Məhkəmə qərarları › İş №2(067)-2028/2025

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2028/2025

04.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2028/2025 04.09.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Ərizəçi Maraqlı şəxsin nümayəndəsi Xaçmaz rayon Çarxı bələdiyyəsinin sədri X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs kimi cəlb edilməklə vəsiyyətnamənin rəsmiləşdirilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Xaçmaz rayonu, Çarxı kəndində yaşamış X3 şahidlər X4 və Reyhanə Mustafayevanın iştirakı ilə ona aid Çarxı kəndində yerləşən həyatyanı torpaq sahəsi və fərdi yaşayış evinə dair vəsiyyətnamənin Xaçmaz rayon İHBnın Çarxı İƏD üzrə Nümayəndəliyi tərəfindən xx.xx.2021-ci il tarixində Ərizəçi adına rəsmiləşdirilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən həyatyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında mərhum həyat yoldaşı X7 məxsus olmuşdur. X8 xx.xx.2021-ci ildə vəfat etmişdir. X8 xx.xx.2021-ci ildə həyat yoldaşı Ərizəçi Xaçmaz rayonu, Çarxı kəndində yerləşən həyatyanı torpaq sahəsi və fərdi yaşayış evini vəsiyyət etmişdir. xx.xx.2021-ci il tarixli vəsiyyətnamənin notariat ofisi və notariat arxivində aşkar edilmədiyini əsas gətirən ünvan 1 ünvanlandığı xx.xx.2025-ci il tarixli, X-651 saylı məktubunda vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verməklə məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, yoldaşının ona verdiyi torpaqlarını tələb edir, adına keçirilməsini istəyir. Birinci nikahından olan övladları orada yaşamağa imkan vermirlər. Hazırda orada mərhumun birinci nikahından olan Ağakərim adlı oğlu yaşayır. Rusiyadan gələndən sonra Ağakərim ona mane olur. Torpaq yoldaşının adınadır, vəsiyyətlə ona verib. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi Xaçmaz rayon Çarxı bələdiyyəsinin sədri X9 izahatında bildirmişdir ki, o, mərhum Ağadayı Əliyevin oğlunu tanıyır. Lakin evin kimin adına olması və vəsiyyətnamənin verilməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə maraqlı şəxs Xaçmaz rayon 1 saylı notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi ərizəsi üzrə mülki işin icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiqlənmiş xx.xx.2021-ci il tarixli 02 saylı vəsiyyətnamənin surətindən müəyyən olunur ki, X8 ona aid Çarxı kəndində yerləşən həyatyanı torpaq sahəsi və fərdi yaşayış evini Ərizəçi vəsiyyət etmişdir. Həmin vəsiyyətnamənin bir nüsxəsi dərhal dövlət notariat arxivinə və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariusa verilməli olduğu halda bu tələbə əməl olunmamışdır. Sözügedən vəsiyyətnamə dövlət notariat arxivində və ya vəsiyyətçinin daimi yaşayış yerindəki notariat ofisində aşkarlanmamışdır. Bu səbəbdən həmin vəsiyyətnamə üzrə vərəsəliyin müəyyən olunması, vərəsəlik üzrə pay bölgüsünün aparılmasından Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən imtina olunmuşdur. Hazırki tələb vəsiyyətnamənin rəsmiləşdirilməsi faktının müəyyən edilməsi ilə bağlıdır. Azərbaycan Respublikasının MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - Xaçmaz rayon İHB-nın Çarxı kəndi İƏD üzrə nümayəndəsinin xx.xx.2025-ci il tarixli, 92 saylı Arayışından müəyyən olunur ki, xx.xx.1966-cı il təvəllüdlü Ərizəçi Xaçmaz rayon Çarxı kəndində yaşayır. - nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 ilə Ərizəçi xx.xx.2008-ci ildə nikaha daxil olmuşlar. - xx.xx.2021-ci il tarixli vəsiyyətnamədən müəyyən olunur ki, X8 ölən günədək ona məxsus olan Xaçmaz rayon Çarxı kəndində yerləşən ona aid olan həyətyanı torpaq sahəsini və fərdi yaşayış evini arvadı Ərizəçi vəsiyyət etmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X8 xx.xx.2021-ci ildə vəfat etmişdir. - Xaçmaz şəhər Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1989-cu il tarixli, 159 saylı qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxı kəndində yerləşən fərdi yaşayış evi X5 adına qeydə alınmışdır. - Torpağın Mülkiyyətə verilməsinə dair Şəhadətnamədən (JN-511A) müəyyən olunur ki, Xaçmaz rayonu, Çarxi kəndində X7 və onun ailə üzvlərinə 0.46 ha həyatyanı torpaq sahəsi verilmişdir. - ünvan 2 ünvanladığı xx.xx.2025-ci il tarixli, X-651 saylı məktubundan müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 02 nömrəli vəsiyyətnamə notariat ofisinin və notariat arxivinin arxiv sənədləri arasında aşkar edilməmişdir. - Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2025-ci il tarixli X-1028 nömrəli məktubunda X3 vəfatından sonra Quba regional Asan xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində vərəsəlik işinin açıldığı bildirilmişdir. - xx.xx.2025-ci il tarixli, 28523 nömrəli qəbzdən müəyyən olunur ki, ərizəçi tərəfindən məhkəməyə 100 (yüz) manat məbləğində pul dövlət rüsumu kimi ödənilmişdir. Göründüyü kimi, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən təsdiq olunmuş vəsiyyətnamə mövcuddur və bir nüsxəsi ərizəçidədir. Belə olduğu halda həmin vəsiyyətnamənin rəsmiləşdirilməsinin hüquqi fakt kimi müəyyən edilməsi mümkün deyildir. Ərizəçinin müəyyən edilməsini xahiş etdiyi hüquqi faktın məhkəmə qaydasında müəyyən edilməsi nəzərdə tutulmamışdır. Ona görə də, hazırki tələbə xüsusi icraat qaydasında məhkəmədə baxıla bilməz. Bundan əlavə, hazırki tələb üzrə mübahisənin olması əsası ilə məhz xüsusi icraat qaydasında baxılması da yolverilməzdir. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliklə müəyyən edilmiş qaydada hazırki halda ərizəçinin tələbinə məhkəmə qaydasında baxılmalı olmadığı üçün mülki iş üzrə icraata xitam verilməlidir. Vərəsəlik işinin Quba regional Asan xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisində açıldığı nəzərə alınaraq, ərizəçiyə həmin notariat ofisinə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 267, 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Çarxı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən xx.xx.2021-ci il tarixində onun adına vəsiyyətnamənin rəsmiləşdirilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işin icraatına xitam verilsin. Ərizəçiyə izah olunsun ki, vərəsəlik işinin açıldığı Quba regional Asan xidmət mərkəzində fəaliyyət göstərən notariat ofisinə müraciət etmək hüququ vardır. Həmçinin izah olunsun ki, Azərbaycan Respublikasının MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2025-ci il tarixli, 28523 nömrəli qəbz üzrə dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pul X6 idarəsi tərəfindən ərizəçiyə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar