Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2039/2023 24.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçı Cavabdeh Bahəddin oğluna qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh Bahəddin oğluna qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bahəddin oğlundan məhrum babasından miras qalmış və cavabdeh tərəfindən rəsmən ələ keçirilmiş Şabran rayon, Zağlı kəndində yerləşən 0.04 ha torpaq sahəsi və onların tərəflərindən üzərində inşa edilmiş daşınmaz əmlakın dəyəri olan 57000 manat məbləğində pul vəsatinin və dövlət rüsumu qismində ödənilmiş 261 manat pul vəsaitinin tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahuiş etmişdir. İş üzrə tərəflərə məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məhkəmə bildirşləri göndərilsə də, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər və gəlməmələrinin sabəbi barədə məhkəməyə məlumat verməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizənin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin qaytarılması barədə vəsatəti təmin olunmalı və ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1.-261.0.3 və 261.0.6.-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti əsasında ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Vəsatət təmin edilsin. İddiaçı Cavabdeh Bahəddin oğluna qarşı pul tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2039/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2039/2023
24.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver