Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2065/2023 20.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, Ərizəçi ölüm səbəbinin dəyişdirilməsi tələbinə dair ərizəsinə baxaraq, müəyyən etdim: Ərizəçi Maraqlı şəxs maraqlı tərəf qismində cəlb etməklə ölüm səbəbinin dəyişdirilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsində qeyd etmişdir ki, oğlu Aydəmirov Mir-Əli İsmayıl oğlunun ölüm səbəbinin dəyişdirilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin bununla bağlı ona rəsmi imtina məktubu verilmiş və məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Hazırki ərizə ilə övladının ölüm səbəbinin dəyişdirilib yeni ölüm haqqında şəhadətnamənin verilməsinin Xaçmaz rayon Qeydyyat Şöbəsinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni araşdıraraq hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, ərizənin mahiyyətindən görünür ki, ərizəçinin tələbi dövlət orqanın üzərinə öhdəliyin qoyulması ilə bağlıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) İnzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım Ərizəçi ölüm səbəbinin dəyişdirilməsi tələbinə dair ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №2(067)-2065/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2065/2023
20.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver