Məhkəmə qərarları › İş №2(067)-2152/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2152/2021

27.07.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2152/2021 27.07.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqov Anar Böyükkişi oğlu, İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərkən müəyyən etdim ki, həmin ərizəyə məhkəmə qaydasında baxılması yolverilməzdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, notariat ofisi tərəfindən mirasın qəbul edilməsi ilə əlaqədar olaraq yalnız İddiaçı1 imtina məktubu verilmişdir. Digər iddiaçıların isə mirasın qəbul edilməsi ilə bağlı ilk olaraq notariat kontoruna müraciət etmələrinə dair imtina məktubu ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Eyni zamanda iş materiallaından müəyyən olunur ki, iddia ərizəsi İddiaçı1, X1, İddiaçı4 və İddiaçı3 tərəfindən verilsə də, dövlət rüsumu yalnız İddiaçı1 tərəfindən ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.5.-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. İddiaçılara izah olunmalıdır ki, mirasın qəbul edilməsi ilə bağlı ilk olaraq müvafiq notariat kontoruna (orqanına) müraciət edə bilərlər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım İddiaçı1 və qeyrilərinin Cavabdeh1 və qeyrisinə qarşı mirasın qəbul edilməsi və sair tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçılara izah olunsun ki, mirasın qəbul edilməsi ilə bağlı ilk olaraq müvafiq notariat kontoruna (orqanına) müraciət etməlidirlər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar