Məhkəmə qərarları › İş №2(067)-2172/2020

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2172/2020

08.10.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2172/2020 08.10.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırarkən müəyyən etdim ki, Cavabdeh Quba rayonunun Barlı kəndində qeydiyyatdadır və iddiaya ərazi aidiyyəti üzrə Xaçmaz Rayon Məhkəməsində baxılmalı deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Hazırkı iddia evə mülkiyyət hüququnun tanınması və ya başqasının qeyri-qanuni sahibliyindən götürülməsi ilə bağlı iddia tələbi kimi qəbul edilə bilməz. Ona görə ki, mübahisəli evə kredit borcuna görə tutma yönəldildikdən sonra ev cavabdehin sahibliyindən çıxmışdır və iş materiallarında iddiaçı tərəfindən cavabdehdən evdən çıxma tələbi barədə müraciət edilməsinə dair xəbərdarlıq məktubu əlavə edilməmişdir. Əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi ilə bağlı vindikasiya iddiasının mahiyyəti isə əmlaka qanunsuz yiyələnməni və əmlaka sahibliyinin qanunsuz olduğunu bilə-bilə ona sahiblik etməni ehtiva edir. Həmçinin, mülki iş məhkəmənin icraatına daxil olarkən elektron portalda “əmlakın özgənin qanunsuz sahibliyindən tələb edilməsi” kateqoriyası ilə deyil, “mənzildən çıxarılma” iddiası kimi qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası MPM-nin 32.3-cü maddəsinə əsasən hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlarla əlaqədar iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa; 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 20 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ASC-nin Cavabdeh qarşı fərdi yaşayış evinin boşaldılması və İddiaçı ASCyə təhvil verilməsi tələbinə dair iddiaərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya cavabdehin qeydiyyatda olduğu yerin məhkəməsinə müraciət etmək hüququ izah edil izah olunsun. İddia ərizəsi geri qaytarıldığına görə iddiaçının xx.xx.2020-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ödədiyi 20 manat məbləğində övlət rüsumu özünə qaytarılsın. Qərardaddan 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Xəlilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar