Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-1995/2020 26.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi X11, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxxx 2010-cu il təvəllüdlü qızı X7 ilə birlikdə ona məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək izahatında göstərdi ki, nümayəndəsi və vəkili olduğu İddiaçı ünvan 1 saylı ünvanda fərdi yaşayış evi vardır. Həmin yaşayış evinə iddiaçının hüququ **********89-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən qeydiyyata alınmışdır. İş üzrə Cavabdeh iddiaçının oğludur. İddiaçının oğlu Cavabdeh 1984-cü il təvəllüdlü olmaqla iddiaçının evində pasport qeydiyyatında olsa da uzun müddətdir ki, iddiaçıya məxsus evdə yaşamır. 2016-cı ildən cavabdeh özünə başqa yaşayış evi əldə edərək köçüb ailəsi ilə birlikdə orada yaşamış və sonradan həmin evi sataraq başqa ünvana köçmüşdür. Cavabdehin hazırda iddiaçının evində pasport qeydiyyatında qalması səbəbindən iddiaçı əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun sərəncam hüququ pozulur. Cavabdeh artıq uzun müddətdir iddiaçının evində yaşamadığına görə Azərpbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə əsasən sonuncunun həmin evdən istifadə hüququ itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsini, Cavabdeh xx xxxxxxx 2010cu il təvəllüdlü qızı X7 ilə birlikdə İddiaçı məxsus ünvan 1 saylı ünvanda yerləşən yaşayış evindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında dindirilən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, iş üzrə İddiaçı onun doğma atasıdır. Atasına məxsus ünvan 1 saylı ünvanda fərdi yaşayış evi vardır. O, həmin evdə doğulmaqla böyüyüb boya-başa çatmış, həmin evdə ailə qurmuş, ailə qurduqdan sonra da arvadı X3 və birgə nikahdan doğulmuş xx xxxxxxx 2010-cu il təvəllüdlü uşağları X7 ilə birlikdə 2019-cu ilin iyul ayına qədər bir ailə kimi həmin evdə yaşamışdır. Onun heç vaxt ayrıca yaşayış evi olmamış, həmin evə köçüb yaşamamışdır. 2019-cu ilin iyul ayında atası Tofik onu və ailəsini məcburi qaydada mübahisəli evdən çıxarmış və bir daha onu və ailəsini həmin evə buraxmamışdır. Məcburiyyət qarşısında qalaraq hazırda ailəsi ilə birlikdə Xaçmaz şəhərində kirayədə yaşayır. O, mübahisəli evdə qeydiyyatdadır, 2019-cu ilin iyul ayına kimi daimi olaraq həmin evdə yaşamış, heç vaxt başqa yerdə yaşamamış, onun bir övlad kimi mübahisəli evdən istifadə hüququ vardır. Həmçinin azyaşlı uşağı Zərif Museyibova xx xxxxxxx 2010-cu ildə həmin evdə doğulduğundan və 2019-cu ilin iyul ayınadək onunla birgə həmin evdə yaşadığından uşağının da mübahisəli evdən istifadə hüququ yaranmışdır. Atası İddiaçı onu və uşağını əsassız olaraq evindən qeydiyyatdan çıxarmağa çalışır. O, isə mübahisəli evdən qeydiyyatdan çıxmasına və istifadə hüququnun itirilməsinə razı deyiddir. İddiaçının onun və uşağının yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi üçün göstərdiyi hallar həqiqətə uyğun olmamaqla əsassız və qanunsuzdur. Ona görə də iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə iclasında dindirilən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iddianı qəbul etməyərək cavabdehin izahatı ilə eyni məzmunlu izahat verməklə iddianın təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi şahid X20 göstərdi ki, iş üzrə tərəfləri tanıyır. İddiaçı ünvan 1 saylı ünvanda yaşayış evi vardır. İş üzrə Cavabdeh iddiaçının oğludur. Cavabdeh atası İddiaçı məxsus evdə yaşamış, sonradan atası Tofik oğlu Müslüm üçün Xaçmaz şəhərində başqa yerdə ev tikmək üçün torpaq sahəsi almış, evin bünövrəsi qoyulduqdan bir müddət sonra cavabdeh həmin torpaq sahəsini satmışdır. Cavabdeh 4 il olar ki, ata evində yaşamır. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahid X23 göstərdi ki, iş üzrə tərəfləri tanıyır. İddiaçı ünvan 1 saylı ünvanda yaşayış evi vardır. İş üzrə Cavabdeh iddiaçının oğludur. Cavabdeh atası İddiaçı məxsus evdə yaşamış, sonradan atası Tofik oğlu Müslüm üçün Xaçmaz şəhərində başqa yerdə ev tikmək üçün torpaq sahəsi almış, həmin torpaq sahəsində evin tikintisinə başlanılmış, lakin sonradan cavabdeh həmin yarımçıq tikilini torpaq sahəsi ilə birlikdə satmışdır. Cavabdeh təxminən 2-3 il olar ki, ata evində yaşamır. Məhkəmə iclasında dindirilən iddiaçının təqdim etdiyi digər şahidlər X6 və X8 şahidlər Kamal Sadıqov və Piri Məmmədovun ifadələrinə oxşar ifadələr vermişlər. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi şahid X16 göstərdi ki, iş üzrə tərəfləri tanıyır. İş üzrə Cavabdeh onun bibisi oğlu, İddiaçı bibisinin əridir. İddiaçının ünvan 1 saylı ünvanda yaşayış evi vardır. Tərəflərlə qohum olduğu üçün qohum kimi həmin evə gediş-gəlişi vardır. Bibisi oğlu Müslüm doğulduğu gündən 2019-cu ilə qədər ata evində yaşamış, sonradan atası ilə aralarında müəyyən narazılıqlar baş verdiyindən Müslüm ata evindən çıxmış və hal-hazırda ailəsi ilə kirayədə yaşayır. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi digər şahid X12 göstərdi ki, iş üzrə tərəfləri tanıyır, uzun müddətdir ki, qonşuluqda yaşayır. X1 onların qonşuluğunda Xaçmaz şəhəri, X.Şükürov küçəsində 35 saylı yaşayış evi vardır. Cavabdeh olan iddiaçının oğlu Cavabdeh doğulduğu gündən 2019-cu ilin iyul ayınadək ata evində yaşamış, sonradan ailədaxili müəyyən narazılıqlarla əlaqədar Müslüm ata evindən çıxmış və hal-hazırda ailəsi ilə kirayələrdə yaşayır. Məhkəmə iclasında dindirilən cavabdehin təqdim etdiyi digər şahid X13 şahid X9 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib belə nəticəyə gəlir ki, iddia təmin edilməməlidir. İş materiallarında **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx xxxx 2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlakın dövlət reyesrində qeydiyyata alınmışdır. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin xx xxx 2020-ci il tarixli, 160- 10466-1220 nömrəli məktubundan görünür ki, iş üzrə cavabdeh- xx xxxx 1984-cü il təvəllüdlü Cavabdeh və xx xxxxxxx 2010-cu il təvəllüdlü uşağı X2 şəhəri, Xüdrəddin Şükürov küçəsi 35 saylı evdə qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, iş üzrə Cavabdeh İddiaçı ailə üzvü-doğma oğlu olmaqla 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin qüvvədə olduğu zaman, yəni xx xxxx 1984-cü ildə həmin evdə doğulmuş, həmin evdə böyüyüb boya-başa çatmış və iddiaçının razılığı əsasında ona məxsus ünvan 2 saylı yaşayış evinə qeydiyyata alınmış, cavabdeh mübahisəli evdən çıxana qədər ailəsi ilə birlikdə daimi olaraq həmin ünvanda yaşamışlar. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh münasibətdə mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin maddi hüquq normalarına uyğun hüquqi qiymət verilməlidir. Belə ki, 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurlar. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 54-cü maddəsinin 3-cü hissəsinə görə icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüqüqu əldə edirlər. Həmin Məcəllənin 123-cü maddəsinin 1-ci hissəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. «Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 1992-ci il tarixli, 2 №-li qərarında qeyd olunur ki, kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələri ilə əlaqədar kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü- doğma oğlu olduğundan 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü və 54-cü maddələrinə əsasən cavabdehin iddiaçıya məxsus evdən istifadə hüquqları vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbində cavabdehin onun evindən çıxaraq başqa yerə köçməsini, özünə məxsus yaşayış sahəsi olmasını göstərsə də cavabdehin ona məxsus evdən öz istəyi ilə çıxmasını və başqa yaşayış sahəsinin olmasını sübut edən sənədi və sübutu məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı iddia tələbində iddianın əsası kimi 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinə istinad edərək həmin maddi hüquq normalarına əsasən cavabdehin və azyaşlı uşağının mübahisəli evdən istifadə hüququnun itirildiyini göstərmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı məxsus evdən 2009-cu ilin oktyabr ayından sonrakı dövrdə, yəni 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsi qüvvədən düşdükdən sonra çıxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Həmin Məcəllənin 7.3-cü maddəsinə əsasən mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Məhkəmə hesab edir ki, 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin tətbiq edilməsi cavabdehin vəziyyətini pisləşdirən hallara səbəb ola biləcəyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1, 7.2 və 7.3-cü maddələrinə əsasən tərəflər arasında olan hazırki mübahisəyə baxılarkən 2009-cu ilin oktyabr ayınadək qüvvədə olmuş Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq edilə bilməz. İddiaçı iddia tələbində Cavabdeh ilə birabər sonuncunun xx xxxxxxx 2010-cu il təvəllüdlü uşağı X5 da ona məxsus evdən istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 49.4-cü maddəsinə əsasən on dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Məhkəmə hesab edir ki, Cavabdeh uşağı X7 xx xxxxxxx 2010-cu il təvəllüdlü olmaqla hazırda mülki prosessual fəaliyyət qabiliyyəti olmayan şəxsdir və onun mənafeyinin valideyni olaraq atası Cavabdeh tərəfindən qorunması qanuna müvafiqdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Məhkəmə hesab edir ki, Cavabdeh mübahisəli yaşayış evinin tərkib hissəsinin mülkiyyətçisi- İddiaçı ilə birgə yaşayan ailə üzvü olmaqla mübahisəli evdən istifadə hüququ olduğundan onun mübahisəli evdə xx xxxxxxx 2010-cu ildə anadan olmuş uşağı X7 da Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvü hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh və xx xxxxxxx 2010-cu il təvəllüdlü qızı X5 mübahisəli evdən istifadə hüquqları olduğundan İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilə bilməz. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «Yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbi»nə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №2(067)-1995/2020
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-1995/2020
26.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver