Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-193/2025 15.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 04 avqust 1960-cı ildə anadan olmuş X1 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 23 noyabr 1989-cu il tarixdə onunla X3 rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar və birgə nikahlarından 3 uşaqları anadan olmuşdur. Feyzulla Abdullayevlə ər-arvad münasibətində yaşadıqları dövr ərzində münasibətləri normal olmuşdur. Əri 1995-ci ilin dekabrında qazanc əldə etmək məqsədilə Rusiya Federasiyasına getmiş, bir daha geri qayıtmamışdır. Dəfələrlə onun yerini öyrənməyə çalışsalar da, onun yerini bilən olmamışdır. Xaçmaz rayon Məhkəməsinin 11 oktyabr 2004-cü il tarixli qətnaməsi ilə əri X3 01 yanvar 1996-cı ildən xəbərsiz itikin düşmüş elan olunmuşdur. Ölüm haqqında şəhadətnaməni almaq üçün ərizə ilə Maraqlı şəxsnə müraciət etmişdir. Oradan aldığı cavab məktubunda göstərilir ki, ölüm faktları tibbi müəssisənin müvafiq sənədi ilə, həmin sənəd olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hesab edir ki, əri Rusiya Federasiyasına getdikdən sonra ölmüşdür. Əks halda 30 ilə yaxındır ki, öz ailəsi ilə, qohum-əqrabası ilə ünsiyyət qurar, ən azından 2000ci ildə vəfat etmiş anası Nazikə Abdullayevanın dəfn mərasimində iştirak edərdi. Ərinin ölüm haqqında şəhadətnaməsi olmadığı üçün o, bir çox hüquqlarımı həyata keçirə bilməmişdir. Evlə bağlı vərəsəlik işlərini həll edə bilmir. İş üzrə Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə etmiş və ərizədə yazılanlara uyğun izahat verərək, məhkəmədən təmin olunmasını xahiş etmişdir. İş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını və təqdim olunmuş sübutları tədqiq etməklə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: V-JQ seriyalı 295145 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 ilə X2 arasında 23 noyabr 1989-cu il tarixdə rəsmi nikah qeydə alınmışdır. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından müəyyən olunur ki, X3 xx.xx.1960cı ildə Xaçmaz rayonunun Köhnə açmaz kəndində anadan olmuşdur. Xaçmaz rayon Məhkəməsinin 11 oktyabr 2004-cü il tarixli, 2-550 saylı qətnaməsindən müəyyən olunur ki, 11 iyul 1960-cı ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində anadan olmuş X3 01 yanvar 1996-cı il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Maraqlı şəxs 12 iyul 2024-cü il tarixli, 05/Q-261/69 saylı arayışından müəyyən olunur ki, X3 11 iyul 1960-cı ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuşdur. Maraqlı şəxs 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-15-400/2024 saylı məktubundan müəyyən olunur ki, X3 barəsində xx.xx.1960-xx.xx.2024-cü ümumrespublika elektron məlumatlar yoxlanılmış və ölmüş elan edilməsi ilə bağlı ölüm akt qeydi aşkar edilməmişdir. Ərizəçiyə ölüm şəhadətnamənin verilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti Sərhəd Nəzarətinin 30 oktyabr 2024-cü il tarixli, 3-38-2/33-3990/24 saylı məktubundan müəyyən olunur ki, “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemində (İAMAS) şəxslərin dövlət sərhədindən hərəkətləri barədə məlumatlar 2001-ci il tarixdən etibarən yerləşdirilməsini nəzərə alaraq, xx.xx.1960-cı il təvəllüdlü X1 1995-2001-ci il tarixlərdə dövlət sərhədindən hərəkəti barədə məlumatların təqdim edilməsi texniki cəhətdən imkanları xaricindədir. Bununla yanaşı F.Ə.Abdullayevi xx.xx.2002-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Xaçmaz rayon Polis Şöbəsinin 09 dekabr 2024-cü il tarixli, 3-13-78/2-33977/2024 saylı məktubundan müəyyən olunur ki, 11 iyul 1960-cı ildə Xaçmaz rayonunda anadan olmuş, 1995-ci ildə Rusiya Federasiyasına getmiş X3 barəsində Xaçmaz RPŞ-nə hər hansı bir məlumat daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən xəbərsiz itkin düşmə haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin qanuni vərəsələri xəbərsiz itkin düşmüşün əmlakını etibar olunmuş əmlak kimi idarə etmək, o cümlədən ondan fayda götürmək ixtiyarı əldə edirlər. Bu əmlakdan xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verilir və borclar ödənilir. 40.4-cü maddəsinə əsasən xəbərsiz itkin düşmüş fiziki şəxsin qanuni əmlakının daimi idarə edilməsi zərurəti yarandıqda, əgər onun qanuni vərəsələri yoxdursa, məhkəmənin qərarı ilə bu əmlak qəyyumluq və himayəçilik orqanı tərəfindən müəyyənləşdirilən və həmin orqanla bağlanan etibarnamə ilə idarəetmə müqaviləsi əsasında fəaliyyət göstərən şəxsə verilir. Xəbərsiz itkin düşmüş şəxsin əmlakının idarəçisi itkin düşmüş şəxsin əmlakı hesabına onun borclarını ödəyir, əmlakı həmin şəxsin xeyrinə idarə edir, xəbərsiz itkin düşmüşün öhdəsində olan şəxslərə dolanacaq xərcləri verir. Əgər idarəçinin təyin edildiyi gündən üç il keçənədək şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi haqqında məhkəmə qərarı ləğv edilməzsə və şəxsin ölmüş sayılması haqqında məhkəməyə müraciət edilməzsə, qəyyumluq və himayəçilik orqanı fiziki şəxsin ölmüş sayılması haqqında ərizə ilə məhkəməyə müraciət etməyə borcludur. 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, Ərizəçi əri X3 1995-ci il tarixdə qazanc əldə etmək məqsədi ilə Rusya Federasiyasına getmiş və bir daha geri qayıtmamış, bu səbəbdən Xaçmaz rayon Məhkəməsi 11 oktyabr 2004-cü il tarixli, 2-550 saylı qətnaməsi ilə 01 yanvar 1996-cı il tarixdən xəbərsiz itkin düşmüş elan edilmişdir. Azərbaycan Respublikasının Dövlət Sərhəd xidməti Sərhəd Nəzarətinin 30 oktyabr 2024-cü il tarixli, 3-38-2/33-3990/24 saylı məktubundan da görünür ki, X1 01 yanvar 2002-ci il tarixdən 19 oktyabr 2024-cü il tarixədək dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Bundan əlavə Xaçmaz rayon Polis Şöbəsindən məhkəməyə daxil olmuş məktubda X3 barəsində yaşayış yeri üzrə 1995-ci ildən bu günə qədər hər hansı bir məlumatın Xaçmaz RPŞ-nə daxil olmaması göstərilmişdir. Beləliklə, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, Ərizəçi əri X1 yaşayış yerində onun harada olması barədə beş ildən artıq müddət ərzində məlumat olmadığından, onun məhkəmə qaydasında ölmüş elan edilməsi məqsədəmüvafiqdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş xahiş üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 11 iyul 1960-cı ildə Xaçmaz rayonunun Köhnə-Xaçmaz kəndində anadan olmuş X3 ölmüş elan edilsin. Bu qətnamə X1 ölümü haqqında qeyd aparılması və onun adına ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №2(067)-193/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-193/2025
15.01.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver