Məhkəmə qərarları › İş №2(067)-2057/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2057/2021

16.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2057/2021 16.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı cavabdeh X1 qarşı işə bərpa və sair tələbinə dair iddia ərizəsinə baxaraq, m ü ə y y ə n e t d i m : İddiaçı cavabdeh X1 qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və sair tələbinə dair iddia iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Aşağıdakılara əsasən hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və regional ədliyyə şöbələri inzibati orqanlara aid edilmişlər. İddia ərizəsinin mahiyyətindən müəyyən olunur ki, iddia tələbi inzibati orqana qarşı yönəlmişdir və iddiaçı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini tələb edir. Bundan əlavə iş materiallarından müəyyən olunur ki, iddiaçə dövlət qulluqçusu olmuşdur. Azərbaycan Respublikası Mülki Posesual Məcəlləsinin 153.2. və 153.2.1-ci maddələrinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə əsasən, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 12-ci bəndində qeyd olunmuşdur ki, inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Həmçinin həmin qərardadda qeyd edilmişdir ki, ümumi və ya inzibati-iqtisadi məhkəməyə mülki məhkəmə icraatı qaydasında verilmiş iddia ərizsindəki tələblərdən birinə mülki məhkəmə icraatı qaydasında, digərinə isə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduqda, MPM-nin 153.2 153.21.-ci maddələrinə əsasən, ərizəyə həmin (inzibati tələbə aid) hissədə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin inzibati tələbə aid hissəsinin qəbulundan imtina olunmalı, həmin tələb üzrə ərizə məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə inzibati tələbə aid hissədə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müaciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçı izah olunur ki, iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m İddiaçı cavabdeh X1 qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqı və vurulmuş maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçıya iddia ərizəsi ilə Sumqayıt İnzibati məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar