Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1921/2024 24.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızı, Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, ərizəçi mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair müvafiq qaydaya riayət etməmişdir. Belə ki, ərizəçi tələbi ilə bağlı ilk olaraq Maraqlı şəxsnə müraciət etməli idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizəçi bu kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuş maraqlı tərəflə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənədi ərizəsinə əlavə etmədiyindən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrar məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım Ərizəçi şəxsin ölmüş elan edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Əliyeva Aynur
Məhkəmə qərarları › İş №2(067)-1921/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1921/2024
24.05.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver