Məhkəmə qərarları › İş №2(067)-2202/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2202/2023

10.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2202/2023 10.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X1 Müfəttişliyi Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsinə baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X1 Müfəttişliyi Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6.-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1.-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, göstərilənlərə əsasən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədiyindən MPM-nin 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunmalıdır ki, mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizamasalınması üçün müqavilənin digər tərəfinə müraciət etdikdən sonra ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151,152 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi X1 Müfəttişliyi Xidməti Quba-Xaçmaz regional şöbəsinə qarşı əmək müqaviləsinin ləğv edilməsi tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizamasalınması üçün müvafiq sənədləri verən qurumlara müraciət etdikdən sonra ərizə ilə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar