Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2057/2020 11.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh “xxxxxxxxx” MMC-nin nümayəndəsi Demir Ömər Farukun iştirakı ilə İddiaçı “xxxxxxxxx” MMC-nə qarşı işdən çıxarılmasına dair müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı “xxxxxxxxx” MMC-nə qarşı işdən çıxarılmasına dair müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı ərizə ilə müraciət edərək hazırkı iddia tələbindən imtina etdiyini və onun iddia tələbindən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiadan imtina etməsi üçün “xxxxxxxxx” MMC-dən 500 manat məbləğində pul almışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, iddiaçının iddiadan imtinası qanuna zidd deyil, tərəflərin hüquq və mənafeyini pozmur. Bununla əlaqədar iddiaçının iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraatına xitam veriməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. İddiaçı “xxxxxxxxx” MMC-nə qarşı işdən çıxarılmasına dair müavinətin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2057/2020
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2057/2020
11.11.2020 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver