Məhkəmə qərarları › İş №2(067)-2063/2020

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2063/2020

06.11.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2063/2020 06.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclas katibi X4, iddiaçı «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının nümayəndəsi X2 və Cavabdeh4 iştirakları ilə, iddiaçı “xxxx” MMC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evin boşaldılması tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı “xxxx” MMC BOKT cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyət hüququ ilə «xxxx» MMC-yə məxsus fərdi yaşayış evindən çıxarılaraq, həmin evin boşaldılması barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. İddiaçı «xxxx» MMC iddiasını onunla əsaslandırmışdır ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-493/2014 saylı qətnaməsinə əsasən X1 23525,74 manat əsas, 2043,17 manat faiz borcu və 179,66 manat cərimə, cəmi 25748,57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilib. Qeyd olunan daşınmaz əmlak «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının mülkiyyətinə keçib, lakin cavabdehilərin istifadəsindədir. Ona görə də hazırkı iddia qaldırılmışdır. Məhkəmə iclasında iddiaçı «xxxx» MMC-nin nümayəndəsi Cavabdeh1 iddiaını müdafiə edərək, iddia ərizəsində göstirələnlərə uyğun izahat vermiş, əlavə olaraq cavabdehlərin banka dəvət olunaraq onlara borcun hissə-hissə ödəmələrinin təklif olunmadığını, cavabdehlərə onlarla kirayə müqaviləsi bağlamaq təklif olunmadığını, iddia tələbi ilə bağlı məhkəməyə təqdim edəcəyi əlavə sübutlarının olmadığını bildirərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icasında dindirilən iş üzrə Cavabdeh4 maddi vəziyyətlərinin ağır olması ilə əlaqədar kredit borcunu vaxtında ödəyə bilmədiklərini, dəfələrlə iddiaçıya borcu hissəhissə ödəməyi təklif etdiyini, lakin razılıq verilmədiyini, buna görə də borcun yığılıb qaldığını, yaşamağa başqa yerlərinin olmadığını və bu səbəbdən də ipoteka predmeti olan evdən çıxarılmalarına razı olmadığını, həmçinin, iddiaçı tərəfindən onlara kirayə müqaviləsi bağlamaq təklif olunmadığını bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. İş üzrə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər məhkəmə bildirişlərini alsalar da, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, Cavabdeh1 vəfat etməsinə dair məhkəməyə məlumat daxil olmuşdur. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxx 2020-ci il tarixli, 2(067)-2063/2020 saylı qərardadı ilə Cavabdeh1 münasibətdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını hərtərəfli tədqiq edib, belə nəticəyə gəlir ki, iddia tələbi əsasız olduğundan cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(031)-493/2014 saylı qətnaməsinə əsasən X1 23525,74 manat əsas, 2043,17 manat faiz borcu və 179,66 manat cərimə, cəmi 25748,57 manat və ödənilmiş 30 manat dövlət rüsumunun «xxxx» MMC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması və tutmanın öhdəlik üzrə ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərrac yolu ilə satılması və satışdan əldə olunan vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli RX seriyalı, ******* saylı çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonunun Canaxır kəndində 0,10 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 3 otaqlı, 55,10 kv.metr yaşayış, 25,7 kv.metr köməkçi sahədən ibarət fərdi yaşayış evi hazırda “xxxx” MMC-nin mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı «xxxx» MMC iddia tələbi ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara qiymət verərək, hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, mülkiyyətindən məhrum edilə bilməz. X6 Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnpot İsveçə qarşı işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu şərti və qeyri-sabit xarakterli edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. və 158.1.2-ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İpoteka haqqında qanunun 59.1, 59.2, 59.3 və 59.4-cü maddələrinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd edilən normalarının məzmunundan göründüyü kimi ipoteka ilə yüklü edilmiş mənzil satıldıqda mənzilin yeni mülkiyyətçisinin mənzilin keçmiş mülkiyyətçisi ilə həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlamalı olduğu imperativ qaydada göstərilmişdir. Yalnız qeyd edilən prosedurlara əməl edildikdən sonra ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri İpoteka haqqında Qanunun 59.3-cü maddəsində göstərilən normalara müvafiq qaydada mənzili tərk etməlidirlər. Lakin, iş materiallarından və işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından iddiaçı Bank tərəfindən mənzilin keçmiş mülkiyyətçisinə bu barədə rəsmi təklifin göndərilmədiyi və İpoteka haqqında qanunun 59.2-ci maddəsinin tələblərinin pozulduğu müəyyən edilmişdir. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 münasibətdə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 233, 357, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı “xxxx” MMC BOKT-nın cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı evin boşaldılması tələbinə dair iddiası cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 münasibətdə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar