Məhkəmə qərarları › İş №2(067)-1988/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1988/2021

26.07.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1988/2021 26.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı, cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evdən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı evindən qeydiyyatdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəmə müraciət edərək, Cavabdeh Xaçmaz rayonu, Xudat şəhəri, M.Ə Rəsulzadə küçəsi 34 nömrəli evdən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Xaçmaz rayonu, Xudat şəhəri, M.Rəsulzadə küçəsi, ev 34-də yerləşən fərdi yaşayış evi ona məxsus əmlakdır. Cavabdeh mülkiyyətinə məxsus evdə formal qeydiyyatdadır. Cavabdeh ona məxsus evdən formal qeydiyyatda qalmışdır və həmin məsələ bu vaxta kimi uzanmışdır. Həmin yaşayış evini ona 06 noyabr 1997-cı il tarixdə bəxşiş edilmə müqaviləsi əsasında adına qeydə alınmışdır. Cavabdeh ona məxsus evə nə vaxtsa qeydiyyata düşübdür. Cavabdehin valideynləri X7 və X4 və X1 rayon məhkəməsinin 22 iyun 2001-ci il tarixli qətnaməsinə əsasən qeydiyyatdan çıxarılmışdırlar. Lakin 1992-ci il təvəllüdlü Cavabdeh qeydiyyatda qalmışdır. Cavabdeh isə qeyd olunduğu kimi uzun müddətdir ki, ümumiyyətlə onun evində yaşamamış və evdə onun heç bir əmlakı və evlə bağlı heç bir əlaqəsi yoxdur. Hesab edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı müddəasi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 yanvar 1999-cü il tarixli, 5-1/98 saylı sorğusu ilə bağlı Konstitusiya Məhkəməsi 12 mart 1999-cü il tarixli qərarı ilə mənzil qanunvericiliyinə əsasən, tərəflər arasında yaranmış mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada təsdiq olunmalı və məhkəmənin qərarında əsaslandırılmalıdır.Ona görə də, onun iddiası təmin olunmalı və cavabdehin onun evindən hüququ itirilmiş hesab olunmalıdır. Beləliklə də, cavabdehin evində formal qeydiyyatının saxlanılması yolverilməzdir. Hal-hazırda cavabdehin harada yaşamasını dəqiq bilmir. Ona görə də cavabdehin ona məxsus yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etmir, mübahisəli evdə heç vaxt yaşamasa da, orada yaşamaq hüququ var, ona görə də, iddianın təmin olunmamasını xahiş etmişdir. Hal-hazırda valideyinləri ilə birlikdə yaşadığını bildirmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan 06 noyabr 1997-ci il tarixli, 1A-979A saylı evin Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı ünvanda yerləşən ev İddiaçı adına qeydə alınmışdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 2-246,2001-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X7, X2 və X3, İddiaçı Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi 34 saylı yaşayış evində yaşamaq hqüuquları itirilmiş hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləjə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məjəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 35, 53, 54, 60 və 123-cü maddələrinə əsasən hesab edir ki, cavabdehin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, şəxsin yaşayış sahəsində istifadə hüququnun olmadığının müəyyən edilməsi həmin maddənin göstərişinin mənasına uyğundur, şəxsin qeydiyyatdan çıxarılmasına əsas verir. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Məhkəmə araşdırması zamanı cavabdeh iddiaçının xüsusi mülkiyyətinə aid Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı evində qeydiyyatının formal olması və onun həmin evdə ümumiyyətlə yaşamaması müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının xüsusi mülkiyyətinə aid, iddiaçının sahiblik etdiyi Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı evində formal qeydiyyatda olması mülkiyyətçinin xüsusi mülkiyyətinə aid əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüquqlarını pozur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı yaşayış evindən formal xarakter daşıyan istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia təmin edilsin. Cavabdeh xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı ünvanında yaşayış sahəsindən istifadə hüquqları itirilmiş hesab edilsin. Bu qətnamə Cavabdeh Xudat şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 34 saylı ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN SƏRXAN SƏMƏDZADƏ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar