Məhkəmə qərarları › İş №2(067)-1969/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1969/2025

09.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1969/2025 09.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Ərizəçi, onun vəkili X1 iştirakı ilə, Ərizəçi qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 18 yanvar 1992-ci il tarixdə vəfat etmiş qaynanası X19 qohumluq münasibətlərinin, yəni sonuncunun onun qaynatasının doğma anası olması hüquqi faktının müəyyən edilməsinə dair qaynatası Seyidəliyev Səttərin adına doğum haqqında şəhadətnamənin alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X19 onun vəfat etmiş qaynatası X8 doğma anası idi. Qaynatasının sağlığında şəhid həyat yoldaşı X25 ilə birlikdə 0,15 ha həyatyanı torpaq sahəsində Xaçmaz rayonunun Müzəffər-Oba kəndində yerləşən torpaq sahəsində özlərinə məxsus bir koma tikmişləır. Həyat yoldaşının anasından atasından, miras qalmış əmlakı o həyat yoldaşının vərəsəsi olaraq öz adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon Natariusuna vəfat etmiş birgə nikahda olmuş qaynanası - 3-cü arvadı X5 adından onun adına miras payının verilməsini də X20 etiraz etmir. Orada sənədlərinə baxılarkən göstərilən şəxsdən qaynatasından miras qalmış əmlaka dair onun adına vərəsəlik hüququna dair X9 şəhadətnamə verilmişdir. Belə ki, mərhum qaynatasının anası Seyidəliyeva Cəmilə qohumluq dərəcəsini müəyyən edilə bilmədi. Buna səbəb mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsini adına rəsimləşdirə bilmir. Yaranmış vəziyyətlə bağlı ona notarius tərəfindən izah edilmişdir ki, hazırki vəziyyətdə məhkəməyə müraciət etməlidir. Qeyd etmək istəyir mərhum X19 onun qaynatasının anası idi, qaynatası Səttərin doğma anası olması ölüm haqqında şəhadətnamədə ərizəyə əlavə edilmiş sənədlərlə və bu faktı məhkəməyə dəvət edəcəyi şahidlər də təsdiq edəcəklər. Hazırda doğum haqqında şəhadətnaməni əldə edə bilmir. Şəhid ailəsi olmağı ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Qanunveriliyinə əsasən dövlət rüsumu ödəməkdən azaddır. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, X6 qaynatasının qızı olub, o, kiçik yaşlarında vəfat etmişdir. İskəndər Seyidəliyev qaynıdır, Günel və Gülçəmən baldızlarıdır. İş üzrə Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəddəsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında ərizəçi göstərmişdir ki, qaynatası 3 dəfə ailə həyatı qurmuşdur. İki ailəsindən 2, bir ailəsindən 3 uşağı olmuş, həyat yoldaşları cavan vəfat etmişdir. Torpaq sahəsinə dair digər uşaqlarda da heç bir sənəd yoxdur. Günel baldızıdır, qaynatasının ikinci ailəsindən doğulmuş uşaqdır. Cəmilənin həyat yoldaşının adı Yusif olmuş, o, dağ kəndində yaşadıqları zaman cavan vəfat etmişdir. Onu görməmişdir. Sonradan onlar Xaçmaz rayonuna köçüb, burada yaşamışlar. İskəndər, Gülçöhrə və Günel həyatdadırlar. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X47 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur. Onun 72 yaşı var, Cəmilə Seyidəliyevanı və onun oğlu Sətdər Seyidəliyevi tanıyır, onlar bir yerdə yaşamışlar. Yaşadıqları həyətyanı torpaq sahəsi onlara məxsus olub, fərdi yaşayış evi tikərək orada yaşamışlar. Ərizəçinin mərhum həyat yoldaşı Şakir ailəsi ilə birgə 47 il orada yaşayıb, hazırda da orada yaşayırlar. Cəmilə Seyidəliyevanın həyat yoldaşını görməmişdir. Cəmilənin bir uşağı olmuş, oğlu Sətdərlə birgə yaşamışlar, başqa övladı yoxdur. Sətdər Seyidəliyevin 2 qızı,1 oğlu olmuş, oğlu Şakir, qızı Şahxanım, digər qızının adını xatırlamır. Cəmilə 90-cı illərdə vəfat etmişdir, həmin vaxt ərizəçi Lətifə Seyidəliyevanı artıq gəlin gətirmişlər, bir evdə yaşamışlar. Həmin torpaq sahəsində Sətdər kişi, oğlu Şakir üçün ev tikmiş, sonradan həmin həyətyanı torpaq sahəsində yeni ev tikərək Şakir ailəsi ilə birlikdə 40 il yaxın müddət yaşamışlar. X23 Seyidəliyevin anası, Şakir Seyidəliyevin isə nənəsi olması faktını təsdiq edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X26 ifadəsində göstərmişdir ki, ərizəçinin yaşadığı torpaq sahəsi Cəmiləyə məxsus olmuş, torpağı oğlu Sətdərə vermişdir. Sətdər həmin torpaq sahəsində oğlu üçün ev tikmişdir. Cəmilə Sətdərin anasıdır. Sətdər isə Şakirin atasıdır. Cəmilə Seyidəliyevanın həyat yoldaşının adını bilmir, tanımır. Cəmilə ilə yaxın qonşu olmuşlar, o Müzəffəroba kəndində yaşayıb.O Cəmiləni tanıyanda onun həyat yoldaşı yox idi. Cəmilənin bir oğlu Sətdər olub, başqa uşaqlarını görməmişdir. Sətdərin 5 uşağı olub İskəndər, Gülçöhrə, Günel, Şakir və Şahxanım. Uşaqlarından Şakir, Şahxanım vəfat edib, qızı Günel Xaçmaz rayonunda yaşayır, onun məhkəmə prosesi barədə məlumatı var. X23 Seyidəliyevin anası, Şakir Seyidəliyevin isə nənəsi olması faktını təsdiq edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X10 göstərmişdir ki, ərizəçinin qonşusudur. X38 nənəsidir. Sətdər Cəmilənin oğludur. Cəmilənin torpaq sahəsində Sətdər ev tikmişdir. Cəmilə Seyidəliyevanı görmüş, onun həyat yoldaşını görməmişdir. Cəmilə oğlu Sətdər ilə bir yerdə yaşamış, onun başqa uşağı yoxdur. Şakirin Şahxanım adlı bir bacısı olmuş, vəfat etmişdir, başqa bacı-qardaşı olmamışdır. İskəndər və Günel Şakirin ögey bacı-qardaşıdır. X23 Seyidəliyevin anası, Şakir Seyidəliyevin nənəsi olması faktını təsdiq edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən X11 göstərmişdir ki, ərizəçi Lətifə Seyidəliyeva qardaşının həyat yoldaşıdır. Ərizəçinin həyat yoldaşı vəfat etmiş, ərizəçinin hazırda yaşadığı torpaq sahəsi atasının anası Cəmilə Seyidəliyevanındır. Sonradan atası həmin torpaq sahəsində böyük qardaşı Şakir üçün ev tikmişdir. Cəmilə Seyidəliyevanın həyat yoldaşının yəni, babasının adı Yusif olub, o babasını görməmişdir, o, 1937-ci ilin may ayında vəfat edib, həmin vaxt atası balaca olmuşdur. Nənəsinin başqa uşağı olmamışdır. Sətdər onun atasıdır. Cəmilə nənəni görmüş, nənəsi vəfat edəndə onun təxminən 11-12 yaşı olmuşdur. Gülçöhrə və Günel onun bacılarıdır. Atasının üçüncü ailəsindən 1 oğlu, 1 qızı var. X62 Federasiyasında yaşayır, qızı Qıztamam 21 yaşındadır, o, Müzəffəroba kəndində yaşayır. Atası 4 ildir ki, vəfat edib. X30 Seyidəliyevin nənəsi, Sətdər Seyidəliyevin anası olması faktını təsdiq edir. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 göstərmişdir ki, ərizəçi gəlinləridir, böyük qardaşı Şakirin arvadıdır, kiçik qardaşı da var, adı İskəndərdir. Cəmilə nənəsidir, o tək yaşadığı üçün nəvəsi Şakiri öz yanına aparıb saxlamışdır. Şükufə isə analığıdır. Sətdər atasıdır. Atasının evindən onun payını analığına bağışlamışdır. Cəmilə atasının anasıdır, Cəmilə nənəsi vəfat edəndə onun 12 yaşı olmuşdur. Seyidəliyev Şakir qardaşıdır, Cəmilə onun və Şakirin nənəsidir. Ərizəçi Lətifə Seyidəliyeva qohumluq faktını yaşadığı evi adına sənədləşdirmək üçün müəyyən etməyə çalışır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X21 arasında nikah xx.xx.1979-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Seydəliyeva soyadını qəbul etmişdir. -doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 11 noyabr 1958-ci il təvəllüdlü X18 atası X33, anası X2r. -nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X27 ilə X34 arasında nikah xx.xx.1999-cu ildə bağlanmışdır. Nikahdan sonra qadın Seydəliyeva soyadını qəbul etmişdir. -ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 xx.xx.2021-ci il tarixdə ölmüşdür. -ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 xx.xx.2020-ci il tarixdə ölmüşdür. -********** qeydiyyat nömrəli, **********38 reyestr nömrəli, xx.xx.2021-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Müzəffəroba kəndi ərazisində yerləşən 0.1666 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə ½ hissədə Şahid2, ½ hissədə X12 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2022-ci il tarixli, reyestrdə 2V-1071 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X12 vərəsəsi arvadı X13r və o miras tam hissədə pay almalıdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış 11 sentyabr 2025-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayonunun 1932-ci ilə aid doğum haqqında qeyd aktları mühafizə olunmaq üçün arxivə təhvil verilməmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış Xaçmaz rayon Müzəffəroba kəndində yaşamış xx.xx.2021-ci il vəfat etmiş Seydəliyev Sətdər (Səttər) Yusif oğlunun adına doğum akt qeydi aşkar olunmadığından valideyinləri barədə, məlumat aşkar olunmamışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış Xaçmaz rayon Müzəffəroba kəndində yaşamış xx.xx.2021 -ci il vəfat etmiş X35 ilə X3 nikahından 3(üç) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1.X32 xx.xx.1958-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi. 2.X14 xx.xx.1966-cı il Xaçmaz rayonu Müzəffəroba kəndi 3.Şahid1 Səddər oğlu xx.xx.1968-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi X35 ilə Seydəliyeva Zəriyyət BEcan qızının nikahından 2(iki) övladı olması barədə aşkar olunmuşdur. 1.X15 xx.xx.1977-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi 2. X28 xx.xx.1958-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi X35 xx.xx.2000-ci ildə X34 ilə rəsmi nikaha daxil olub.Bu nikahdan2(iki) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1.X36 xx.xx.2000-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi 2.X16 xx.xx.2004-cü il Xaçmaz rayonu Müzəffəroba kəndi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış Xaçmaz rayon Müzəffəroba kəndində yaşamış18,01.1992-ci il vəfat etmiş X17 bacı və qardaşları,həmçinin onun nikahı və övladlarının olması barədə məlumat aşkar olunmamışdır. -vəkil sorğusuna əsasən alınmış 11 sentyabr 2025-ci il tarixli arxiv arayışından görünür ki, Xaçmaz rayonu Müzəffər-oba kəndinə aid heç bir il üçün doğum aktlarının qeydi kitabları X60 filialına təhvil verilməmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış 30 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış Xaçmaz rayon Müzəffəroba kəndində yaşamış xx.xx.2021-ci il vəfat etmiş X35 ilə X4 nikahından 3(üç) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1 .X32 xx.xx.1958-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi. 2.X14 xx.xx.1966-cı il Xaçmaz rayonu Müzəffəroba kəndi 3.Şahid1 Səddər oğlu xx.xx.1968-ci il Xaçmaz rayopu Müzəffəroba kəndi X35 ilə Seydəliyeva Zəriyyət BEcan qızının nikahından 2(iki) övladı olması barədə aşkar olunmuşdur. 1.X15 xx.xx.1977-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi 2. X28 xx.xx.1958-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi X35 xx.xx.2000-ci ildə X34 ilə rəsmi nikaha daxil olub.Bu nikahdan2(iki) övladları olması barədə məlumat aşkar olunmuşdur. 1.X36 xx.xx.2000-ci il Xaçmaz rayonu Müzəffəroba kəndi 2.X16 xx.xx.2004-cü il Xaçmaz rayonu Müzəffəroba kəndi. -Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə İcra Nümayəndəsinin xx.xx.2025-ci il tarixli arayışməlumatdan görünür ki, Xaçmaz rayon Müzəffəroba kənd sakini olmuş və xx.xx.1992 ci il tarixdə vəfat etmiş X19 xx.xx.2020 cı il tarixdə vəfat etmiş X18 nənəsidir.X19 ölən günə kimi,mərhum nəvəsi X18 himayəsində yaşamışdır. Həmin təsərrüfatda hal-hazırda yaşayan X18 arvadı Ərizəçidır. -xx.xx.2021-ci il tarixli arxiv arayışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon Dövlət arxivində saxlanılan Pavlovka kənd X59 İcraiyyə Komitəsinin 1980-1982-cı illərə aid Müzəffəroba kəndi üzrə 17 saylı təsərrüfatbaşına kitabında mərhum X19 təsərrüfat başçısı olub, təsərrüfatın şəxsi mülkiyyəti hesab olunan tikili 1968-ci ildə tikilən ev, təsərrüfatın şəxsi istifadəsində olan torpaq (hektarın yüzdə birilə) 0,15 ha,o cümlədən, tikililərin,kolluq!arm,meşəliyin,qobudərələrin və ictimai yolların altında olan torpaqlar 0,01 ha torpaq qeyd olunmuşdur. -Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizəsindən görünür ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 xx.xx.2020-ci li tarixdə vəfat etmiş əri X18 nənəsi olması (qohumluq münasibətləri) faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X19 onun vəfat etmiş qaynatası X8 doğma anası idi. Qaynatasının sağlığında şəhid həyat yoldaşı X25 ilə birlikdə 0,15 ha həyatyanı torpaq sahəsində Xaçmaz rayonunun Müzəffər-Oba kəndində yerləşən torpaq sahəsində özlərinə məxsus bir koma tikmişləır. Həyat yoldaşının anasından atasından, miras qalmış əmlakı o həyat yoldaşının vərəsəsi olaraq öz adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon Natariusuna vəfat etmiş birgə nikahda olmuş qaynanası - 3-cü arvadı X5 adından onun adına miras payının verilməsini də X20 etiraz etmir. Orada sənədlərinə baxılarkən göstərilən şəxsdən qaynatasından miras qalmış əmlaka dair onun adına vərəsəlik hüququna dair X9 şəhadətnamə verilmişdir. Belə ki, mərhum qaynatasının anası Seyidəliyeva Cəmilə qohumluq dərəcəsini müəyyən edilə bilmədi. Buna səbəb mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsini adına rəsimləşdirə bilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.1-ci maddəsinə əsasən şəxslərin qohumluq münasibətləri faktı məhkəmə qaydasında müəyyən edilir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarının: 1.3-cü bəndində qeyd olunur ki, nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 2-ci bəndində qeyd olunur ki Məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 2.1-ci bəndində qeyd olunur ki Məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. 2.2-ci bəndində qeyd olunur ki, əgər qohumluq faktının müəyyən olunması vətəndaşlıq vəziyyəti aktlarının qeydi zamanı yol verilmiş səhvlərlə (adın, ata adının, soyadın təhrifi və sair) əlaqədardırsa, məhkəmələr qohumluq münasibətlərinin müəyyən olunmasına dair belə ərizələri icraata qəbul etməkdən iddianın yolverilməzliyinə görə imtina etməlidirlər (Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsi). Bu cür səhvlərin aradan qaldırılması və vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları tərəfindən qüvvədə olan normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları edilmiş qeydə düzəlişlər etməkdən imtina etdikdə, həmin orqanlara qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. 2.3-cü bəndində qeyd olunur Qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X19 ərizəçinin vəfat etmiş qaynatası X8 doğma anası olmuşdur. Qaynatasının sağlığında ərizəçi əri X25 ilə birlikdə Xaçmaz rayonunun Müzəffər-Oba kəndində yerləşən torpaq sahəsində özlərinə məxsus bir ev tikmişlər. Ərinin valideynlərindən miras qalmış əmlakı ərizəçi ərinin vərəsəsi olaraq öz adına rəsmiləşdirilməsi ilə bağlı Xaçmaz rayon notariat ofisinə müraciət etmişdir. Ərizəçinin mərhum qaynatasının anası Cəmilə Seyidəliyevanın qohumluq dərəcəsini müəyyən edilə bilmədiyindən mülkiyyətlərinə verilmiş 0,15 ha torpaq sahəsini adına rəsimləşdirə bilmir. Tərəflərin qohumluq münasibətlərini təsdiq edən sənədlər vətəndaş vəziyyəti aktalarının dövlət qeydiyyatı orqanında və arxivdə saxlanılmamışdır Ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.20-ci bəndinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 xx.xx.2020-ci li tarixdə vəfat etmiş X18 nənəsi olması (qohumluq münasibətləri) faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 307-311-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1992-ci il tarixdə vəfat etmiş X7 xx.xx.2020-ci li tarixdə vəfat etmiş X18 nənəsi olması (qohumluq münasibətləri) faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar