Məhkəmə qərarları › İş №2(067)-2089/2021

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2089/2021

07.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2089/2021 07.10.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı qızının Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz zəbt edilmiş torpaq sahəsinin mülkiyyətçiyə qaytarılması tələbinə dair iddia ərizəsinə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən, mülkiyyətimdə olan, Xaçmaz rayonu , Günəşlli qəsəbəsində yerləşən **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa uyqun 0,02 ha torpaq sahəsindən zəbt edilmiş , 40 kv.metr sahədə tikdiyi hini sökərək torpaq sahəsinin ona qaytarılması və 30 manat dövlət rüsumunun cavadehlərdən tutularaq ona ödənilməsi barədə qətnam və mülkiyyətində olan torpaq sahəsinin bir hissəsini özbaşına hasarlamaqla zəbt etdiyinə görə cavabdehlər X2 və Cavabdeh2 barəsində tədbir görülməsi üçün barələrində xüsusi qərardad çıxarmaqla prokurorluğa göndərilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Abşeron rauonu , Masazır qəsəbəsi, Qurtuluş küçəsi, ev 46 m .20 kirayədə yamayır . 23 noyabr 2019 - cu il tarixdə Xaçmaz rayonu Günəşli qəsəbəsi ərazisində X7 verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən tam onun mülkiyyətində olan 0,02 ha torpaq sahəsini AN-1 № ******* Daşınmaz Əmlakın alqı - satğı müqaviləsi əsasında almışdır. Nabran Bələdiyyəsinin sədri Q.M. Qədimov tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə göndərilmiş 215 saylı 09.11.2005-ci il tarixli rəsmi müraciətdən görünür ki, Azərbaycan Respublikası Prezdentinin 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təstiq edilmiş “Torpaqların alqı-satqı qaydalarına və Respublika Nazirlər Kabinetinin 23 iyul 1998-ci il tarixli qərarına müvafiq olaraq Nabran Bələdiyyəsinin 17 may 2005-ci il tarixli 09 nömrəli qərarı ilə Dəvəçi şəhər sakini X7 alqı-satqı qaydasında Nabran Bələdiyyəsinin ehtiyyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən fərdi mənzil tikintisi məqsədilə 0,02 hektar torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsində “Torpaqın alqı-satqısina dair” akt tərtib edilmişdir. X7 aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair müvafiq hüquqi sənəd hazırlanıb verilməsinə göstəriş verilməsi xahiş edilmişdir. DT vəXKnin Xaçmaz rayon şöbəsinin 391 saylı, 10.05.2005 - ci il tarixli rəyində göstərilir ki, Dəvəçi şəhər sakini X9 oqluna fərdi mənzil tikintisi məqsədi ilə satılması nəzərdə tutulan torpaq sahəsi 0,02 ha olmaqla Nabran Bələdiyyəsinin mülkiyyətinə aiddir və alqı- satqı predmetidir. Satılması nazərdə tutulan torpaq sahəsi Nabran Bələdiyyəsinin ehtiyyat fondunun Günəşli kəndinin kənddaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir.( Rəy iddia ərizəsinə əlavə edilir). Göstərilən sənədlər əsasında X8 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-dən öz adına 29 mart 2012-ci il tarixdə **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış almışdır. Yuxarıda qeyd edildiyi kimi, 23 noyabr 2019 - cu il tarixdə Xaçmaz rayonu Günəşli qəsəbəsi ünvanda X9 oqluna verilmiş **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən o, tam onun mülkiyyətində olan 0,02 ha torpaq sahəsini AN-1 № ******* Daşınmaz Əmlakın alqı- satğı müqaviləsi əsasında almışdır. Göstərilən alqı-satğı müqaviləsi əsasında onun adına (İddiaçı) Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsindən 13 dekabr 2019-ci il tarixdə **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarış və A№ 461996 saylı torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Hazırda həmin torpaq sahəsinə mülkiyyət hüququ qüvvədədir. Həmin vaxt daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 22.11.2019-cu il tarixli, qeydiyyat nömrəsi ********** olan arayışa əsasən müqavilə bağlananadək daşınmaz əmlak ipoteka ilə yüklü edilməmiş, həbs altında olmayıb və özgəninkiləşdirilməsinə qadağa qoyulmamışdır. Onun mükiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin evinin arasından yol keçir. X2 və Cavabdeh2 evinin hasarından 17 metr aralıda mülkiyyətində olan 0,02 hektar torpaq sahəsinin ümumən 40 kv.metr sahəsini qanunsuz zəbt edərək mişar daşi və dəmir torla baqlayıb, istirahətə gələnlərə satmaq üçün, çoxlu sayda hindtoyuğu və digər ev quşları saxlayırlar. O, dəfələrlə Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən çıxmaqı tələb etsə də o, müxtəlif bəhanələrlə yayınırdı. Növbəti dəfə o, Cavabdeh2 mülkiyyətində olan torpaq sahəsindən çıxmaqı tələb edəndə o, ona bildirdi ki, o, burada yüksək vəzifələrdə işləmiş şəxslərin villalarının təmizliyinə baxır güya onlar ona deyiblər ki, biz tapşırmışıq. X1 qəsəbəsində 04.06.2004-cü il tarixdə Nabran Bələdiyyəsinin qərarı ilə 0,12 ha torpaq sahəsi almışdır. Cavabdeh2 son illərdə dediyinə görə həyətyanı sahəsini özbaşına iki dəfə artırıb, evinin həyətyanı sahəsinin hasarını 1 (bir) metr qabağa çəkərək yolu zəbt etmişdir. Cavabdeh2 özbaşınalığı və kobuq qanun pozuntuları bu gün də davam edir. X2 və Cavabdeh2 evinin həyətyanı sahəsinin məyyən edilməsi üçün ekspertiza keçirilsin, zəbt edilmiş torpaq sahəsinə görə barələrində qanuna müvafir təbirlər görülsün. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir, mübahisəli torpaq sahəsi həqiqətən də İddiaçı xüsusi mülkiyyətindədir. Lakin, həmin sahə, yəni 40 kv.m torpaq sahəsi uzun illərdir ki, onların faktiki istifadəsindədir və bələdiyyə tərəfindən onlara söz verilmişdir ki, qeyd olunan sahə onların adına rəsmiləşdiriləcək. Hal-hazırda mübahisəli torpaq sahəsi ilə onun heç bir sənədəi yoxdur. İddiaçının isə bu torpaq sahəsinə aldığı çıxarışla razı deyil, həmin çıxarışı məhkəmədə mübahisələndirəcək. Ekspertizanın keçirilməsinə ehtiyacın olmadığını bildirmişdir İddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 digər Cavabdeh1 izahatına uyğun izahat vermişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Xaçmaz rayonu Günəşli qəsəbəsndə yerləşən 0.02 ha torpaq sahəsini9 İsayev Elnurdan almışdır. İş materiallarında olan DƏDRX-nin Çıxarışından görünür ki, İddiaçı mülkiyyətinə Xaçmaz rayonu Günəşli qəsəbəsndə yerləşən 0.02 ha torpaq sahəsi verilmişdir. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilməsinin Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi ilə qadağan olunması mülkiyyətə qoyulan əsas məhdudiyyətlərdən biri kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 242.2. İstifadəsinə torpaq sahəsi verilmiş şəxs bu sahəni yalnız onun mülkiyyətçisinin razılığı ilə icarəyə və ya əvəzsiz istifadəyə verə bilər. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər digər şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə halı olmasın. Həmin Məcəllənin 152.6-cı maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3.-cü maddəsinə əsasən cavabdeh iddianı etiraf etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə cavabdehlərin məhkəmə iclasında izahat verərkən, mübahisəli torpaq sahəsinə dair sənədlərinin olmamasını, həmin sahənin iddiaçının xüsusi mülkiyyətində olmasını və sahənin heç bir halda iddiaçıya təhvil verməyəcəklərini bildirməsini nəzərə alaraq hesab edir ki, cavabdehlər iddianı etiraf etmiş olmuşlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə nəzərə almışdır ki, MPM-nin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan, işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Xaçmaz rayonu, Günəşli qəsəbəsində yerləşən **********43 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı məxsus 0,02 ha torpaq sahəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən 40 kv.m sahədə tikilmiş hin sökülsün və həmin torpaq sahəsi (40 kv.m) İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, qalan 15 manatı isə cavabdehlərdən tutularaq iddiaçıya ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində qətnamədən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar