Məhkəmə qərarları › İş №2(067)-2028/2022

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2028/2022

28.09.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2028/2022 28.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı miras əmlakdan payın naturada ayrılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ ilə nənəsi X2 adında olan Xaçmaz rayonu, Nərəcan kəndində yerləşən həyətyanı torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş bir mərtəbəli, 4 otaqlı fərdi yaşayış evindən mərhum X5 düşən miras payın naturada bölünərək birinci dərəcəli vərəsə kimi onun adına keçirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçının nümayənədəsi Nümayəndə izahatında göstərmişdir ki, İddiaçı onun oğludur. Miras qalmış mübahisəli ev qaynansı X3 adına qeydə alınıb. X4 2021-ci ildə vəfat edib. Onun vəfatından sonra oğlu İddiaçı miras qalmış evə dair vərəsəliklə bağlı notariat kontoruna müraciət etməmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli evə iddiaçının heç bir aidiyyatı yoxdur. Həmin mübahisəli ev Dövlət tərəfindən tikilib onlara təhvil verilmişdir və evə dair heç bir sənəd əldə etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ki, ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edildələrsə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hüquq haqqında mübahisə yarandığı aşkar edildiyindən mülki iş baxılmamış saxlanılmalıdır. Balə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli etibarnamənin surətindən müəyyən olunur ki, Nümayəndə, İddiaçı etibarnamə üzrə nümayəndəsidir. İş materiallarında olan xx.xx.2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan daşınmaz əmlaklar mərhum X1 miras qalmış miras əmlak kütləsinə daxildir. Bu isə hazırki, iş üzrə hüquq haqqında mübahisə yarandığını göstərir. Qeyd olunan hal iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsasdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı miras əmlakdan payın naturada ayrılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar