Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2107/2021 20.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, İddiaçı vəkili X5 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və qeydiyyatdan çıxarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq Cavabdeh2 və Cavabdeh1 mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların həmin evdə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi, 7 nömrəli yaşayış evi tam mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin ev üzərində hüquqları DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən adına verilmiş 30.06.2021ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı ilə təsdiq olunur. Cavabdehlərdən Cavabdeh2 onun oğludur. O, 1970- ci il təvəllüdlü olmaqla, 1988-1990-cı illərdə X12 Rusiya Federasiyasında həqiqi hərbi xidmətdə olmuş, ordu sıralarından tərxis olunduqdan sonra Xaçmaz rayonuna qayıdaraq, təxminən 1-2 ay evində yaşamış, bundan sonra yenidən hərbi xidmətdə olduğu şəhərə Rusiyaya qayıtmışdır. 2007-ci ildə o, bir daha geri qayıtmış, öz sənədlərini (pasportu və s.) qaydasına salıb təzədən Rusiyaya getmişdir. O vaxtdan da oğlu Malik bir daha geri qayıtmamış və ümümiyyətlə onunla heç bir əlaqə saxlamamışdır. Lakin onun qeydiyyatı ona məxsus Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi, 7 nömrəli evədir. Digər Cavabdeh1 isə mərhum oğlu X3 həyat yoldaşı olmuşdur. Oğlu Saleh birinci arvadından boşandıqdan sonra Cavabdeh1 ilə ikinci dəfə ailə həyatı qurmuş, onların birgə nikahlarından uşaqları olmamışdır. Oğlu Saleh 02 may 2018-ci il tarixdə vəfat etmiş, onun ölümündən təxminən 2-3 həftə keçdikdən sonra Cavabdeh1 bütün özünə məxsus əmlaklarını yığışdırıb könüllü olaraq evindən köçüb getmişdir. Cavabdeh1 da rəsmi qeydiyyat ünvanı ona məxsus Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi, 7 nömrəli evədir. Ona görə də Cavabdeh2 və Cavabdeh1 mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların həmin evdə qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının vəkili X8 iddianı müdafiə edərək təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlərə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasına gəlməmələrinin səbəbi barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5.-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 02.05.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 13 avqust 2021-ci il tarixli, 2667 saylı arayışından müəyyən olunur ki, SüleymanovaSəkinə Sədulla qızı 2018-ci ilin may ayından etibarən Xaçmaz şəhəri, B.Məcidov küçəsi 7 ünvanında yaşamır. İş materiallarında olan Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 07 may 2021-ci il tarixli, 1808 saylı arayışından müəyyən olunur ki, Cavabdeh2 01.01.2011-ci il tarixdən Rusiya Federasiyasına getmiş və onun barəsində heç bir məlumat yoxdur. İş materiallarında olan Xaçmaz şəhər İƏD Nümayəndəliyində Xaçmaz şəhəri B.Məcidov küçəsində yaşayan qonşuların iştirakı ilə tərtib olunmuş 06 may 2021-ci il Aktdan müəyyən olunur ki, iddiaçının oğlu Cavabdeh2 2011-ci ildən Rusiya Federasiyasına getmişdir. Getdiyi gündən hak-hazırki günə kimi ondan heç bir məlumat yoxdur. İş materiallarında olan “Elektron Notariat” X1 vasitəsi ilə yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhər B.Məcidov küçəsi 7 saylı ünvanda X2, İddiaçı, Cavabdeh1 Sədulla qızı, Cavabdeh2 və X7 pasport qeydiyyatındadırlar. İş materiallarında olan AR ƏMDK DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışından görünür ki, Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evi tam pay hüququ ilə İddiaçı xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəllənin 157.1.-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmim Məcəllənin 158.4.-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, cavabdehlər hal-hazrıda ünvan 5 ünvanında yaşamırlar və onların həmin evə qeydiyyatları formal xarakter daşıyır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinə, əvvəlki Mənzil Məcəlləsinin 53, 54 və 123-cü maddələrinə əsasən hesab edir ki, cavabdehlərin həmin evdə istifadə hüquqlarına xitam verilməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Məhkəmə hesab edir ki, mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə qeydiyyatda qalması ona öz mülkiyyətindən maneəsiz istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin evdən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 76.1. və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, tərəfin izahatını və iş materialları ilə tam olaraq sübuta yetirilir ki, cavabdehlər qeyd olunan evdə qeydiyyatda olsalar da uzun müddətdir ki, yaşamırlar. Ona görə də cavabdehlərin mübahisəli evdən yaşayış hüququnu itirdiyindən həmin evdən istifadə hüquqları itirilmiş hesab olunmalıdırlar. Ona görə də iddia ərizəsi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı mülkiyyəti olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin və onlar həmin evdə qeydiyyatdan çıxarılsınlar. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilsin. Bu qətnamə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvan 6 ünvanında yerləşən yaşayış evindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №2(067)-2107/2021
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2107/2021
20.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver