Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1927/2020 12.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X6, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və məcburi qaydada evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən ev ona məxsusdur və o, hazırda həmin evdə qeydiyyatdadır. Cavabdeh evi alqı-satqı yolu ilə notarial qaydada aldığı X1 həyat yoldaşı olmuşdur. O, həmin mənzili xx.xx.2020-ci il tarixdə X3 AN-1seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən almışdır. Həmin evə dövlət qeydiyyat sənədi – çıxarış almaq məqsədi iləDƏDRX-nin 5 saylı X9 müraciət etmişdir. Həmin idarənin əməkdaşları evin qeydiyyata alınması ilə bağlı qeyd olunan ünvana getdikləri zaman cavabdeh onları evə buraxmamışdır. Ona görə də ona imtina məktubu verilmişdir. Cavabdehin həmin evə qeydiyyatı da yoxdur, evin mülkiyyətçisi X5r və bütün qeydiyyat sənədləri də onun adınadır. Onun bildiyinə görə Cavabdeh həmin evdə yaşamasa da, evə sahiblik edir, arada evə gəlib-gedir, özü isə Xaçmaz rayonunun Aşağı-oba kəndində qeydiyyatda olmaqla orada da yaşayır. Evin qanuni mülkiyyətçisi bir ildən çoxdur ki, o, olsa da, cavabdehin bu qanunsuz hərəkətləri evin mülkiyyətçisi kimi onun hüquqlarını pozur. Bu da mülkiyyətçi kimi evinə sərəncam vermək hüququnu məhdudlaşdırır. O, dəfələrlə cavabdehə müraciət edərək könüllü olaraq evindən çıxmasını təklif etsə də, lakin cavabdeh onu təhqir etmiş və evdən çıxmayacağnı bildirmişdir. Ona görə də qeyd olunanlarla əlaqədar hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və iddiasının təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O, əlavə olaraq bildirmişdir ki, cavabdeh alqı-satqı prosesində iştirak etməmişdir. O, özü 2007-ci ildə satın aldığı evə qeydiyyata düşmüşdür. Həmin vaxt cavabdeh əri X7 ilə birlikdə orada yaşamışdır, lakin cavabdehin həmin evdə qeydiyyatı heç vaxt olmamışdır. Hazırda cavabdeh oğlu və gəlini ilə birlikdə onun satın aldığı evdə yaşayırlar. X7 onun satın aldığı evdə yaşamır. O, həmçininiddiasında göstərdiyi hallara dair sübut kimi şahid olaraq X4 ifadəsinin alınmasını və iddianın təmin edilməsini xahiş etmişdir İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində izahat verən X7 göstəmişdir ki,iddiaçını tanıyır, onunla qohumluqları, ədavətləri yoxdur, cavabdeh də onun arvadı olmuşdur, onunla da ədavətləri yoxdur.Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuşdur. Bundan sonra 2020ci il iyulun 23-də o, özünə məxsus ünvan 1 ünvanındakı mənzili İddiaçı satmışdır. Hazırda cavabdeh oğlu və gəlini ilə birlikdə həmin mənzildə yaşayır. O, ünvan 1 ünvanındakı mənzili 2005-ci ildə, yəni cavabdehlə birgə nikah dövründə satın almışdır. Cavabdeh həmin mənzildə bir müddət yaşasa da, orada heç vaxt qeydiyyatda olmamışdır. Mənzili iddiaçıya satdığı zaman alqı-satqı prosesində cavabdeh iştirak etməmişdir. Çünki, o, həmin mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, RX seriyalı ******* saylı çıxarışdan müəyyən olunur ki, ünvan 1 ünvanındakı mənzil X4 mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AN-1 seriyalı ******* saylı alqı-satqı müqaviləsindən müəyyən olunur ki, X2 rayonunun Xudat şəhəri, K.Zavod qəsəbəsi ev 16, mənzil 4 ünvanındakı mənzili İddiaçı satmışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(067)-1564/2018 saylı qətnaməsindən müəyyən olunur ki, X7 ilə Cavabdeh arasındakı nikah qeydi pozulmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. İşin məhkəmə tərəfindən araşdırılmış hallarından ünvan 1 ünvanındakı mənzilin X7 ilə cavabdeh İddiaçı birgə nigah münasibətlərində olduqları dövrdə 2005-ci ildə X7 tərəfindən alqı-satqı yolu ilə əldə edildiyi müəyyən edilir. Cavabdeh 2005-ci ildə mənzilin X7 tərəfindən alqı-satqı yolu ilə alındığı vaxtdan həmin mənzildə yaşamış və onunla birgə təsərrüfat aparmışdır. İddiaçının və iş üzrə şahid qismində dindirilmiş X4 izahatlarından Xaçmaz Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli 2(067)- 1564/2018 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı ilə X7mun nigahlarının pozulmasına baxmayaraq, cavabdehin hazırda da oğlu və gəlini ilə birlikdə mübahisəli mənzildə yaşadığı müəyyən edilir. Cavabdeh iddiaçının mənzildən çıxmaq tələbinə məhəl qoymayaraq, mənzildən çıxmamaqla həmin əmlaka dair əmlakın birgə mülkiyyətçisi kimi öz hüquqlarından istifadə etmək niyyətində olduğunu göstərmişdir. Beləliklə, mübahisə predmeti olan ünvan 1 ünvanındakı mənzilin birgə nikah dövründə əldə edildiyi müəyyən edildiyindən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən evdə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və məcburi qaydada evdən çıxarılmasına dair iddia tələbi əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. X10 Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbayjan Respublikası Ailə Məjəlləsinin 32-ji maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. İşdən görünür ki, iddiaçı özünə məxsus olan mənzildən cavabdehin istifadəsinin qanunsuz olduğunu bildirir, irəli sürülmüş iddia vindikasiya (əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsi) iddiasıdır. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evin ona məxsus olması və geri tələb edilməsi barədə hüquqi faktlara əsaslanmadığı və mülkiyyət hüququnun əsası olmadığı üçün onun maddi hüquqi tələbi yoxdur və hazırkı halda iddiaçı vindikasiya iddiasının subyekti kimi çıxış edə bilməz. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsi mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilmə imkanını nəzərdə tutur. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Sadalanan maddələrin dispozisiyasından görünür ki, vindikasiya iddiasının irəli sürülməsi üçün bir neçə mühüm şərt məcmu halda mövcud olmalıdır. 1) Vindikasiyanın subyektitələb olunan əmlaka öz mülkiyyət hüququnu, yaxud ona sahibliyinin əsasını sübut etməli olan şəxsdir. Mülkiyyətçi (və ya qanuna və ya müqaviləyə əsasən əmlaka sahiblik edən şəxs) sahibliyindən çıxmış əşya üzərində faktiki hakimiyyətdən məhrum olmalıdır; 2) əşya naturada saxlanılmalı və ya digər şəxsin faktiki sahibliyində olmalıdır; 3) əşya fərdimüəyyən əşya olmalıdır; 4) vindikasiya iddiası müqavilədən kənar xarakter daşıyır və mülkiyyət (və ya məhdud əşya hüququnu) mütləq subyektiv hüquq kimi qoruyur. Hazırkı halda isə cavabdehin mübahisə predmeti olan mənzildə yaşaması qanunsuz olmadığı üçün iddiaçı vindikasiya iddiasının subyekti kimi çıxış edə bilməz. Məhkəmə iddia tələbinin cavabdehin həmin mənzildə qeydiyyatda olmamasına dair dəlilinə münasibət bildirərək qeyd edir ki, mənzildə qeydiyyatda olmama, həmin mənzildən istifadə hüququnun olması və ya olmaması anlamına gəlmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə, yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən, qanuni əsaslarla daimi və ya daha çox yaşadığı yer (ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri) hər hansı bir şəxsin yaşayış yeri hesab olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun adından göründüyü kimi, bu Qanunun tənzimlədiyi məsələlər vətəndaşların, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyatının aparılması ilə bağlıdır. Qanunun müddəalarına əsasən qanunverici hər hansı bir şəxsin yaşayış və olduğu yerin müəyyən olunması üçün heç bir məhdudiyyət qoymadan onun əsas diqqətini özünə daimi və ya müvəqqəti yaşamaq üçün seçdiyi ünvan üzrə qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçmək zərurətinə yönəldir (Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə” 2003-cü il 31 yanvar tarixli Qərarı). R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx xxxxxx 2018-ci il tarixli Plenum qərarında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun mənzillə bağlı münasibətləri tənzimləmədiyini və yaşayış sahəsinə qeydiyyata alınmış şəxsin həmin yaşayış sahəsinə mütləq köçürülməsi üçün əsas olmadığını, buna görə kassasiya instansiyası məhkəməsinin həmin Qanunun 2-ci maddəsinə istinad etməsinin məntiqsiz olduğunu göstərmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən vətəndaşın mənzildə qeydiyyatda olması və ya olmaması, onun həmin mənzildən istifadə hüququnun olması və ya olmaması anlamına gəlmir. Məhkəmə qeyd edilənlərə əsasən iddianın təmin edilməməli olduğunu hesab edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ : İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və evdən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №2(067)-1927/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1927/2020
12.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver