Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № 2(067)-2147/2023 03.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Ərizəçi, Maraqlı şəxs2 iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs1 göstərilməklə) şəxsin doğum faktının müəyyən edilməsi barədə ərizəsinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 05. 12.1999-cu il tarixdə Xaçmaz rayon Gəncəli kəndində doğulmuş X9 barədə tez bir zamanda qərar qəbul edilməsini, qərar qəbul edərkən uşağın doğum haqqında şəhadətnaməsində ata qrafasına Maraqlı şəxs2, ana qrafasına Ərizəçi yazılması barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1992-ci il tarixdə Maraqlı şəxs2 ilə rəsmi nikaha daxil olmuşdur. Rəsmi nikah dövründə 3(üç) övladı dünyaya gəlmişdir. İlk doğulmuş iki övladına doğum şəhadətnaməsi alınmışdır. xx.xx.1999-cu ildə doğulmuş qızına doğum şəhadətnaməsinin alınması üçün Maraqlı şəxs1nə müraciət etsə də doğum şəhadətnaməsi ala bilməmişdir. Maraqlı şəxs1ndən ona izah olundu ki, uşağın doğum haqqında tibbi şəhadətnaməsi olmadan ona ilkin doğum şəhadətnaməsi verilməsi mümkün deyil. Xaçmaz MRX tibbi şəhadətnamənin alınması üçün müraciət etsə də ona övladının doğum haqqında tibbi şəhadətnaməsi verilmədi. Xəstəxananın ona tibbi şəhadətnamənin verməməsinin səbəbi övladının ev şəraitində doğulmasıdır. Xaçmaz Qeydiyyat şöbəsi ona bu məsələ ilə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə etdilər. Qızının qeyri rəsmi nikahdan uşağı doğulmuşdur, uşaq xəstə dünyaya gəlib,3 dəfə əməliyyat olub.Təcili surətdə 4-cü əməliyyata girməlidir. Lakin qızının şəxsiyyət vəsiqəsi olmadığından uşağa doğum haqqında tibbi şəhadətnamə ala bilmir. Ərizəsinin təmin olunmasını xahiş edir. Məhkəmə gedişatında ərizəçi MPM-nin 53-cü maddəsinə istinadla dəqiqləşdirmə ərizəsi ilə məhkəməyə müraciət edərək, Ərizəçi ilə Maraqlı şəxs2 faktiki nikahından xx.xx.1999-cı ildə X4 Xaçmaz rayon Gəncəli kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək ərizədə göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizədə göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq izahatında göstərmişdir ki, ərizəçi ilə rəsmi nikahından 2 övladı var. X6 doğum haqqında şəhadətnamə almamışlar. Qızının doğum tarixi dəqiq yadında deyil. Daha doğrusu həmin vaxtlar şəhadətnamə almağa vaxtı olmayıb. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin və maraql şəxsin izahatını, şahidlərin ifadələrini dinləyib iş üzrə sübutları araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, Məlahət onun qonşusudur. Onun üç uşağı dünyaya gəlib. Bir uşağı dünyasını dəyişib. Hazırda iki qızı var. Qızlarının birinin adı Rəmziyyə, birinin isə adı Pərvindir. Pərvin 1999cu ildə Xaçmaz rayonu, Gəncəli kəndində ev şəraitində anadan olub. Uşaq dünyaya gələndə evdə Saray xala var idi. Kənddə bütün uşaqları o dünyaya gətirib. Başqa evdə kimin olduğu yadımda qalmayıb. Çünki üstündən çox il keçib. Məhkəmə iclasında şahid qismində ifadə verən X14 ifadəsində göstərmişdir ki, Məlahəti tanıyır, qardaşının yoldaşıdır. Onun üç uşağı dünyaya gəlib. Böyük uşağı dünyasını dəyişib. Ölən uşaq oğlan uşağı idi. Hazırda iki qızı var. Pərvin 1999-cu il, dekabrın 5-də Xaçmaz rayonu, Gəncəli kəndində evdə anadan olub. Ailə kasıb olduğu üçün xəstəxanaya getməyə imkanları olmayıb. Uşaq evdə dünyaya gələndə o, bacısı, Şəfiqə, Aynisə var idi. Şəfiqə rəhmətə gedib. Pərvin kənddə məktəbə də gedib, lakin tam şəkildə oxumayıb. Təxminən 6 ya, 8-ci sinifə kimi oxuyub. Kənd məktəbi olduğu üçün sənəd də lazım olmayıb. Məhkəmə iclasında şahid qismində ifadə verən X15 ifadəsində göstərmişdir ki, Məlahəti tanıyır, o, onun baldızıdır. Onun üç uşağı dünyaya gəlib. Bir uşağı dünyasını dəyişib. Hazırda iki qızı var. Qızlarının birinin adı Rəmziyyə, birinin isə adı Pərvindir. Pərvin 2009-cu il, 5 dekabr tarixdə Xaçmaz rayonu, Gəncəli kəndində ev şəraitində anadan olub. Uşaq dünyaya gələndə evdə uşağı dünyaya gətirən qadın var idi. Pərvin hazırda Məlahətin yanında qalır. Şəhadətnaməni uzun illərdir ki, almayıblar. Hətta Pərvin kənddə məktəbə də gedib. Məhkəmə iclasında şahid qismində ifadə verən X10 ifadəsində göstərmişdir ki, Məlahət onun qonşusudur. Uzun illərdir ki, qonşudurlar. Məlahətgil kasıb ailə olublar. Kiçik qızı evdə dünyaya gəlib. Evdə olanda Məlahətin yoldaşı Mirzə gəlib dedi ki, uşaq doğulub və buna görə onun evinə getsin. O, da onlara gemişdir. Evdə Saray adında qadın var idi. O da həmin kənddən idi. Hazırda dünyasını dəyişib. Həmin vaxt evdə bir də Məlahətin baldızı Mənzər var idi. Məlahətin hazırda iki qızı var və hər ikisi də evlidir. Bir uşağı da dünyaya gələndən sonra ölüb. Məhkəmə iclasında şahid qismində ifadə verən X5 ifadəsində göstərmişdir ki, o, ərizəçinin xalasıdır. Ərizəçinin iki qızı var. Qızı 5 dekabr 1999-cu ildə evdə dünyaya gəlib. Onlar çox kasıb ailə olublar. Buna görə belə problemlər yaranıb. Ona xəstəxanadan sənəd verilib, lakin həmin sənədi itirib. Onun özünün də problemləri çox olduğuna görə heç o vaxtlar maraqlana bilmirdi. Bu səbəbdən çox şeydən xəbəri yoxdur. Qız məktəbə gedib. Bundan əlavə Məlahətin bir oğlu da var idi. Adı səhv etmirəmsə, İlham idi. Həmin oğlu ölüb. İş materiallarında olan «Xaçmaz rayon Mərkəzi Xəstəxanası» X19 xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, Xaçmaz rayon sakini Ərizəçi xx.xx.1999-cu il tarixində doğulmuş qız uşağı barədə “Xaçmaz RMX” RHŞ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Maraqlı şəxs1 ərizəçiyə ünvanladığı 3-16-5/8-15-286/3023 nömrəli xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, doğumun qeydə alınması müəyyən edilməmişdir. İş materiallarında olan arayışdan müəyyən olunur ki, Maraqlı şəxs2 ilə X7 12 iyun 1992-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan tərtib edilən şəxslər tərəfindən imzalanan 31 may 2021-ci il tarixli AKT dan müəyyən edilir ki, Ərizəçi 05 dekabr 1999-cu ildə yaşadığı Xaçmaz rayonu Gəncəli kəndində özünə və ailəsinə məxsus yaşayış evində bir qız uşağı dünyaya gətirmişdir. Uşaq tam sağlam olmaqla hal hazırda da yaşayır. İş materiallarında olan Əhalinin Dövlət Reyestrindən Çıxarışının surətindən müəyyən olunur ki, xx.xx.1971-ci ildə Quba rayonu Qonaqkənd kəndində anadan olan Ərizəçi Xaçmaz rayonu Gəncəli kəndində qeydiyyatdadır. Məhkəmə sübutlara qiymət verərək hesab edir ki, X17 xx.xx.1999-cu il tarixdə Xaçmaz rayonu Gəncəli kəndində doğulması faktı sübuta yetirilir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 6-cı hissəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin 3-cü hissəsinə əsasən nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğum faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11.-ci maddəsinə əsasən qanuvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının” 2.6cı bəndinə əsasən bu qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Həmin qaydanın 2.5.4-cü bəndinə əsasən uşaq tibb müəssisəsindən kənarda doğulduqda doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənədlər əsasında doğum qeydə alınmalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 3 saylı Qərarının 1.2-ci bəndinə görə hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, qeyd edilən faktın müəyyən olunmaması ərizəçinin mülki və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilməsi mümkün deyildir. Beləliklə, ərizə təmin edilməli, X4 xx.xx.1999-cı il tarixdə Xaçmaz rayonu Gəncəli kəndində doğum faktı müəyyən edilməli, ona doğum haqqında şəhadətnamə verilməli, doğum haqqında şəhadətnamədə Məmmədova Pərvinin soyadı Məmmədova, adı Pərvin, ata adı Mirzə, doğum tarixi xx.xx.1999-cu il, doğulduğu yer Xaçmaz rayonu, Gəncəli kəndi, ata qrafasında atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı Ərizəçi kimi qeyd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 xx.xx.1999-cu il tarixdə Xaçmaz rayonu Gəncəli kəndində doğum faktı doğulması faktı müəyyən edilsin. X6 doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə X1 Məmmədova, adı Pərvin, ata adı Mirzə, doğum tarixi xx.xx.1999-cı il, doğulduğu yer Xaçmaz rayonu Gəncəli kəndi, ata qrafasında atasının adı- Maraqlı şəxs2, ana qrafasında anasının adı- Ərizəçi kimi qeyd edilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2147/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №2(067)-2147/2023
03.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver