Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-19/2022 04.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, İddiaçı nümayəndəsi X4, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması tələbinə dair mülki işə Xaçmaz şəhərində 04 aprel 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh qanunsuz sahibliyindən ona məxsus Xaçmaz rayonu Mürsəli qışlaq kəndi ərazisində yerləşən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A 468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin istifadə etdiyi 100 kv.metr hissəsinin ondan alınaraq istifadəsinə qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2006-cı ildə Xaçmaz şəhər bələdiyyəsindən Xaçmaz rayonu Mürsəli qışlaq kəndi ərazisindən 0,07 ha həyətyanı torpaq sahəsi almışdır. Həmin vaxt torpaq sahəsi yerində ölçülərək ona təhkim edilmişdir. Torpaq sahəsi ona təhkim olunandan təxminən 3 il ərzində oranı hasara almamış, qonşuluqda torpaq sahəsi başqa şəxsə satıldıqdan sonra həmin şəxs öz torpaq sahəsi ilə onun torpaq sahəsi arasında sərhəddə mişar daşından hasara almışdır. 2015-ci ildə o, həmin 0,07 ha torpaq sahəsində 2 otaqlı yaşayış evi tikmişdir. Həmin evdə qardaşı Xanbala Vəliyev yaşamışdır. Pula ehtiyacı olduğu üçün 2019-cu ildə həmin torpaq sahəsini üzərindəki yaşayış evi ilə birlikdə satmaq qərarına gəlmişdir. X2 ilə torpaq sahəsini almaq barədə razılaşmışlar. Samir Qeybullayev ona göstərdiyi sərhədlər daxilində torpaq sahəsini açıq qalan iki tərəfdən dəmir tor ilə hasara almışdır. Bir müddət sonra onunla torpaq qonşusu olan cavabdeh dəmir tordan çəkilmiş hasarı və dəmir borulardan ibarət dirəkləri yerindən çıxararaq onun torpaq sahəsinin təxminən 100 kv.metr hissəsini zəbt etmişdir. O, cavabdehlə torpaq sahələrinin sərhədinin müəyyən edilməsi üçün DƏDRX-nə müraciət etmiş, həmin idarənin mütəxəssisləri gəlib yerində sərhədləri müəyyən etmiş və cavabdehin həqiqətən də torpaq sahəsinin 100 kv.metr hissəsinin zəbt edildiyi təsdiq olunmuşdur. Lakin cavabdeh zəbt etdiyi torpaq sahəsindən çıxmaq istəmir. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 21.01.2020-ci il, reyestr nömrəsi **********89 olan daşınmaz əmlakın dövlət reyestr xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndində 0,07 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 46 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 30.12.2020-ci il tarixli 10/2642 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin 100 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin 100 kv.metr hissəsi Xəritə-1 də göstərilən forma və Cədvəl-1 də qeyd olunan ölçülər daxilində faktiki olaraq cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin şimal tərəfdən 151 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 25.02.2022-ci il tarixli 10/371 nömrəli ekspert rəyindən müəyyən olunur ki, Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə olunur. Xaçmaz rayonu Mürsəliqışlaq kəndi ərazisində yerləşən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin şimal tərəfdən 151 kv.metr hissəsi cavabdeh tərəfindən istifadə olunur. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasınında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqlarının və X5 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2.-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.3.-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, tərəflərin izahatlarını, ekspert rəylərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin olunsun. İddiaçı məxsus Xaçmaz rayonu Mürsəli qışlaq kəndi ərazisində yerləşən 21.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda və 20.01.2020-ci il tarixli A 468127 nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlarda yerləşən 0,07 ha torpaq sahəsinin Cavabdeh istifadə etdiyi 100 kv.metr hissəsi cavabdehin qanunsuz sahibliyindən alınaraq İddiaçı istifadəsinə qaytarılsın. İş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pul cavabdehdən alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-19/2022
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-19/2022
04.04.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver