Məhkəmə qərarları › İş №2(067)-2222/2021

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2222/2021

31.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2222/2021 31.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi şəxsin ölmüş elan edilməsinə dair iddia ərizəsi üzrə mülki işə baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası 05.10.1970-ci il təvəllüdlü Xaçmaz rayonu Qımıl-Qışlaq kəndində anadan olmuş X1 09 iyul 2021-ci il tarixdə yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən yaşayış evində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə müraciət edərək ölüm şəhadətnaməsini aldığını və hazırkı iddia tələbindən imtina etdiyini, onun tələbindən imtinasının qəbul edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə ərizəçinin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizəçinin iddia tələbindən imtinası məhkəmə tərəfindən qəbul olunmalı və mülki iş üzrə icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.4.-cü maddəsinə müvafiq olaraq, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi iddiadan imtinası məhkəmə tərəfindən qəbul edilsin. Ərizəçi şəsxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar