Məhkəmə qərarları › İş №2(067)-1939/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-1939/2020

11.09.2020 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-1939/2020 11.09.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət X2rşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət X2rşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiaiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddia tələbi inzibati orqana qarşı yönəlmişdir və iddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə bağlı başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət X4 inzibati orqanlara aid edilmişdir. Azərbaycan Respublikasının İnzibatı Prosessual Məcəlləsinin 2-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) ; inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdə çəkinməyə dair iddia) ; inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Azərbaycan Respublikasının Konstusiya məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğununun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanlarının qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmələr tərəfindən baxılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnzibati Prosessual Məcəlləsində təsbit olunmuş «inzibati orqan» dedikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları da, onların yerli (struktur) və digər qurumları da, bələdiyyələr də, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı hüquqi və ya fiziki şəxs də başa düşülür. Göründüyü kimi, «inzibati orqan» anlayışı geniş dairəni əhatə edir. «İnzibati orqan» anlayışı altına aşağıdakı xüsusiyyətlərə malik olan orqanlar aid edilə bilər: 1) inzibati orqanlar təşkilatı cəhətdən nisbi müstəqil olmalıdırlar; 2) onların digər şəxslərə, kənara təsir edən fəaliyyəti olmalıdır, onların fəaliyyəti daxilə deyil, xaricə yönəlmiş olmalıdır; 3) nəhayət, bu orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malik olmalıdırlar. Məhkəmə onu da nəzərə alır ki, İnzibati Prosessual Məcəlləsi «inzibati akt» anlayışı adı altında inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanladığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam, akt və ya digər növ tədbiri nəzərdə tutur. Beləliklə, «inzibati akt»ın əlamətləri aşağıdakılardır: 1) o, inzibati orqan tərəfindən qəbul edilir; 2) o, hər hansı konkret məsələnin nizamlanmasına xidmət edir; 3) o, barəsində tətbiq edilən şəxsə münasibətdə hüquqi nəticələr yaradır. Beləliklə, inzibati orqan tərəfindən inzibati akt qəbul edilərkən, bu orqanın funksiyalarının həyata keçirilməsi zamanı reallaşdırılan tədbirlər həyata keçirilir. Qanunvericiliyin qeyd edilən müddəalarına əsasən, məhkəmə qeyd edir ki, iddiaçının tələbi inzibati orqan tərəfindən inzibati aktın ləğv edilməsi (mübahisələndirmə), yeni inzibati aktın qəbul edilməsi (məcburetmə) və müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir və tələbə inzibati qaydada baxılmalıdır. Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsinin tələbinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Posesual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx xxxxx 2015-ci il tarixli 4 saylı qərarında qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçıya izah olunur ki, iddia ərizəsi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X1 Nazirliyinin Dövlət X2rşı işdən çıxarılma barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsi ilə aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar