Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-209/2021 09.02.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun, İddiaçı və onun vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində xx xxxxxx 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh ona məxsus Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında yerləşən ona məxsus yaşayış evi vardır. Qeyd olunan evdə həyat yoldaşı və digər ailə üzvləri ilə birlikdə yaşayırlar. Cavabdeh onun evində paport qeydiyyatında olsa da uzun müddət, yəni 2008-ci ildə ailə qurduqdan sonra evindən köçərək ailəsi ilə birlikdə qayınanasına məxsus evdə yaşayır. Onunla heç bir əlaqələri yoxdur. Evə gəlib getmir, ona məxsus evdə hər hansı bir əmlakı yoxdur. Cavabdehin onun evində pasport qeydiyyatında qalması səbəbindən əmlakı üzərində mülkiyyət hüququnu reallaşdıra bilmir, yəni əmlakı üzərində öz istəyinə uyğun olaraq sərəncam hüququ pozulur. Bundan sonra Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında yerləşən valideynlərinə məxsus yaşayış evində onun və 5 nəfərlik ailəsinin yaşayış hüquqları tanınmaqla 5 nəfərlik ailəsinin həmin pevə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, həmişə valideynləri ilə birlikdə yaşamışdır. 2008-ci ildə ailə qurmuşdur. Həyat yoldaşının cehiz əmlakı yaşadığı evə gətirilmişdir. Birgə nikahlarından 3 uşaqları olmuşdur. Valideynləri ilə birlikdə yaşadıqları zaman aralarında heç bir narazılıq və hörmətsizlik olmamış, həmişə mehriban yaşamışlar. Bacısı boşanıb evə qayıdandan sonra onunla aralarında mübahisə yaranmışdır. Bu səbəbdən atası ona məsləhət görmüşdür ki, müvəqqəti kirayədə yaşasın, köməklik edib həyətdə yeni ev tikib həmin evə köçərsən. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını, qarşılıqlı iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, evinin 30 kv.metr yaşayış sahəsi var. Əri, qızı və qız nəvələri bu evdə yaşayırlar. Gəlini, oğlu və oğul nəvələri bu evə köçsələr yaşamaq mümkün olmayacaq. Oğlu isə evdən könüllü gedib və bir daha geri qayıtmayıb. Məhkəmə iclasında cavabdeh qarşılıqlı iddianı müdafiə edərək təmin olunmasını, ilk iddianı isə qəbul etməyərək təmin olunmamasını xahiş etmişdir, əlavə olaraq bildirmişdir ki, o ailə qurandan bir müddət sonra 2008-ci ilin sonlarında arvadı ilə birgə ev əşyalarını və paltarlarının bir qismini götürərək O.Mirzəyev küçəsi 52 saylı evdən çıxmışdır. Bundan sonra isə onun 3 övladı olub. 2008-2020-ci illər ərzində isə kirayələrdə və xalasının evində yaşayırlar. Məhkəmə tərəflərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş üzrə sübutları araşdıraraq hesab edir ki, ilk iddia tələbi təmin olunmalı, qarşılıqlı iddia tələbi isə təmin olunmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, cavabdeh oğludur. 2008-ci ildə oğlu ailə qurub və 2008-ci ilin sonlarında da evdən köçüb gedib. Hazırda oğlu Xudat şəhəri 6-cı şöbədə yaşayır. Oğlu Taleh 2008-ci ildə evdən könüllü gedib və sonra bu pevdə heç vaxt yaşamayıb. İş materiallarında olan 1-067B reyestr nömrəli, 4-1250 inventar nömrəli qeydiyyat vəsiqəsinin surətindən müəyyən olunur ki, Xudat şəhəri Kommunist küçəsi 52 saylı ünvanda yerləşən 2 otaqlı, ümumi sahəsi 46 kv.metr, yaşayış sahəsi 30 kv.metr olan yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Xaçmaz rayon 2 saylı notariat kontorunun xx xxxxxxxx 1989-cu il tarixli müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır. Göründüyü kimi, yaşayış evi hazırda iddiaçının xüsusi mülkiyyətindədir. İş materiallarından görünür ki, cavabdeh hazırda Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında pasport qeydiyyatındadırlar. Cavabdehin arvadı isə başqa ünvanda pasport qeydiyyatındadır. Üç övladı isə mübahisəli evdən köçəndən sonra doğulmuşlar. İşin yuxarıda sadalanan faktiki hallarından görünür ki, ilk iddia tələbi əsaslı, qarşılıqlı iddia isə əsassızdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin və əvvəlki Mənzil Məcəlləsinin tələblərinə əsasən də hesab edir ki, cavabdehin həmin evdə istifadə hüququ itirilmiş hesab edilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvlərinin (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüquqlarına malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqların həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsi aşağıdakı hallarda daha uzun müddət saxlanır: 1) müddətli həqiqi hərbi xidmətə çağırıldıqda—müddətli hərbi xidmət qurtarana qədər; habelə ehtiyatda olan zabitlər üç ilədək müddətə həqiqi hərbi xidmətə çağırıldıqda—həqiqi hərbi xidmət müddətində; praporşik, miçman və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçular kimi həqiqi hərbi xidmətdə olduqda—hərbi xidmətin birinci beş ili ərzində; 2) işin şəraitinə və xarakterinə görə (gəmi heyətləri, geoloji dəstələrin, axtarış dəstələrinin, ekspedisiyaların işçiləri və i. a.) xaricə ezamiyyətə göndərilməklə, yaxud təhsillə əlaqədar (tələbələr, aspirantlar və i. a.) daimi yaşayış yerindən müvəqqəti başqa yerə getdikdə—həmin işin görülməsinin və ya təhsilin bütün müddətində; 3) uşaqlar tərbiyə olunmaq üçün dövlət uşaq müəssisəsinə, qohumlarına və ya qəyyumlarına (himayəçilərinə) verildikdə—onların çıxdıqları yaşayış sahəsində ailənin digər üzvləri yaşamağa qalmışlarsa, uşaqların bu müəssisədə, qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanında qaldıqları bütün müddətdə. Uşaqların çıxdıqları yaşayış sahəsində onların ailə üzvləri yaşamağa qalmamışlarsa və həmin sahə başqa vətəndaşlara verilmişsə və ya başqa səbəblərə görə bu sahəyə köçürmə mümkün deyilsə, dövlət uşaq müəssisəsində olma müddəti qurtardıqdan sonra, habelə yetkinlik yaşına çatıb qohumlarının və ya qəyyumlarının (himayəçilərinin) yanından qayıtmış uşaqlar yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən mənzil sahəsi ilə təmin edilir (bu Məcəllənin 39-cu maddəsi); 4) qəyyum (himayəçi) vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar olaraq getdikdə—bu vəzifəni yerinə yetirdiyi bütün müddətdə; 5) müalicə üçün müalicə-profilaktika müəssisəsinə getdikdə— bu müəssisədə qaldığı bütün müddətdə; 6) müalicə-əmək profilaktoriyasına yerləşdirildikdə—orada olduğu bütün müddətdə; 7) həbs olunduqda—istintaqda və ya məhkəmədə olduğu bütün müddətdə; 8) cinayət üzrə dövlət tərəfindən müdafiə olunan şəxslərin təhlükəsizliyini təmin edən dövlət orqanlarının qərarına əsasən başqa yaşayış yerinə müvəqqəti köçürüldükdə – təhlükəsizlik tədbirlərinin qüvvədə olduğu müddətdə. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsini daha uzun müddətə saxlamanın digər şərtləri və halları SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyi ilə müəyyən olunur. Bu maddənin 1—7-ci və 8-ci bəndlərində göstərilən hallarda müvəqqəti başqa yerə getmiş şəxslərin yaşayış sahəsi müvafiq bənddə göstərilən müddətin qurtardığı gündən altı ay ərzində saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin oluna bilməz. İş materiallarından görünür ki, Cavabdeh 1984-cü ildə anadan olub və 2008-ci ilədək mübahisəli mənzildə yaşayıb. İş materiallarından görünür ki, tərəflər arasında hüquq münasibətləri 1984-cü ildən yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilk iddia tələbi təmin edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İlk iddia təmin edilsin. Cavabdeh Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında yerləşən yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin. Cavabdeh İddiaçı qarşı yaşayış sahəsindən istifadə hüququ tanınmaqla evə köçürülmə tələbinə dair qarşılıqlı iddiası təmin olunmasın. Qətnamə qanuni qüvvəyə mindikdən sonra “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən Cavabdeh Xudat şəhəri O.Mirzəyev küçəsi ev 52 ünvanında yerləşən yaşayış evindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar Sadıqov
Məhkəmə qərarları › İş №2(067)-209/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-209/2021
09.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver