Məhkəmə qərarları › İş №2(067)-2082/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2082/2022

11.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2082/2022 11.10.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X2, Cavabdeh, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X7, X8 və X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı ərizə ilə Xaçmaz rayon məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci ildə vəfat etmiş X4 miras qalmış DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, RX seriyalı xx.xx.2021-ci il tarixli Çıxarışda göstərilmiş 0.0325 ha torpaq sahəsinin mirasın birinci dərəcə vərəsə kimi qanun üzrə mirasın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhərində vəfat etmişdir. Onun vəfatından sonra, ondan Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 0.0325 ha torpaq sahəsi miras qalmışdır. X3 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Həmin torpaq sahəsinə X1na mülkiyyət hüququna dair DƏDRX-nm 5 saylı Ərazi İdarəsi tərəfindən 27 yanvar 2010-cu il tarixli RX Seriyalı, qeydiyyat nömrəsi ********** olan hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Torpaq sahəsi üzərində tikili vardır. X1 onunla birlikdə yaşadığ üçün həmin torpaq sahəsinə uzun müddət o, istifadə etmişdir. Anasının ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik almaq üçün Xaçmaz rayonu 1 saylı Notariat Ofisinə müraciət etsə də Azərbaycan Respublikası MM-nin 1246-cı madəsinin tələbləri (mirasın qəbulu müddəti) tərəfindən pozulduğu, müddətin bərpası və vərəsəlik işi mübahisə xarakterli olduğu üçün məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. DƏDRX-nin 5 saylı Ərazi İdarəsindən bildirilmişdir ki, qeyd olunan torpaq sahəsinə onun vərəsəlik hüququ tanınacağı halda mülkiyyət sənədləri verilə bilər. Qeyd edir ki, qardaşları X17,X18 və X19 mirasın onun tərəfində qəbul ediməsi və analarından miras qalmış əmlakın onun adına keçirilməsinə etirazları yoxdur. Digər qardaşı Cavabdeh mirasın onun tərəfindən qəbul edilməsinə qarşı narazılığı olduğundan Mediasiyaya müraciət etsədə o razılaşmamışdır. Beləliklə, X1nın 09 iyul 2021-ci ildə vəfat etməsindən sonra ona məxsus olmuş Xaçmaz rayon,Köhnə Xaçmaz kəndində yerləşən 0.0325 ha torpaq sahəsindəki payı miras qalmışdır. Digər üç qardaşının razılığı olduğundan o, birinci dərəcəli vərəsə olaraq miras qalmış əmlakı faktiki idarə etməklə qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, bildirmişdir ki, o, 2019-cu ildə Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0,0325 ha torpaq sahəsi almış, lakin torpağı xx.xx.2019-cu ildə anası Sima Əhmədovanın adına rəsmiləşdirmişdir. Anası xx.xx.2021-ci ildə vəfat edib. X29 isə bundan əvvəl, yəni xx.xx.2013-cü ildə vəfat edib. Anası sağlığında onunla yaşamış və torpaq sahəsinə də o, baxmışdır. Ona görə də torpaq sahəsini miras kimi qəbul etmək üçün Xaçmaz rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin müddəti ötürdüyünə görə müraciəti müsbət həll olunmayıb. X15, Elçin Əhmədov və Vüqar Əhmədov mirasın onun adına rəsmiləşdirilməsinə razıdırlar, yalnız cavabdeh olan qardaşı Cavabdeh buna etiraz edir. O, qardaşları Cavabdeh, X17, X18 və X6 başqa atası ilə anasının övladları olmayıb. Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsini atasının ölümündən sonra almışdır. Həmin torpaq sahəsini satın aldığı vaxt orada yarımçıq tikili artıq mövcud idi. O, həmin ərazini öz vəsaitilə hasara aldırmış, torpaq sahəsinə darvaza qoydurmuş və sahədə bir neçə ağac əkmişdir. Halhazırda darvazanın açarı tək özündədir, vaxtaşırı gedib torpağa nəzarət edir və ağacları sulayır. O, X21 nəzdində olan Xaçmaz şəhəri, N.Nərimanov küçəsi ev 68A ünvanda qeydiyyatdadır, mərhum anası isə sağlığında ünvan 2anda qeydiyyatda olsa da, 13 il onunla qalıb və onun yanında qaldığı müddətdə də vəfat edib. Anasının evi, vəfat edəndən sonra onun və qardaşlarının razılığı ilə qardaşı Vüqarın adına keçirilib. Anasının ölümündən sonra mirası o və qardaşı Vüqar idarə edir. O, iddia ərizəsini müdafiə edib təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X11 iddia ərizəsini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia ərizəsini qəbul etməyərək bildirmişdir ki, o əvvəllər özü üçün aldığı evi qardaşı Elçin Əhmədova inanıb Elçinin adına rəsmiləşdirmiş, lakin sonradan həmin qardaşı ilə bacısı Əsli həmin torpaq sahəsini satıblar və bacısı Əsli öz adına ev, qardaşı Elçin isə avtomaşın alıblar. Onun 2 evi, avtomaşını var, mirasda gözü yoxdur, amma bacısı ilə aralarında mübahisə var. O, əvvəllər aldığı 5 sot torpağı 8000 manata almışdır. Bacısı və qardaşı torpağı satdıqlarına görə hazırda onlarla ədavəti var, torpağa xərclədiyi pulu yəni 8000 manatı ona versələr, o, mirasdan əl çəkər. Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində 0,0325 ha torpaq sahəsini anası alıb və həmin torpaq sahəsini anası sağlığında öz hesabına hasara aldırıb. Anasından qalan mirası anasının vəfatından sonra heç kəs idarə etmir, lakin mübahisəli torpağın darvazasının açarı bacısı Əslidədir. O özü torpağa gedib-gəlmir və heç cür nəzarət etmir. Anası ünvan 2anda qeydiyyatda olsa da, bacısı Əslinin mənzilində qalıb. Həmin anasının qeydiyyatda olduğu və ona məxsus olan ünvan 2andakı mənzili onun vəfatından sonra hamısının razılığı ilə qardaşı Vüqarın adına rəsmiləşdirilib. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X17 iddia ərizəsini qəbul edərək, izahatında bildirmişdir ki, valideynlərinin böyük oğlu odur. Anası sağlığında onun bacısı Əsli ilə birlikdə yaşayıb. O da, hər il həm anasına, həm də bacı və qardaşlarına gedib baş çəkmişdir. O, Xaçmaz şəhərində N.Nərimanov küçəsindəki evini satıb Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndinə köçmüş və hazırda orada yaşayır. O, bacı-qardaşlarının şəxsi işlərinə heç vaxt qarışmamış, torpaq sahəsi barədə də heç bir məlumatı yoxdur. Lakin, anasından miras qalmış əmlakda hansısa payı varsa belə bacısı Əslinin xeyrinə payından imtina etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X18 iddia ərizəsini qəbul edərək izahatında bildirmişdir ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsini görmüşdür. Bacısı həmin torpaq sahəsini öz vəsaiti ilə alıb. Torpaq sahəsində yarımtikili var idi, sonradan bacısı oranı öz vəsaiti ilə hasara aldırıb və darvaza qoydurub. Torpaq sahəsindəki darvazanın açarı da həmişə bacısında olub. Bacısı torpaq sahəsinə özü nəzarət edir. Arabir o da, bacısı ilə həmin torpaq sahəsinə gedib baş çəkmişdir. Anasının vəfatından sonra həmin torpaq sahəsini bacısı Əsli idarə edir. Bacısı torpaq sahəsinə mütəmadi olaraq gedib baxır, orada qələmlər əkib, hər dəfə gedib onları özü sulayır. Lakin, anasından miras qalmış əmlakda hansısa payı varsa belə bacısı Əslinin xeyrinə payından imtina etmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs X19 iddia ərizəsini qəbul edərək, izahatında bildirmişdir ki, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsini görmüşdür. Bacısı həmin torpaq sahəsini öz vəsaiti ilə alıb. Torpaq sahəsində yarımtikili var idi, sonradan bacısı oranı öz vəsaiti ilə hasara aldırıb və darvaza qoydurub. Torpaq sahəsindəki darvazanın açarı da həmişə bacısında olub. Arabir o, də bacısı ilə həmin torpaq sahəsinə gedib baş çəkmişdir. Anasının vəfatından sonra həmin torpaq sahəsini bacısı Əsli idarə edir. Bacısı torpaq sahəsinə mütəmadi olaraq gedib baxır, orada qələmlər əkib, hər dəfə gedib onları özü sulayır. Lakin, anasından miras qalmış əmlakda hansısa payı varsa belə bacısı Əslinin xeyrinə payından imtina etmişdir. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Xaçmaz rayon 1 saylı Notariat Ofisinə məhkəmə iclası barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli 541 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2021-ci ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2021-ci il tarixli 541№li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi ürək çatmamazlığı olmuşdur. İş materiallarında olan Xaçmaz rayon qeydiyyat şöbəsindən verilmiş xx.xx.2013-cü il tarixli 93 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2013-cü ildə ölmüşdür. Ölüm haqqında xx.xx.2013-cü il tarixli 93№li akt qeydi tərtib olunmuşdur. Ölümün səbəbi beynə qan sızması olmuşdur. İş materiallarında olan Quba rayonu Növdün kənd sevetliyi tərəfindən verilmiş xx.xx.1971ci il tarixli 9 saylı sənəddən görünür ki, X16 və X14 barəsində nikah haqqında xx.xx.1971ci il tarixdə 9№li akt qeydi tərtib olunmuşdur. Nikahdan sonra ərə Əhmədov arvada Əhmədova soyadı verilmişdir. İş materiallarında olan xx.xx.1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1981-ci ildə Xaçmaz şəhərində anadan olmuşdur. X3, X1dır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, DƏDRX-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində 0.0325 ha torpaq sahəsi mülkiyyət hüququ ilə X10 məxsusdur. İş materiallarında olan Xaçmaz rayonu, İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 74 saylı arayışından müəyyən olunur ki, mərhum X5 vəfatından sonra onun evini və təsərrüfatını oğlu X19 və qızı İddiaçı idarə edir. İş materiallarında olan Xaçmaz rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli 900 nömrəli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, X5 ölümündən sonra miras qalmış əmlaka dair vərəsəlik işi ilə bağlı mirasın qəbulu müddəti pozulmuşdur. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X17, X18 və X19 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş, anaları X4 miras qalmış, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 0.0325 ha torpaq sahəsini bacıları İddiaçı adına keçirilməsinə etirazları yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli, ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı 200 manat mediasiya xərci ödəmişdir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Konsitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın 147-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Konstitusiyası birbaşa hüquqi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2.-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə bunu nəzərə alaraq, hesab edir ki, miras qoyan şəxs 2021-ci ildə vəfat etdiyindən, ondan miras qalmış əmlakla bağlı mülki münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin və Mülki Prosessual Məcəlləsinin müddəaları şamil olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Məhkəmə miras əmlakın kimin tərəfindən qəbul edilməsini araşdırarkən aşağıdakılara diqqət yetirmişdir. Mülki Məcəllənin 1243.2-ci maddəsinə uyğun olaraq vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə görə vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-nin 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə mərhum nənəsindən və xalasından miras qalmış miras əmlakı qəbul etməsini sübutetmə yükü ərizəçinin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Əgər bu iradəvi hərəkət olmasa, vərəsə miras əmlakı əldə etmir. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyri-formal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Məhkəmə hesab edir ki, miras qalmış evin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmaması, həmin əmlaka münasibətdə iddiaçı tərəfindən mirasın qəbul edilməməsi və mülkiyyət hüququnun tanınmaması üçün əsas ola bilməz. Məhkəmə bu qənaətə gələrkən aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikasının «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına qoşulması milli məhkəmələr tərəfindən İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Konvensiyanın 46-cı maddəsi İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəyə malik olmasını təsbit edirsə, Konvensiyanın 32-ci maddəsi onların presedent əhəmiyyətinə malik olmasına zəmin yaradır. Həmin maddəyə müvafiq olaraq Avropa Məhkəməsinin Konvensiyanın hər hansı maddəsi ilə bağlı verdiyi şərh həmin maddənin tərkib hissəsinə çevrilir və ona görə də məcburi hüquqi qüvvə kəsb edir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Azərbaycan Respublikası Konstitusiyasının 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendum ilə qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. Avropa Məhkəməsinin presedentini Konvensiya müddəalarının şərhi kimi qəbul etsək, göstərilən şərhlərə Konvensiyanın tərkib hissəsi kimi baxılmalıdır. Belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Respublikasında bütün məhkəmələr Konstitusiyasının 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarını Konvensiyanın mətni ilə yanaşı, həmçinin Avropa Məhkəməsinin qərarlarında ona verilən şərhə uyğun tətbiq etməlidir. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi özünün “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Beləliklə də, mülki məhkəmə icraatı zamanı həm iş materiallarında olan sənədlərlə, həm də iddiaçı, cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin izahatları ilə müəyyən olunmuşdur ki, mərhum X4 miras qalmış mübahisəli torpaq sahəsi hal-hazırda İddiaçı tərəfindən idarə edilir. Məhkəmə iclasında proses iştirakçıları, o cümlədən cavabdehin özü tərəfindən təsdiq olunmuşdur ki, mübahisəli torpaq sahəsinin darvazasının açarı İddiaçıdır, cavabdeh özü həmin torpaq sahəsinə gedib-gəlmir, sadəcə olaraq bacısı və qardaşı ilə ədavət apardığından mirasın qəbul edilməsinə razılıq vermir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, miras əmlakın iddiaı İddiaçı tərəfindən faktki qəbul edilməsi tam sübuta yetirilir. Məhkəmə bütün yuxarıda göstərilən sübutları tədqiq edərək hesab edir ki, X4 miras qalmış Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. X4 miras qalmış Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsi İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Bu qətnamə X4 miras qalmış Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 0,0325 ha torpaq sahəsi İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla ona müvafiq mülkiyyət və texniki sənədlərin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul dildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar