Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2075/2021 23.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı nikahın etibarsız sayılması tələbinə dair mülki işə 23 sentyabr 2021-ci il tarixdə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi İddiaçı məhkəmədə iddia qaldıraraq onunla cavabdeh arasında 12.06.2020-ci il tarixdə qeydə alınmış nikahlarının etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, cavabdehlə 2020-ci ilin yanvar ayında cavabdehlə qohumlarının tanışı Aytəkin adlı xanım vasitəsilə tanış olmuşdur. Aytəkin Azadın onunla ailə qurmaq istədiyini bildirdiyindən el adəti ilə cavabdehin valideynləri onlara elçi gəlmişdir. O cavabdehlə ailə qurmaq istəməsə də valideynlərinin təkidi ilə 08 mart 2020-ci ildə Cavabdehla nişan mərasimləri olmuşdur. Aralarında olan münasibətlər ürəyincə olmadığından cavabdehlə görüşməmişdir. Hər ikisinin valideynləri tərəfindən toy mərasiminə hazırlıqlar getmişdir. Valideynlərinin təkidi ilə nikahlarını rəsmiləşdirmək üçün 4 saylı Bakı Asan Xidmətinə ərizə ilə müraciət etmişlər. Valideynlərindən nikaha girməməsinə imkan verməmələrini xahiş etsə də, məcburiyyət qarşısında qalaraq 12.06.2020-ci il tarixdə nikahları rəsmiləşdirilmişdir. Nikahları rəsmiləşdirilsə də, cavabdehlə ər-arvad olaraq birgə yaşamamışlar. Onun cavabdehə qarşı heç bir hisləri olmadığından, həmçinin toy mərasimlərinin keçirilməsinə icazə verilmədiyindən, eləcə də onunla ailə qurmaq istəmədiyindən bir çox bəhanə ilə vaxtı uzatmışdır. Sonradan ona məlum olmuşdur ki, cavabdehin də onunla ailə qurmaq istəyi olmamış və onunla nikaha valideynlərinin təkidi ilə daxil olmuşdur. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh iddianı qəbul edərək təmin olunmasına etiraz etməmişdir. Əlavə olaraq bildirmişdir ki, iddiaçı ilə heç vaxt birgə yaşamamışlar, el adəti ilə toyları olmayıb. Rəsmi nikahları formal xarakter daşıyır. İddiaçıdan hər hansı bir əmlak tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, iddiaçının bibisidir. Tərəflər valideynlərinin təkidi ilə nikah qeydi bağlamışlar. İş materiallarında olan nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, tərəflər arasında nikah 12.06.2020-ci ildə qeydə alınmışdır. Nikahdan sonra qadın Məmmədova soyadını qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1.-ci maddəsinə əsasən bu məcəllənin 10-12-ci maddələrində və 13.3.-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 26.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdirlər: 26.1.1. nikah yaşına çatmayan şəxslə və nikah yaşına çatana qədər nikaha daxil olmaq üçün bu Məcəllənin 10.2-ci maddəsində nəzərdə tutulmuş icazə olmadıqda nikah bağlanarsa — yetkinlik yaşına çatmayan ər (arvad), onun valideynləri (onları əvəz edən şəxslər) və ya müvafiq icra hakimiyyəti orqanı; 26.1.2. nikah bu Məcəllənin 26.1.1-ci maddəsində nəzərdə tutulduğu eyni hallarda bağlanarsa və nikahda olan ər (arvad) yetkinlik yaşına çatarsa — yalnız həmin 18 yaşlı ər (arvad); 26.1.3. nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahıın etibarsız sayılmasını tələb etmək hüququ vardır. 26.1.4. nikahın bağlanmasına mane olan hallar barədə məlumatı olmayan ər (arvad), məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) isə qəyyumu; 26.1.5. pozulmamış əvvəlki nikah üzrə ər (arvad); 26.1.6. bu Məcəllənin 26.1.4-cü — 26.1.5-ci maddələrində göstərilmiş şəxslər istisna olmaqla, bu Məcəllənin 12-ci maddəsinin tələbləri pozulmaqla bağlanmış nikah nəticəsində hüquqları pozulmuş digər şəxslər, eləcə də müvafiq icra hakimiyyəti orqanı; 26.1.7. saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad); 26.1.8. bu Məcəllənin 13.7-ci maddəsində göstərilən hallar olduqda, hüquqları pozulmuş ər (arvad). Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi İddia təmin edilsin. Məmmədova (Həsənova) Raziyyə Samir qızı ilə Cavabdeh arasında 12.06.2020-ci ildə bağlanmış nikah etibarsız hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-2075/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2075/2021
23.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver