AZƏRBAYCAN” X2-Bank Kredit Təşkilatı qarşısında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliyi yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2.-ci maddəsinə əsasən borc müqaviləsinin predimeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəkilində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidir. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 373 manat məbləğində pul və dövlət rüsumun əvəzi olaraq 30 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-1894/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1894/2023
27.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver