Məhkəmə qərarları › İş №2(067)-1971/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1971/2020

16.10.2020 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1971/2020 16.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X2, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, qardaşı X4 ölmüş elan edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o və ailə üzvləri Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuşlar və orada yaşamışlar. 1990-cı ilin avqust ayında ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Bostançı kəndinə köçmüşlər. Qardaşı X6 xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olub, 1998-ci ildə itkin düşüb və həmin vaxtdan onun barəsində heç bir məlumat yoxdur. Onun itkin düşməsindən uzun illər vaxt keçir, bu vaxta qədər onun taleyi barədə heç bir məlumatları yoxdur. Qeyd olunanlarla əlaqədar ərizə ilə məhkəməyə müracət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsinə uyğun izahat vermiş və ərizənin təmin olunmasını xahiş etmiş, əlavə olaraq qardaşının 1998-ci ildə Qazax rayonuna hərbi xidmətə gedib bir daha geri qayıtmadığını, ondan ötən müddət ərzində heç bir xəbər almadıqlarını və onun barəsində Xaçmaz RPŞ tərəfindən 2000-ci ildə axtarış verildiyini, lakin hazırkı vaxtadək heç bir nəticəsi olmadığını, onun yerini müəyyən etməyin mümkün olmadığını, qardaşının adına pay torpaq sahəsinin olduğunu, lakin həmin torpaq sahəsi ilə bağlı heç bir əməliyyat apara bilmədiklərini bildirmişdir. Ərizədə göstərilən halları məhkəməyə təqdim etdiyi şahidləri təsdiq edə bilərlər. Maraqlı şəxsnə məhkəmə islasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5.-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X1 ifadəsində göstərmişdir ki, ərizəçi xalası oğlu və qonşusudur, münasibətləri yaxşıdır. Özbəkistan Respublikasının Bulunqur şəhərində anadan olmuşdur. 1990-cı ilin avqust ayında ailə üzvləri ilə birlikdə Xaçmaz rayonunun Bostançı kəndinə köçmüşlər. Xalası oğlu X6 xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuşdur. O, 1998-ci ildə Qazax rayonuna hərbi xidmətə gedəndən sonra itkin duşmuşdür və həmin vaxtdan onun barəsində heç bir məlumat yoxdur. 1998-ci ildən sonra X5 görməmişdir. X4 harada olması barədə heç kim heç nə bilmir. Onun axtarışları nəticəsiz qalmışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, ərizəçi qonşusudur, qohumluq əlaqələri yoxdur, münasibətləri yaxşıdır. Onun qardaşı X6 1998-ci ildə Qazax rayonuna hərbi xidmətə getmişdir və o vaxtdan onun harada olduğunu bilən yoxdur. 1998-ci ildən sonra X5 görməmişdir. X4 harada olması barədə heç bir məlumat yoxdur. Onun axtarışları nəticəsiz qalmışdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İİİ-ÇJ seriyalı 427214 saylı doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli aktdan müəyyən olunur ki, X4 harada olması, hansı şəraitdə itkin düşməsi haqqında heç bir məlumat əldə edilməmişdir. Həmin akt Bostançı kənd sakinlərinin iştirakı ilə tərtib edilmiş və imzalanmışdır. İş materiallarında olan Xaçmaz RPŞ-nin xx.xx.2020-ci il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.1980-cı il təvəllüdlü X6 barəsində xx.xx.2000-ci il tarixdən Xaçmaz RPŞ tərəfindən axtarış elan olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 407 saylı məktubundan müəyyən olunur ki, Ərizəçi X4 ölüm haqqında arayışını almaq üçün müraciət etmiş, müraciətinə əsasən xx.xx.1980-xx.xx.2020-ci illər üzrə Maraqlı şəxs üzrə ölümün qeydə alınıb-alınmaması yoxlanılmışdır. X6 barəsində Maraqlı şəxsndə göstərilən illər üzrə ölüm akt qeydi aşkar olunmamışdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bununla əlaqədar ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, ərizəçi tərəfindən 10 (on) manat dövlət rüsumu köçürülmüşdür. Məhkəmə qeyd olunan sübutlara hüquqi qiymət verərkən hesab edir ki, Ərizəçi xx.xx.1980-cı il tarixdə anadan olmuş qardaşı X4 1998-ci ildə vəfat etməsi hüquqi faktı iş üzrə tədqiq edilmiş mötəbər sübutların məcmusu ilə sübuta yetirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3-cü maddəyə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaysan Respublikasının MPM-nin 307.2.8.-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti imtina etdiyi halda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin Məsəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbayan Respublikasının Mülki Prosessual Məsəlləsinin 310-cu maddəsinə əsasən ərizədcə, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutları göstərməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ərizəçinin qardaşı X4 ölüm faktının müəyyən edilməsi miras qalmış əmlak üzrə vərəsəliyin müəyyən edilməsi ilə əlaqədar zəruridir. Azərbaycan Respublikasının Mülki Prosessual Məsəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Həmin Məsəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məsəllənin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə islasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuş, X6 ölmüş elan edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaysan Respublikasının MPM-nin 216-220-si və 360-sı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1980-cı ildə Özbəkistan Respublikasının Səmərqənd vilayətində anadan olmuş, X6 ölmüş elan edilsin. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaysan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar